Əhalinin sağlamlığı keşiyində
Əhalinin
sağlamlığının etibarlı mühafizəsi
müasir dövrün aktual məsələsidir. Bu
baxımdan İmişli dəmiryol xəstəxanasının
və onun tabeçiliyində olan tibb kollektivlərinin
işində maraqlı cəhətlər çoxdur. Bölgə
müxbirimiz bu barədə oxuculara məlumat verməyi xəstəxananın
baş həkimi Rafiq Quliyevdən xahiş etmişdir. R.Quliyev
demişdir:
-İmişli dəmiyol
xəstəxanasının və sahəyə xidmət
göstərən feldşer-mama məntəqələrinin
işçiləri dəmiryolçulara və onların ailələrinə
göstərilən səhiyyə xidmətinin yüksəldilməsi
sahəsində müntəzəm təsirli tədbirlər
hazırlayıb həyata keçirir, insanların
cansağlığının mühafizəsi, müxtəlif
tibbi xidmətlərlə əhatə edilməsinə
ardıcıl diqqət yetirirlər. Xəstəxanamıza
müraciət edənlər müasir tələblər səviyyəsində
müayinə və müalicəyə cəlb olunurlar.
Xəstəxanada 40 çarpayılıq terapiya, 25
çarpayılıq cərrahiyyə, 10
çarpayılıq uşaq, 15 çarpayılıq
doğum şöbələri, həkim ambulatoriyası, tibb məntəqəsi,
7 feldşer-mama məntəqəsi
fəaliyyət göstərir. Burada
həmçinin Əhalinin sağlamlığı
keşiyində ultrasəs müayinə və fizioterapiya,
elektrokar-dioqrafiya kabinetləri, müasir laboratoriya tibbi xidmətin
səviyyəsini yüksəltməyə imkan yaradır.
Müalicə müəssisələrinin
kadrlarla təminatına ən vacib bir məsələ kimi
diqqət yetiririk. Onların ixtisasının
artırılması, praktiki və nəzəri biliklərinin
yüksəldilməsi, gənc tibb işçilərinin
öz peşəsinin bilicisi kimi yetişdirilməsi daim diqqət
mərkəzindədir. Tibb ocaqları öz peşəsinin
sirlərini mükəmməl bilən, bu işə yüksək
məsuliyyət və vicdanla yanaşan kadrlarla yetərincə
komplektləşdirilmişdir. 21 min nəfər dəmiryolçuya
və onların ailə üzvlərinə 25 həkim, 96 nəfər
orta tibb işçisi xidmət edir. Vətəndaşlarımız
peşəkar həkimlərimizdən,
ömrünü-gününü bu müqəddəs işə
sərf edənlərdən həmişə razılıq
edirlər.
Səhiyyə
ocaqlarında ana və uşaqların mü-hafizəsi
gücləndirilmişdir. Son 6 ay ərzində hamilə
qadınların hamısı xüsusi qeydiyyata
götürülmüş, onlar mama-ginekoloqlara təhkim
olunmuşlar. Nəticədə, doğum şöbəsində
245 körpə dünyaya göz açmışdır. Yeni
doğulan körpələrin hamısı peyvəndləməyə
cəlb olunmuşlar.
Kollektivimizin səyləri
ilə infeksion xəstəliklərə, xüsusilə
malyariyaya qarşı keyfıyyətli əks-epidemik tədbirlər
görülmüş, bütün ərazidə malyariyaya
qarşı müayinələr aparılmış, qan
nümunələri götürülərək təhlil
olunmuşdur. Profılaktik tədbirlərin vaxtında
görülməsi nəticəsində difteriya, poliomielit və
digər xüsusi təhlükəli yoluxucu xəstəliklər
baş verməmişdir. Vərəmlə mübarizə
gücləndirilmiş, adamlarda döş qəfəsi
orqanlarının diaqnostikası və profilaktiki müayinəsi
müntəzəm olaraq aparılmışdır. Dispanser nəzarətində
olanlar vaxtlı-vaxtında müayinə olunur, onların
müalicələri üçün hər cür imkandan
istifadə edilir. Bundan başqa, uşaqlarda geniş miq-yasda
mantu sınağı qoyulmuş, təkrar müayinələr
keçirilmiş, xəstə uşaqlara səmərəli
mü-alicə təyin olunmuşdur. Müvafiq Dövlət
Proqramına əsasən şəkərli diabetli xəstələrin
dərman təminatı daim nəzarətdə
saxlanılmışdır. Maddi-texniki bazanın möhkəmləndirilməsi
xidmət mədəniyyətinin yüksəldilməsində mühüm
rol oynayır. Son vaxtlar tibb müəssisələrində bu
sahədə xeyli iş görülmüşdür. Xəstəxananın
şöbələrində, feldşer-mama məntəqələrində
təmir işləri aparılmışdır, yaxın gələcəkdə
istisnasız olaraq bütün tibb ocaqları əsaslı və
cari təmirdən çıxacaqdır. Tibb müəssisələri
müxtəlif tibbi avadanlıqlarla, bərk və yumşaq
inventarla təmin olunmuşlar, onların ərazilərində
abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Bütün şöbələrdə
müasir tipli soyuducular qoyulmuş, peyvənd
materiallarının və dərmanların keyfiyyətli halda
saxlanılması təmin edilmişdir.
Sabir Mustafayev
Respublika.- 2010.- 27 avqust.- S. 3.