Poçt filialının nailiyyətləri

 

Azərpoçt” DM 2 saylı poçt filialının rəisi Faiq Fərəcovun sözlərinə görə, poçtun maddi texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi poçt rabitəsinin gələcək inkişaf perspektivinin daha mükəmməl olacağını deməyə əsas verir. F.Fərəcov poçt sektorunda yeni layihələrin həyata keçirildiyini bunun nəticəsində poçt rabitəsi sektorunda böyük inkişaf müşahidə edildiyini bildirib. Filial rəisi «Azərpoçt» DM-nin 2 saylı Poçt Filialının 2009-cu ilin I rübü ərzində gördüyü işlər həyata keçirdiyi tədbirlər nəticəsində «Azərpoçt» DM tərəfindən təyin olunmuş 2009-cu ilin 3 aylıq tarif gəlir proqnozuna əsasən 301,44 min. manata qarşı 349,59 min. manat gəlir əldə edilmişdir. Rəis daha sonra qeyd etdi ki, 2008-ci ilin müvafiq dövrünə nisbətən 18 faiz ya 53,99 min.manat artıq gəlir əldə olunmuşdur. O, cümlədən 2009-cu ilin 3 aylıq yekununda əhaliyə göstərilən rabitə xidmətlərindən əldə olunan gəlir proqnozu 192 faiz yerinə yetirilmişdir. 2008-ci ilin müvafiq dövrünə nisbətən 8 faiz ya 20,02 min. manat artıq gəlir əldə olunmuşdur.

Qazanılan uğurları, əldə olunan nailiyyətləri kollektivin səyi nəticəsində əldə olunduğunu xüsusilə qeyd edən rəis bu ilin 3 aylıq proqnoz tapşırıqları vaxtından əvvəl, yəni 2 ay 23 günə yerinə yetirilməsinə nail olduqlarını bildirdi. 2 saylı Poçt Filialı üzrə əldə olunan gəlirlərin növlər üzrə aparılmış təhlillərdən məlum olmuşdur ki, ənənəvi poçt xidmətləri üzrə əldə olunan gəlirlərin ümumi gəlirdə xüsusi çəkisi 33 faiz təşkil etmişdir və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ənənəvi poçt xidmətlərindən 2,6 dəfə artıq gəlir əldə edilmişdir”.

2009-cu ilin I rübünün yekununda 2 saylı PF-nın növlər üzrə əldə edilmiş gəlirlərini 2008-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə məlum olur ki, poçt ödəniş nişanlarının satışından 5 dəfə, pul baratlarından 40 faiz, banderol və qiymətli məktublardan 35 faiz, bağlamalardan 38 faiz və ya 3,56 min.manat, sürətli poçt xidmətlərindən 2,3 dəfə və ya 0,09 manat, elektrik enerjisi haqlarının yığımından 67 faiz, sudan istifadə haqlarının yığımından 3,3 dəfə, faks xidmətindən 116 faiz, teleqraf rabitəsi xidmətlərindən 63 faiz, əlavə xidmətlərdən isə 795 faiz gəlir əldə edilmişdir.

Poçt Filialının 2009-cu ilin I rübünün yekunlarına görə 51194 manat balans mənfəəti əldə edilmiş, rentabellik səviyyəsi 20,88 % təşkil etmişdir, bir işçiyə düşən gəlir 1504 manat olmuşdur, bir işçiyə düşən gəlir proqnozu isə 189,7 faiz və ya 711 manat artıq yerinə yetirilmişdir

Filial üzrə 2009-cu ilin I rübünün poçt göndərişlərini 2008-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə məlum olmuşdur ki, sadə məktublar 4 faiz və ya 2879 ədəd, bağlamalar 51 faiz və ya 1156 ədəd, o cümlədən beynəlxalq 60 faiz və ya 98 ədəd, pul baratları 4 faiz və ya 364 ədəd, o cümlədən beynəlxalq 2 faiz və ya 4 ədəd artıq olmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altında poçt rabitəsinin daha böyük uğurlar qazanacağını əminliklə bildirən rəis Faiq Fərəcov filial üzrə 2009-cu ilin I rübünün yekunlarına əsasən iqtisadi və texniki göstəricilərinə görə 73 və 102 saylı poçt şöbələri «ən qabaqcıl» poçt şöbələri olduğunu dedi.

2008-2009-cu ilin I rübü ərzində 2 saylı PF-nin 9, 65, 73, 78, 100, 102, 111, 130 saylı poçt şöbələri və 12 saylı poçt şöbəsinin nəzdində olan Rabitə kollecindəki agentlik müasir üslubda təmir olunub əhalinin xidmətinə verilmişdir.

Sonda Poçtamt rəisi F.Fərəcov kollektiv adından əminliklə bildirdi ki, əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də təyin olunmuş əsas iqtisadi və texniki göstəriciləri müvəffəqiyyətlə yerinə yetirəcəklər.

 

 

Rabitə dünyası.- 2009.- 15 may.- S.10.