Xoşməramlı səfir

 

(Mehriban xanım Əliyevaya həsr olunur)

 

Qorudun tarixi sərvətimizi,

Muğamı, möhtəşəm sənətimizi.

Bir daha ucaltdın millətimizi,

Xoşməramlı səfir Azəri qızı.

 

Bütün körpələrin dostu, köməyi,

Gözəl qız-gəlinin Vətən istəyi.

Azadlıq eşqilə vurur ürəyi,

Xoşməramlı səfir Azəri qızı.                  

 

Nüşabə hünərli, Tomris qüdrətli,

Natəvan hünərli, Sara hikmətli,

Xoş Sabaha doğru arzu-niyyətli,

Xoşməramlı səfir Azəri qızı.

 

Öyüdlü alıblar Heydər Atadan,

Qoşa addımlayır, İlham, Mehriban.

Sizinlə ucalsın qoy Azərbaycan,

Xoşməramlı səfir Azəri qızı.

 

 

Əsmət MƏHSƏT

 

Respublika.- 2010.- 26 avqust.- S. 3.