Proqramlaşdırmanın sirləri
İnformasiyanın istehsalı və
istehlakı müasir İnformasiya Texnologiyalarının
tətbiqi olmadan demək olar ki, qeyri-mümkündür.
Bu texnologiyaların
önündə proqramlaşdırma
gedir. Müasir proqram sistemləri öz əcdadlarından daha mükəmməl olmalarına baxmayaraq, informasiya ilə bağlı bütün problemləri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac
daha da çoxalıb.
Bəzən ilkin biliklər əldə etməklə də proqramlaşdırmanın sirlərinə
yiyələnmək mümkündür.
Ele bunu nəzərə alaraq, bəzi mühüm faktları diqqətinizə
çatdırırıq.
Hər hansı proqram
sisteminin yaradılması əsasən 5 mərhələni əhatə
edir:
1.Texniki məsələ.
Sifarişçi və icraçı arasında
danışıqlar. Sifariş veriləcək proqram sistemin
giriş və çıxış parametrlərinin
(formalarının) müəyyən olunması. Proqram sistemin
yaradılması üçün zəruri olan “Texniki məsələ”
adlı sənədin hazırlanması.
2.Texniki layihə.
“Texniki məsələ” sənədinin əsasında proqram
sistemin ümumi layihə-alqoritmini əhatə edən sənədin
hazırlanması. Bu mərhələdə
aşağıdakı məsələlər
araşdırılır və həll olunur:
sistemin giriş və
çıxış bloklarının və onlar
arasındakı əlaqələrin müəyyən
olunması;
verilənlər bazasının
tipinin müəyyən olunması;
məsələni həll etmək
üçün lazım olan Alqoritmik Dilin və dillərin
müəyyən olunması;
məsələnin
texniki təminatının müəyyən olunması.
Bu mərhələnin nəticəsi
“Texniki Layihə” sənədidir.
3.Proqramlaşdırma.
Proqramçı “Texniki Layihə” sənədi əsasında
proqram təminatını hazırlamağa başlayır. Bu
mərhələdə proqram təminatının sinifləri,
funksiyaları, qlobal dəyişənləri, massivləri,
verilənlər bazaları yaradılır, mühafizə məsələləri
həll olunur. Bu mərhələnin nəticəsi işlək
şəraitə gətirilmiş proqram təminatıdır.
4.Eksperimental tətbiq. Bu
mərhələ yaradılmış proqram təminatının
yoxlanılması üçün nəzərdə tutulub. Qabaqcadan
hazırlanmış yoxlama testləri vasitəsilə proqram təminatı
yoxlanılır. Yoxlama testləri qabaqcadan
hazırlanmış, verilmiş giriş parametrləri əsasında
alınacaq nəticəni özündə saxlayan yoxlama sistemi
olub, proqram təminatının necə işləməsini
müəyyən etmək üçün nəzərdə
tutulub.
5.İstismar.
Eksperimental tətbiq bitəndən
sonra proqram təminatının istismarı başlayır.
Göstərilən
bütün mərhələlər bir-birlərilə sıx
əlaqədə olub, proqram təminatının
yaradılması müddətində bir-birlərini korreksiya
edir.
Proqram sistemlərin əsasən
3 növü var:
1.Lokal
proqramlaşdırma. Ayrıca kompyuter, lokal/korporativ şəbəkələr
üçün nəzərdə tutulan proqram sistemlər. Bununla
yanaşı ofis sistemləri üçün nəzərdə
tutulan Plug In tipli proqram sistemlərdə lokal
proqramlaşdırmanın ayrıca bir sahəsidir.
2.WEB
proqramlaşdırma. WEB serverlərdə yerləşərək
İnternet şəbəkəsində klientlərə xidmət
edən proqram/skript sistemlər.
3.Qarışıq
proqramlaşdırma. Yuxarıda göstərilən proqram
sistemləri xüsusi interfeyslə bağlanmış sistemlərdir.
Bu sahə yaxın gələcəkdə əsas
proqramlaşdırma sahəsinə çevriləcək.
Lokal proqramlaşdırma
Klassik mənada
proqramlaşdırma deyəndə məhz lokal
proqramlaşdırma nəzərdə tutulur. Proqram sistemlərin
yaradılmasının 2-ci mərhələsində (“Texniki
layihə”) hansı Alqoritmik Dildən istifadə
olunacağı müəyyənləşdirilir. Çünki
AD-in seçilməsi, yalnız “Texniki məsələnin” tam
araşdırılmasından sonra müəyyən olunur. AD-lər
yalnız instrumental mahiyyət daşıyır. Həll
olunacaq məsələnin optimal həll üçün uyğun
AD-nin seçilməsi zəruridir. Gənc
proramçıların bəziləri bu məsələni dəqiq
anlamadıqları üçün bildikləri AD-i yerli-yersiz
tətbiq etməyə çalışırlar. Bu isə
proqram sistemlərin gələcək istismarında ciddi səhvlərin
əmələ gəlməsinə gətirib
çıxarır. Uyğun AD-in düzgün seçilməməsi
ləng, qeyri-optimal və idarəsi mürəkkəb olan
proqram sistemlərin əmələ gəlməsinin əsas səbəblərindən
biridir.
Ofis sistemlərində proqramlaşdırma
Lokal
proqramlaşdırmanın alt-sistemi kimi Ofis proqramlarında
proqramlaşdırmanı ayrıca qeyd etmək
lazımdır. Göründüyü kimi ideal universal sistem
mövcud deyil. Ofis proqramları istifadəçiyə maksimum
yaxınlaşdırılsa da (yəni xüsusi bacarıq tələb
etmədən hər bir insanın istifadəsi
üçün nəzərdə tutulsa da), bu sistemlərin
istismarı zamanı elə məsələlər ortaya
çıxır ki, onları bu sistemin mövcud rejimləri
vasitəsilə həll etmək qeyri-mümkün olur. Məsələn,
MsWord-də Azərbaycan dilində olan mətnin qrammatik qaydalar
əsasında hecalamaq, mətnin kod cədvəlinin dəyişdirilməsi
və ya MsExcel-də ədədlərin Azərbaycan dilində
sözlərlə avtomatik əvəz etmək. Bu sistemlərin
yaradıcıları bu cür problemləri həll etmək
üçün öz sistemlərinin daxilində
proqramlaşdırma imkanı yaradıblar.
Web
proqramlaşdırmanın 2 növü var:
1.Server tərəfdə
proqramlaşdırma
2.Müştəri tərəfdə
proqramlaşdırma
Server tərəfdə
proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA,
C++, ASP və digər AD-dən istifadə olunur. Müştəri
tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu
kimi AD-dən istifadə olunsa da, bütün Web browserlər tərəfindən
əsasən JavaScript problemsiz istifadə olunur. Digər
müştəri tərəfdə işləyən skriptlər
Web browserlər tərəfindən birmənalı qəbul
olunmur: ya işləmir ya da səhvlər verir.
Korporativ şəbəkələrdə
məlumatların saxlanılması və korporativ müştərilərin
istifadəsi üçün lokal və Web
proqramlaşdırmadan eyni zamanda istifadə edilməsi zəruriyyəti
ortaya çıxır.
Zamirə İlqar
Rabitə dünyası.- 2009.- 15 may.- S.15.