Qlobal Peyk Naviqasiyası Sistemlərinin Tətbiqi Sahələrimövzusunda keçirilən beynəlxalq simpoziumda RİTN-in naziri Əli Abbasovun çıxışı

 

Hörmətli qonaqlar, dəyərli ekspertlər!

Sizi Azərbaycanda görməkdən məmnunuq. Bildiyiniz kimi, bu gün bizim bura toplaşmağımızın məqsədi Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkan Məsələləri üzrə İdarəsinin (BMT KMMİ), Avropa Kosmik Agentliyi Azərbaycan hökumətinin təşkilatçılığı iləQlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələrimövzusunda beynəlxalq simpoziumun keçirilməsidir.

Azərbaycan astronomiyanın, kainatın öyrənilməsi sahəsində qədim ənənələrə və tarixə malikdir. Şərqdə ilk rəsədxana məhz Azərbaycanda, böyük tədqiqatçı alim Nəsrəddin Tusi tərəfindən Marağada təşkil edilmiş, kainatın, triqonometriyanın öyrənilməsi sahəsində mühüm uğurlar əldə edilmiş, ulduz qlobusu tərtib olunmuşdur.

Azərbaycan kosmik tədqiqatlar sahəsində müəyyən təcrübəyə malikdir. Keçmiş sovet hakimiyyəti illərində Azərbaycanda Kosmik Tədqiqatlar üzrə Agentlik fəaliyyət göstərmiş, bu sahədə avadanlıqlar istehsal edilmişdir.

Bu gün Azərbaycan sürətli inkişaf tempinə malik olan ölkədir. Eyni zamanda, ölkəmiz öz iqtisadi inkişafına görə lider ölkələr sırasındadır. Hazırda Azərbaycan iqtisadiyyatının təbii sərvətlərdən yüksək texnoloji sektora transformasiya olunması prosesi gedir. Bu istiqamətdə bir neçə Dövlət Proqramları var. Bu yaxınlarda “Azərbaycanda telekommunikasiya süni peyklər sisteminin və kosmik sənayenin yaradılması” ilə bağlı Dövlət Proqramı Azərbaycan hökumətinə təqdim olunmuşdur. Artıq Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuşdur. Belə bir proqramın bizi bu istiqamətdə daha da irəliyə aparacağına ümid edirik. Bu gün Azərbaycanda texnoloji inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti və konvensiyası altında həyata keçirilir. Belə bir vaxtda Azərbaycanda bu simpoziumun keçirilməsi bizim üçün çox böyük əlamətdar hadisədir.

Hazırda dünyada 3 böyük naviqasiya sistemi mövcuddur. Amerika Birləşmiş Ştatlarında GPS, Rusiyada Qlonas, Avropada Qalileo sistemi. Bütün dünyada daha çox ABŞ-a məxsus olan GPS sistemindən istifadə olunur. Çünki, bu sistem həm dəqiqdir, həm iqtisadi baxımdan səmərəlidir. Hazırda Azərbaycanda da bir neçə naviqasiya sistemləri var. Azərbaycan Respublikasında daha çox aeronaviqasiya sistemindən istifadə olunur. Artıq nəqliyyatın intellektual idarə edilməsi üzrə naviqasiya sistemindən istifadə olunması nəzərdə tutulmuşdur. Bundan başqa, naviqasiya sistemləri üzrə Azərbaycanda tədqiqat işləri aparılır bir neçə biznes layihələrinin üzərində işlənilir.

Bu gün qlobal naviqasiya sistemlərindən hamı istifadə edir. Bu sistemlər demək olar ki, bütün dünya ölkələrində sürətlə yayılıb. Hazırda Rusiya, Çin, Hindistan, Yaponiya digər ölkələrin naviqasiya sistemləri sürətli inkişaf edir. Bu sistemlərin sürətli inkişafı çox vacib məsələdir.

Biz hesab edirik ki, qeyd olunan sistemlərlə yanaşı yeni sistemlərin istifadə edilməsi hər bir sistemin ayrı-ayrılıqda dəqiqliyinin eləcə , keyfiyyətinin artmasına səbəb olacaqdır.

Bu gün İnternet sistemində onlayn rejimdə yeni tətbiq sahələri- naviqasiya sistemləri tətbiq olunmağa başlayıb. Bunların hamısı get-gedə qlobal naviqasiya sisteminə artan tələbatı göstərir. Ehtimal olunur ki, yaxın bir neçə il ərzində dünya əhalisinin heç olmasa 1/3-i bu sistemlərdən ya birbaşa ya da dolayısı yolla istifadə edəcəkdir. Hesab edirəm ki, artıq bizim daha qlobal super naviqasiya sisteminə ehtiyacımız var. Bəlkə elə bu ehtiyac bizi bu gün bir yerə toplayıb. Bu sahə üzrə ekspertlərin, alim mütəxəssislərin Azərbaycana toplanmasından çox məmnunuq.

Diqqətinizə görə minnətdaram!

 

 

Rabitə dünyası.- 2009.-15 may.- S.2.