Heydər Əliyev Fondu milli dəyərlərimizin böyük himayəçisidir

 

Azərbaycan təhsili, səhiyyəsi və idmanı sürətli inkişaf yolundadır. Cəmiyyətin bu sahələrinin dinamik inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qayğı və köməyi son dərəcə qiymətlidir. Hamıya məlumdur ki, Bakı şəhərində, digər şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə yeni və yaraşıqlı məktəb binalarının inşası, təmiri və abadlaşdırılması əsasən Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Milli müstəqilliyimizin möhkəmləndiyi illərdə böyük humanist fəaliyyətə başlayan Mehriban xanım Əliyeva üzərinə götürdüyü əzəmətli missiyanın öhdəsindən qətiyyətlə gələcəyinə əminliyini bildirərək demişdi: "Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, böyük, ki, kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir".

Fərəhlə qeyd etməliyik ki, milli musiqimizin şahı sayılan muğamlarımızın qorunması təbliği, mədəni irsimizin daha da zənginləşdirilməsi, paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi, istedadlı uşaq yeniyetmələrin aşkara çıxarılması, muğam müsabiqələrinin keçirilməsi, müsabiqə qaliblərinin mükafatlandırılması onların qayğı ilə əhatə olunması məhz onun xidmətləridir.

YUNESKO-nun iqamətgahında xoşməramlı səfir fəxri adının verilməsi mərasimində bu təşkilatın rəhbəri Koişiro Matsuura demişdir: "Bilirəm ki, Azərbaycan musiqi şifahi xalq yaradıcılığı ənənələrinə malik bir ölkədir. Son illərdə isə xanım Əliyevanın xidmətləri sayəsində bu sahəyə maraq hədsiz dərəcədə artmışdır".

Ürək qüsuru olan, talassemiyadan digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasında, onların xəstəliklərdən xilas edilməsində Heydər Əliyev Fondunun prezidentinin əvəzsiz xidmətləri unudulmazdır. Şahidiyik ki, Mehriban xanım hər il valideyn himayəsindən məhrum olan yetim uşaqlara qayğı göstərmək üçün uşaq evlərinə gedir, onrlara rahat həyat şəraiti yaradılması üçün əlindən gələni əsirgəmir. Saysız-hesabsız ailələr belə xeyirxah fəaliyyət üçün ölkənin birinci ledisinə sonsuz hörmət, inam ehtiramlarını bildirirlər.

1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsil sahəsində dirçəliş baş verdi. 2004-cü ilin mayında Heydər Əliyev Fondunun yaradılması fonda Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ilə ölkə təhsilində böyük canlanma aşkar hiss olundu. Çox qısa müddət ərzində təhsil sahəsində irimiqyaslı layihələr həyata keçirildi, ən başlıcası isə, yeni məktəb binalarının tikintisi, onların maddi-texniki bazalarının yaxşılaşdırılması, müasir texniki vasitələrlə, o cümlədən kompyuterlərlə təchizatı diqqət mərkəzində saxlanıldı. Otuz-qırx il əvvəl tikilən kənd rayon məktəblərinin əvəzinə indi abad, müasir, yaxşı təchiz olunmuş təhsil ocaqlarını görmək qədər xoş fərəhlidir, hələ məktəb kontingentininşagirdlərin, müəllim valideynlərin sevincini demirik. Axı o müasir məktəblərdə gələcəyimiz olan balalar təhsil alır, sabahın layiqli vətəndaşı kimi yetişirlər.

Məqsədyönlü yorulmaz fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycanda təhsil sahəsi uğurla inkişaf edir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülən işlər xalqımızın minlərlə ailəsinə rahatlıq, sevinc bəxş etmiş, şagirdlərə əla təhsil almaq imkanı yaratmışdır.

Mehriban xanım Əliyeva uşaq müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olur, çatışmazlıqların aradan qaldırılmasına, hər cür rahat şəraitin yaradılmasına öz köməyini əsirgəmir.

Heydər Əliyev Fondunun prezidenti bir il əvvəl Suraxanı rayonundakı 2 saylı uşaq evinə gələrək təlim-tərbiyə müəssisəsinə mikroavtobus bağışlamışdı. Onun tapşırığı ilə uşaqlara 380 kvadratmetrlik yeməkxana tikilmişdi. Bu il Novruz bayramı ərəfəsində yenidən həmin uşaq evində olan Mehriban xanımı böyük sevinclə qarşılayan balacalar dedilər: "Söz veririk ki, bizə göstərdiyiniz qayğıya cavab olaraq səylə oxuyacaq, vətənimizə, xalqımıza gərəkli insanlar olacağıq. Sizə hörmətli Prezidentimizə gör-düyünüz böyük işlərdə müvəffəqiyyətlər arzulayırıq. Bu bayram günündə sizə öz sevgi məhəbbətimizi bildiririk".

Məmunluqla deməliyik ki, Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, xarici ölkələrdə böyük nüfuza hörmətə malikdir. Qardaş Pakistanda qızlar məktəbi inşa etdirməsi Mehriban xanımı bu ölkədə yaxşı tanıtmışdır. Qətər dövlətində, Fransada, Gürcüstanda, Rusiyada, Türkiyədə bir sıra digər ölkələrdə Azərbaycanın mədəni irsi, təbliği məhz Azərbaycanın birinci xanımının adı fəaliyyəti ilə bağlıdır.

2007-ci il aprelin 3-də Fransaya səfərində YUNESKO-nun xoşməramlı səfırlərinin ənənəvi illik yığıncağında iştirak çıxış edən xoşməramlı səfirimiz bildirdi ki, Azərbaycan "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Beynəlxalq Konvensiyanı ratifikasiya edərək ona qoşulmuşdur. Vurğulamaq xoşdur ki, Mehriban xanımı yığıncaq iştirakçılarına təqdim edən iordaniya şahzadəsi xanım Fizyal deyib: "Mən olduqca fəal, xoşməramlı səfir çox hörmətli birinci xanımı təqdim etməkdən böyük məmnunluq duyuram. O, öz ölkəsində bütün dünyada bir çox xeyriyyə işlərinin həyata keçirilməsi məqsədilə yorulmaz fəaliyyət göstərir. Birinci xanım olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə etmişdir".

Göründüyü kimi, mədəniyyətimizə, təhsilimizə, idmana, mədəni irsimizə, milli musiqimizə böyük himayə göstərən Mehriban xanım Əliyeva Azərbaycanın hüdudlarından kənarda da böyük hörmət qazanmışdır. Bu isə biz Azərbaycan qadınlarının fəxridir.

 

 

Arzu HACIYEVA

 

Respublika.- 2010.- 26 avqust.- S. 1-2.