Canım Türkiyə
Şirin layla deyən dilin dilimdi,
Yaşayıb-yaradan elin elimdi.
İgidlər yurdudu
Ana torpağın;
Yanıb şölə saçır
nurlu çırağın.
Haqqın qüdrətidir
sənin dayağın,
Göylərə baş çəkir uca bayrağın!
Özünə güvəncdir
iti yarağın,
Hünər meydanından
gəlir sorağın.
Yolun ədalətin—Tanrı
yoludur,
Məsləkin, amalın,
eşqin uludur!
Dağ kimi həmişə ucadır
başın,
Canında qeyrət
var burda hər daşın.
Ucaldır adını
hər oğlun, qızın,
Parlayır səmada
tale ulduzun.
Yoluna nur saçır əzəldən
bəri
Böyük Atatürkün
vəsiyyətləri.
Bu yoldan heç zaman dönən deyilsən,
Göydə Günəş
kimi sönən deyilsən.
Birliyin əzmindən
qüvvət alırsan,
Ürəkdən-ürəyə körpü
salırsan.
Qəlbləri bir canda birləşdirəndə
Tanrının xilqəti
görünür səndə!
Hər qarış
torpağın sərvətdi,
vardı,
Qoynunda yaşayan
nə bəxtiyardı...
Sənsən insanlığın
həyat meracı,
Başına qoymusan qardaşlıq tacı!
Böyük türk
dünyası sənin
varındı,
Xalqa sədaqətin,
etibarındı...
Əzəldən belədi
sənin diləyin,
Dostluqla yeyilir halal çörəyin.
Sən möhkəm
dostluğun təməl
daşısan
Nə qədər
füsunkar, gözəl
diyarsan.
Həyatın mənası
gülür gözündə,
Xoşbəxtlik rəmzi
var sənin üzündə...
Zəkan işıqlıdır,
hikmətin dərin;
Gözündə ucasan bütün bəşərin!
Dünyanın ən ali məclislərində
Layiqli liderlik edirsən sən də!
Tanrı vergisidi
sənin varlığın,
Aləmə bəllidir
fədakarlığın!
Tərəqqi, yüksəliş
gücü var səndə,
Qüdrətli ölkəsən
Yer kürəsində...
Sən zəfər
soraqlı şəfəqli
dansan,
Tanrının xilqəti—nəqşi-cahansan!
Ay mənim
sevincim, canım Türkiyə,
Şöhrətim, şərəfim,
şanım Türkiyə!..
Əjdər QİYASLI
Respublika.- 2010.- 29 avqust.- S. 4.