Biz öz doğma yurdumuza qayıdacağıq
Qubadlı rayonu Azərbaycan
Respublikasının cənub-qərbində, Dağlıq
Qarabağ silsiləsi ilə Zəngəzur dağları
arasında yerləşir. Qubadlı rayonu zəngin təbiətə,
saf havaya, mülayim və xoş iqlimə malikdir. Rayon
1993-cü il avqustun 31-də erməni təcəvüzkarları
tərəfindən işğal olunmuşdur.
İşğal
zamanı 1 şəhər, 93 kənd, 79812 hektar torpaq sahəsi,
o cümlədən 13958 hektar əkin sahəsi, 850 hektar
çoxillik bitki, 631 hektar biçənək, 17630 hektar
otlaq-çəmənlik, 13160 hektar meşə, 543 hektar həyətyanı
sahə, 582 hektar tut bağları və üzüm
plantasiyası, bol suları olan Bərgüşad və Həkəri
çayları, Həkəri çayı vadisindəki
balıqyetişdirmə vətəgəsi,
taxılçılıq üçün əlverişli
münbit torpaqları olan şabalıdı rəngli,
daşsız, çınqılsız, hamar səthə malik
Yazı və Gəyən düzləri də
işğalçıların əlinə keçmişdir.
Əldə olunan
video-kasetlərdən, əsirlikdən gələnlərin
söhbətlərindən və etibarlı mənbələrdən
verilən məlumatlardan məlum olmuşdur ki, ermənilər
zəbt etdikləri ərazilərdə evləri, inzibati binaları
dağıtmış, rayonun var-dövlətini talan edib
aparmış, təbiəti viran qoy-muşlar. Onlar təbii sərvətlərimizi
acgözlüklə istismar edib xarici şirkətlərə
satır, ətraf mühitə ciddi zərər vururlar. Belə
ki, ermənilər meşələrimizdə olan qoz, Şərq
çinarı, Qırmızı palıd, Şam və Vələs
ağaclarını kəsib silah qundağı və mebel
materialı kimi xarici şirkətlə-rə satır,
qış aylarında meşələrdən oduncaq kimi
külli miqdarda istifadə edirlər. Hacılı tikinti
karyerini, dağətəyi ərazilərdəki Travertin, Mərmər
və Əqiq yataqlarını istismar edərək
axırına çıxıblar. Həkəri və Bərgüşad
çaylarında-kı qiymətli balıq növlərini, 20
min hektar sahəni əhatə edən Qubadlı
yasaqlığındakı ceyran və cüyürləri,
çöl donuzları, boz dovşanlar kimi çöl
heyvanlarını, kəklik, qırqovul, turac, bildirçin,
meşə toyuğu, alabaxta, qurqur və digər vəhşi
quşları hərisliklə ovlayıb son həddə
çatdırmışlar.
Video-kasetlərdən,
internetdən və kosmik fəzadan əldə olunmuş şəkillərdən
məlum olur ki, rayon ərazilərində təbiət abidəsi
kimi dövlət tərəfindən qorunan, hər birinin
300-1000 ildən çox yaşı olan 9 ədəd şərq
çinarlarından da əsər-əlamət yoxdur.
Ermənistənın
Sisyan və Gorus rayonlarının çirkab suları Bərgüşad
və Həkəri çaylarına axıdılaraq bu
çayların sularını çirkləndirirlər. Zəhərli
maddə qalıqları və məişət
tullantıları torpaqlarımıza atılıb, atmosfer
havasını korlayır. Münbit şabalıdı
torpaqlarımız daşınıb aparılır və erməni
evlərinin həyətlərinə tökülür.
Rayonumuzun həyətlərində olan cavan meyvə
ağacları çıxarılıb, erməni həyətlərində
əkilir. Rayonda olan 600-dən çox büllur bulaqların
suyu qablaşdırılıb mineral sular kimi xarici ölkələrə
satılır. Qubadlı şəhərindəki 5 hektar yapon
gavalı bağının meyvəsi xarici ölkələrə
valyutaya mübadilə olunur.
İran
yazıçı və tədqiqatçısı İlami Həsənin
2000-ci ildə Tehranda çap olunmuş "Tədqiqat və
axtarış" kitabında qeyd edilir ki, ermənilər
Qubadlıda 210 hektar sahədə narkotik maddələr əkib
"Hayıstan" fondu vasitəsi ilə xaricə ixrac edir.
Xarici şirkətlərə ağac materialları
satılır. Qubadlı ərazisindən narkotik maddələrin
daşınması üçün istifadə olunur, kəndlər
boşaldılıb xarabazarlığa çevrilir.
Qubadlıdakı üzüm, tut, zoğal və ərik
ağaclarının meyvələrin-dən spirtli içkilər
istehsal edilərək xarici dövlətlərə
satılır, təbii bitkilərdən dərmanlar
hazırlanır. Hazırda Ermənistan Qubadlı ərazilərində
qızıl, gümüş, mis və başqa faydalı
qazıntıların axtarışını aparır.
Erməni
işğalçıları təkcə Qubadlıda deyil,
işğal etdikləri bütün ərazilərimizdə zəngin
təbiətimizi viran qoyur, sərvətlərimizi
amansızcasına talan edirlər. Lakin onlar başa
düşməlidirlər ki, Azərbaycan öz
torpaqlarını mütləq geri qaytaracaq, ermənilərin
törətdikləri vəhşilikləri, talanları
bütün dünyaya bir daha sübut edəcəkdir. Onda
dünya erməni işğalçılarının iç
üzünü bir daha görəcəkdir.
Biz əminik ki,
ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla,
ardıcıllıqla həyata keçirən Prezident İlham
Əliyevin yürütdüyü çevik və məqsədyönlü
daxili və xarici siyasət nəticəsində işğal
altında qalmış torpaqlarımız geri qaytarılacaq,
biz zəngin təbiətimizin və təbii sərvətlərimizin
sahibi ola-cağıq.
Çərkəz MƏMMƏDOV
Respublika.- 2010.- 31 avqust.- S. 2.