Ərkivan salnaməsi

 

Masallı rayonunun axar-baxarlı, füsunkar yerlərindən biri də Ərkivan qəsəbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2007-ci il tarixli sərəncamı ilə ziyalılar, alimlər ocağı olan bu kənd qəsəbə statusunu almışdır. Bu məkanın keçmişi, bugünü və gələcəyinə həsr olunmuş yeni kitabın - "Ərkivan salnaməsi"nin müəllifi (Bakı şəhəri, "Viktor" nəşriyyatı, 2009-cu il, 593 səhifə) Abdurrəhman Qubad oğlu Səmədovdur.

Bu yaxınlarda mən "Ərkivan salnaməsi"ni yaradan Abdurrəhman müəllimlə öz evində görüşüb sohbət etdim. O, ensiklopedik biliyə malik bir şəxsdir. "Torpaq çörəyi ilə, insan əməyi ilə tanınar" demişlər. Bu çörəkli torpağın - Ərkivanın əməyi ilə tanınan minlərlə insanlarından biri kimi onun salnaməsini yazmaq fikrinə düşdüm: Budur, artıq kitab araya-ərsəyə gəlib. Kitabın işıq "üzü görməsinə baş sponsorluq edən Kərbəlayı Qalib Nurulla oğlu Məmmədovun doğma yerlər üçün bir sıra xeyirxah işlərin görülməsində payı var. Kitabda Ərkivanın gözəl təbii coğrafi şəraiti, arxeoloji, tarixi, memarlıq abidələri, alimləri, mədəniyyət, incəsənət, din xadimləri, idmançıları, insanların məşğuliyyəti, doğma Qarabağımız uğrunda döyüşlərdə həlak olmuş cəsur oğulları, iş adamları və sənətkarları haqqında müfəssəl məlumatlar verilmişdir. Ərkivan qəsəbəsi ərazisində aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqları əsasında burada ən qədim insanların hələ 20 min il əvvəldən yaşamağa başlamaları müəyyən olunmuşdur.

Masallı rayon mərkəzi kitabxanasında keçirilən kitabın təqdimat mərasimini giriş sözü ilə "Yeni həyat" Masallı rayon qəzetinin redaktoru Əyyub Mehdiyev açmışdır. "Ərkivan salnaməsi" haqqında professor Əsədulla Cəfərov, "Azərbaycan" jurnalı baş redaktorunun müavini Vaqif Yusifli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Məmmədhüseyn Həsənov, əməkdar mədəniyyət işçisi, əslən ərkivanlı Maarif Teymur, din xadimi Hacı Əlihəsən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirvan Əbilov, Yeni Azərbaycan Partiyası Masallı rayon şöbəsinin məsul işçisi Ələşrəf Niftiyev, rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov və başqaları danışmışlar.            

"Ərkivan salnaməsi", sözün həqiqi mənasında, böyük əziyyətlə  başa gəlmiş   3 monumental  kitabdır.  Yeni  ,, kitabın  redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatı   laureatı   Həsənağa   Əliyevdir.   Nəfis  tərtibatla, beş yüz ədəd tirajla çap olunan   salnamə-kitab   geniş   oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Əlihüseyn ŞÜKÜROV

 

Respublika.- 2010.- 24 avqust.- S. 3.