Tikdim ki,
izim qala
Əsl şəxsiyyətlər vaxtdan
da, zamandan da ucada dayanırlar. Belə şəxsiyyətlərdən
biri də məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevdir. Onun millət
qarşısında gördüyü
xeyirxah işlər hər bir kəsdə
qürur hissi oyadır.
Təbiət etibarilə Musa Nağıyev
dəqiq və hər şeyi ölçüb-biçən şəxs olub. İllərlə hər çətinliyə sinə
gərən, yoxsulluqla
yaşayan Musanın qazdığı quyudan neft fontan vurur
və az müddət ərzində
fəhlə Musa Nağıyev
iri neft maqnatlarından birinə çevrilir. Neftdən əldə etdiyi
gəlir çoxaldıqca,
Ağa Musa Bakı kəndlərindəki yataqları
da satın alır və yeni quyular qazdırır.
İmkanları artdıqca
o, "Qara şəhər"də
neft emalı zavodu tikdirir, Xəzər dənizində
ilk bərəsi görünməyə
başlayır. Neft milyonçusu, "neftin kralı" (Çar II Nikolay onu belə
adlandınb) ikinci və birinci dərəcəli tacir mesenat-xeyriyyəçi
titullarının daşıyıcısı
Ağa Musa Nağıyev
həm də III dərəcəli Müqəddəs
Stanislav ordeni və "Çîëàòàÿ øåéíàÿ íà Àíäðåéåâñêîé ëåíòå" medalına
layiq görülür.
Ağa Musa Nağıyev 1879-1880-ci illərdə
“Qara şəhər”də kerosin istehsal edən zavod tikdirir.
Fəhlələrinə öz hesabına toy edən A.M.Nağıyev fərqlənən işçilərinin
təhsil haqqını
ödəməklə gənclərin
savadlanmasına çalışıb. Ağa Musa Nağıyev
yaddaşlarda daha çox tikdirdiyi möhtəşəm binalarla
qalıb. Bakının
gözəllik tacı—"İsmailiyyə" (AMEA) binası,
həyatımızın ilkin
özüllərini qoyduğumuz
"Səadət sarayı",
ictimai, mədəni və elm ocaqlarını özündə təcəssüm etdirən
yüzlərlə bu
tip binalarımız bizə
məhz milli burjuaziya nümayəndələrindən—A.M.Nağıyevdən,
H.Z.Tağıyevdən, M.Muxtarovdan
yadigar qalıb.
Ağa Musanın “Realnı
məktəb”i tikdirməsi və hamiliyə götürməsi ilə
xalqın maariflənməsində
böyük rolu olmuşdur. Atalar gözəl deyib: "Tikmədim özüm qalam, tikdim ki,
izim qala".
Nə yaxşı ki, onun xeyirxah əməllərini
davam etdirən Dilarə və Solmaz kimi varisləri
var.
Öz səyi nəticəsində
arxiv yaradan Dilarə Nağıyeva 15 ilə yaxındır ki,
uzun illər kölgədə qalmış, "kapitalist"
damğası vurulmuş unutdurulmağa
çalışılmış neft milyonçusu
A.M.Nağıyevin taleyinə işıq saçır.
A.M.Nağıyevin adını vəfatından 80 il
keçdikdən sonra yaddaşlara qaytarıb, vətənində
az qala qərib olan məzarını abadlaşdırıb.
D.Nağıyeva xatirələr
və faktlar əsasında "Xalq üçün
ömrünü şam kimi əridən..."
kitabını da ərsəyə gətirmişdir.
A.M.Nağıyevin nəvəsi Dilarə xanım ilə
söhbət edərkən: "Dövlətimiz müstəqillik
əldə edəndən sonra Ağa Musanın qaranlıq
taleyinə işıq salmaqla məşğulam. Xatirələri
yada saldıqca, elə bil o illəri yaşayıram. Həyacanlanıram,
kövrəlirəm, kədərlənirəm... Var-dövlət
içində olsalar da, babam Ağa Musanın, atam Fərəcin
çəkdikləri "əzabları içimdə hiss
edirəm, sızlayıram" - deyir.
Azərbaycanda
bolşevik-kommunist rejiminin qurulması Bakı
milyonçularına taleyin sərt, amansız üzünü
göstərdi.
Ötən əsrin
20-ci illərində bolşeviklərin hakimiyyətə gəlməsi
ilə Bakı milyonçularının fəaliyyətinə
də birdəfəlik xitam verildi. Sovet rejiminin 70 illik təbliğat
maşını nəhəng tikililəri və onun sahibi barədə
məlumatları xalqın yaddaşından silmək
üçün əlindən gələni etdi. "Lakin haqq
nazilər, amma üzülməz" - deyiblər. Onlara vurulan
"xalq düşməni" damğası yalnız 70 ildən
sonra üzərlərindən götü-rüldü.
Bir zamanlar Bakının
mədəniyyətində mühüm yer tutan insanlar barədə
danışmaq təhlükəli olsa da, adlarının
xalqın yaddaşlarından silinməsinə nail olmaq
qeyri-mümkün idi. İllər keçdikcə, Ağa
Musanın xeyriyyəçiliyindən çox şəxsi
taleyindən və bir də xəsisliyindən söz
açmışlar.
Onun ən
ağrılı yerlərindən biri Azərbaycanın səhiyyə
sistemindəki problemlər olub. Məhz səhiyyənin zəif
olması səbəbindən oğlu İsmayılı itirən
və bu itkinin ağrısını daim qəlbində gəzdirən
milyonçu, başqasının çarəsizlikdən
ölməsinin qarşısını almaq məqsədilə
xəstəxanalar tikdirməyi qarşısına məqsəd
qoyaraq Bakıda o dövr üçün müqayisəolunmaz
dərəcədə yüksək səviyyədə təchiz
olunmuş dörd nəhəng xəstəxana binası
tikdirib ki, bu gün də insanlar bu səhiyyə ocaqlarında
şəfa tapır, müalicə olunurlar. Bu binaların
tikintisi zamanı antibakterial materiallardan, gümüş
tozundan, xüsusi kafeldən istifadə olunub. Tavanın
hündürlüyünün 5 metrə yaxın olması,
enli və hündür pəncərələr havanın təmizlənməsi
üçün, müasir dil ilə desək, kondisioneri əvəz
etmək məqsədilə nəzərdə tutulub.
Ümumiyyətlə, A.M.Nağıyev milli ornamentlərlə zəngin
olan 98 bina tikdirmişdir. D.Nağıyeva onu da bildirdi ki, "kapitalist" soyadının
əsiri olan
atası—26 yaşlı Fərəc
Nağıyev sürgün
həyatı keçirmiş
və Dilarə xanım 1940-cı ildə
Dağıstan Respublikasının
Dərbənd şəhərində
anadan olmuşdur.
D.Nağıyeva hazırda Azərbaycanın
əski milyonçularının
varislərinin "Mesenat"
fondunun prezidenti olmaqla bərabər, geniş tədqiqat işi ilə də məşğuldur. A.M.Nağıyevin tikdirdiyi binalar indi də şəhərimizə
xüsusi gözəllik
verir.
Bu binalar memarlıq üslubu cəhətdən
nadir tikililərdir.
Rauf İLYASOĞLU
Respublika.- 2010.- 29 avqust.- S. 4.