Qusar yeni dəsr ilinə hazırdır
Ötən dərs ilinin uğurları ürəkaçan
olmuşdur. Təhsilin şəbəkəsi genişləndirilərək Əvəcuq
və Suvacal kənd əsas məktəbləri orta məktəb kimi fəaliyyətə başlamışdır.
2009-2010-cu tədris ilində
ümumi orta təhsil kursu üzrə buraxılış
imtahanlarında iştirak
etmiş 1472 nəfərdən
1303 nəfəri ümumi
orta təhsil haqqında şəhadətnamə
almış, XI siniflər
üzrə imtahanlarda
iştirak etmiş
1152 nəfərdən 921 nəfəri
tam orta təhsil haqqında attestat almışdır. Məzunlardan
450 nəfəri ali məktəblərə
qəbul olunmaq üçün ərizə
vermişdir. Şagirdlərimizin buraxılış imta-hanlarında göstərdiyi
nəticə ötən
illə müqayisədə
yüksək olmuşdur.
Ali məktəblərə qəbulun nəticələrinə
görə, 108 nəfər
məzunumuz tələbə
adını qazanmışdır.
Bu, ötənilki nəticə ilə müqayisədə 14 nəfər
çoxdur. Qeyd edim ki, ali məktəblərə
qəbul olunan və 500-dən yuxarı
bal toplayan məzunların
sayı ilbəil artır. Builki məzunlardan 16 nəfəri
500-dən yuxarı, 3 nəfər
məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.
Yüksək bal toplayanlar şəhər
1, 2 saylı və Hil kənd orta
məktəbinin şagirdləridir.
Məlumdur ki, istedadlı şagirdlərin aşkara
çıxarılmasında fənn olimpiadaları müstəsna əhəmiyyət
kəsb edir. Bunu nəzərə
alaraq olimpiadaların məktəb və rayon turlarının son dərəcə
obyektiv keçirilməsinə
xüsusi diqqət yetirmişik. Nəticədə,
Yuxarı Zeyxur kənd orta məktəbinin IX sinif şagirdi Ağacanov Canmirzə olimpiadanın respublika turunda kimya fənni üzrə III yeri tutmuş, şəhər
1 saylı orta məktəbin XI sinif şagirdi İsmayılov Sərxan ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə keçirilmiş
respublika inşa müsabiqəsində qalib
çıxaraq, qiymətli
hə-diyyə ilə
mükafatlandırılmış, ona xaricə turist səfəri üçün pulsuz yollayış verilmişdir.
İlk dəfə keçirilən
elektron təhsil və innovativ müəllim respublika müsabiqəsində şəhər
internat məktəbinin
müəllimi Mülki
Babaxanov iki nominasiya üzrə qalib gələrək, I və II yerləri tutmuş, ona iki ədəd
"Notebook" hədiyyə verilmişdir. Şəhər
5 saylı orta məktəbin X sinif şagirdi Bəyova Anelya sərhəd qoşunlarının 90 illiyinə
həsr olunmuş inşa müsabiqəsində
III yeri tutaraq, Azərbaycan Respublikası
Sərhəd Xidmətinin
rəhbərliyi tərəfindən
pul mükafatına layiq görülmüşdür.
Respublika Prezidentinin müvafiq sərəncamı
ilə şəhər
1 saylı orta məktəbin müəllimi
Rübabə Üzdənovaya
təlimdə yüksək
nailiyyətlərinə görə
"Əməkdar müəllim"
fəxri adı verilmişdir.
Hazırda rayonumuzda yeni dərs ilinə ciddi hazırlıq görülür. 2010-2011-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 1179 nəfər şagird qəbul ediləcəkdir. Ümumilikdə isə, rayonun 49 orta, 22 əsas və 19 ibtidai məktəbində 15077 nəfər şagird təhsil alacaqdır ki, onların da təlim-tərbiyəsi ilə 2000 nəfərdən çox müəllim məşğul olacaqdır. Rayonda 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 550 uşaq ictimai tərbiyə və təhsillə əhatə olunmuşdur. Həmin təhsil müəssisələrində 68 nəfər pedaqoji işçi çalışır. Bu tədris ilində 150 nəfər bağça tərbiyəsi almış uşaq məktəbə yola salınacaqdır.
"2008-2010-cu illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informa-siyalaşdırılması
üzrə Dövlət Proqramı"
çərçivəsində rayonumuzun
məktəblərində fəaliyyət
göstərən pedaqoji işçilərin
informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi
sahəsində peşəkarlıq səviyyəsinin
artırılması istiqamətində təlim-treninqləri
həyata keçirilmişdir. Təqdirəlayiq haldır
ki, bu təlimlər
əvvəllər təlimçi kimi xüsusi kurs keçmiş yerli kadrlar tərəfindən aparılır. Bu günə kimi 600 nəfərdən yuxarı müəllim
həmin təlim kurslarından keçmişdir
ki, bu da
rayon üzrə ümumi müəllimlərin
30 faizindən çoxdur. Hazırda
kurslar müvəffəqiyyətlə davam etdirilir. Bundan əlavə, təlimi Azərbaycan və
rus dillərində olan məktəblərin I siniflərində dərs
deyəcək ibtidai sinif
müəllimləri üçün
də təlim
kursları təşkil etmişik.
Ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının gücləndiriməsi, yeni dərs
ilinə hazırlanması istiqamətində də çox
iş görülmüşdür. Məktəblərimizdə
təmir işləri artıq başa çatmaq üzrədir.
Şəhər 2, Köhnə Xudat, Bədişqala, Avaran,
Kuzun-qışlaq kənd orta, Hil-Sirt, Yeni Tahircal, Çubuqlu,
Üzdənoba kənd əsas və Sudur-palasa kənd ibtidai məktəbləri
yerli büdcə hesabına əsaslı təmir
olunmuşdur. Şəhər 4 saylı orta məktəb
üçün Dövlət Neft Şirkəti tərəfindən
yüksək keyfiyyətlə inşa olunmuş 340 yerlik
müasir məktəb binası yeni dərs ilində
şagirdlərin istifadəsinə veriləcəkdir.
Məktəblərimizin
fənn kabinetləri və sinif otaqları yeni-yeni əyani və
texniki vasitələrlə zənginləşdirilmişdir.
294059 ədəd müxtəlif adlı dərslik gətirilərək
məktəblərə paylanmışdır. Bir sözlə,
rayonumuzun məktəbləri yeni dərs ilinə tam
hazırdır.
Niftəli FƏRZƏLİYEV
Respublika.- 2010.- 28 avqust.- S. 3.