Sərhədçi nəğməsi

 

Odlar ölkəsinin övladlarıyıq,

Sərhəd qoşunumuz - güc, güvənc, həyan!

Anamız torpağı hər saat, hər an

Suda, havada da möhkəm qoruyan!

...Yaranır əbədi şöhrət dastanı,

Yaranır möhtəşəm salnamə, əsər.

Canından çox sevir Azərbaycanı

Sərhədçi general, sərhədçi əsgər!

 

Sərhəd qoşunumuz - mötəbər, mətin,

Uzaq keçmişi örnəkdir bizə.

Bayrağı üçrəngli Cümhuriyyətin

Adıyla yol gedir doxsandan yüzə.

Milli Qəhrəmanlıq, mərdlik dərsini

Diqqətlə öyrənir qeyrətli gənclər.

Yaşadır soykökün xatirəsini

Sərhədçi general, sərhədçi əsgər!

 

Doğmadır Arpaçay, Qafqaz, Araz, Kür,

Doğmadır Alazan, Abşeron, Xəzər...

Böyük qələbədən soraq gözləyir Füzuli,

Zəngilan, Laçın, Kəlbəcər...

Bütün planeti sülhə səsləyir

Sərhədçi general, sərhədçi əsgər!

 

Vüsal sahilinə yan alır qayıq,

Qürbətdən qayıdıb üzü gülən var;

Bütövlük küləyi xoş xəbər yayır:

Təbrizdən Bakıya elçi gələn var.

...Əsrin sınaqları hələ öndədir-

qədər ölməyib tamah, bəla, şər,

Müstəqil Dövlətin keşiyindədir

Sərhədçi general, sərhədçi əsgər!

 

Günəş doğanadək gözünü yummaz,

Gərək qarşılasın sübhü uğurla!

Mükafat istəməz, hədiyyə ummaz,

Hər qüllə elə bil alınmaz qala!

...Ali baş komandan əmr verərsə,

Vuruş meydanında qazanar zəfər;

Türkün kimliyini göstərər Ərzə

Sərhədçi general, sərhədçi əsgər!

 

 

Oqtay RZA

 

Respublika.- 2010.- 29 avqust.- S. 4.