Mustafa Kamal Atatürk haqqında söylənənlər,
Atatürkün söylədikləri
Zəfər bayramı və Silahlı qüvvətlər
günü münasibətilə
—Dövlətimizin banisi
və millətimizin fədakar, sadiq xadimi, insanlıq
idealının vurğunu və mümtaz siması, əvəzsiz
qəhrəman Atatürk! Vətən sənə minnətdardır.
Bütün ömrünü xidmətinə həsr etdiyin
türk millətilə bərabər sənin hüzurunda
baş əyirik. Bütün həyatınla bizə
ruhundakı atəşdən canlılıq verdin. Əmin ol, əziz
xatirən bir məşəl kimi ruhlarımızı alovlu və
ayıq saxlayacaqdır...
İsmət İNÖNÜ, Türkiyə
Cümhuriyyətinin 2-ci prezidenti.
—Sən bizim idin. Səni
xəlifə, padşah etmək istəyənlər oldu. İltifat etmədin, milli iradə
yolunu seçdin. Həyatını və şəxsiyyətini
millətin xidmətinə vəqf
etdin. Türkün qibtə etdiyi, təqdir
etdiyi, təriflədiyi
sifətlərə malik idin. Bütün
bu məziyyətlərinlə
əsl türk idin.
M.Cəlal BAYAR, Türkiyə
Cümhuriyyətinin 3-cü prezidenti.
—Addımlarımız və
həmlələrimiz həmişə irəliyə doğru
olacaqdır. İzində və işıq tutduğun yollarda
sənə dərin hörmətlə...
Camal GÜRSƏL, Türkiyə
Cümhuriyyətinin 4-cü prezidenti.
—Ölümünün 32-ci
ildönümündə vətən və millətimizə
göstərdiyin xidmətlərə görə bir daha minnətdarlığımı
bildirir, mənəvi hüzurunda dərin hörmətlə
baş əyirəm.
Cevdət SUNAY, Türkiyə Cümhuriyyətinin 5-ci
prezidenti.
—Səni itirdiyimiz
günün ildönümündə Türk ulusuna
qazandırdığın cümhuriyyətin və Azad
Demokratik Sistemin, hazırda mövcud olan çətinlikləri
aradan qaldırmaq, müasir mədəniyyətin üst
qatına yüksəlmək yolunda yeganə düzgün yol
olduğuna olan inamımızı bir daha təkrarlayıram.
Fəxri QORUTÜRK. Türkiyə
Cümhııriyyətinin 6-cı prezidenti.
—Türk tarixinə bir
günəş kimi doğuşunun 100-cü ildönümünü yenə
də aramızdaymışsan kimi bütün millət
olaraq coşquyla bayram edirik. Bir zamanlar ifadə etdiyin kimi, fani vücudun torpaq
oldu, fəqət qurduğun və bizə əmanət
etdiyın cümhuriyyət həyata keçirdiyin əməllər
və qoyub getdiyin prinsiplər, bundan sonra da illərlə
qorunacaq və əbədi olaraq yaşadılacaqdır.
Kənan EVRƏN, Türkiyə Cümhuriyyətinin 7-ci
prezidenti.
—Türk millətinə xidmət
etmək, onun xoşbəxtliyi və rifahı
üçün çalışmaq
Atatürkçülüyün birinci şərtidir. Hər şe-yimizi borclu olduğumuz XX əsrin bu qəhrəman
komandirinə böyük inqilabçısına, dahi dövlət
xadiminə olan borcumuzu ancaq türk millətinə daha
çox xidmət etməklə, millətimizi müasir mədəniyyət
səviyyəsinin üst qatına yüksəltməklə
ödəyə bilərik.
Turqut ÖZAL, Türkiyə Cümhuriyyətinin 8-ci
prezidenti.
—Yox edilmək istənən
Türk milləti cümhuriyyətin yaranması ilə
böyük Atatürkün öndərliyi altında tarix səhnəsində
təkrar yerini tutmuşdur. Böyük
Atatürkün türk insanına göstərdiyi hədəf
yoxsulluqdan, cahillikdən xilas olmuş, azad, xoşbəxt və
çiçəklənən Türkiyədir.
Süleyman DƏMİRƏL, Türkiyə Cümhuriyyətinin
9-cu prezidenti.
—Nə edək?..
Əsrlər nadir dahi yetişdirir. Bizim bu talehsizliyimizə baxın ki, bizim əsrdə
o böyük dahini türk milləti yetişdirdi. Heç bir fəaliyyətimiz nəticə vermədi,
Mustafa Kamal Paşaya məğlub olduq.
Lloyd CORC, İngiltərənin keçmiş baş
naziri.
Atatürkün türk gəncliyinə xitabı
Ey türk gəncliyi!
Birinci vəzifən
türk istiqlalını, Türk Cümhuriyyətini əbədiyyətə
qədər qorumaq və müdafiə etməkdir.
Varlığının
və istiqbalının yeganə təməli budur. Bu təməl
sənin ən qiymətli xəzinəndir. Gələcəkdə də səni bu xəzinədən
məhrum etmək istəyəcək daxili və xarici bədxahların
olacaqdır. Bir gün istiqlal və cümhuriyyəti
müdafiə etmək məcburiyyəti qarşısında
qalsan, öz vəzifəni yerinə yetirmək
üçün içərisində olduğun və-ziyyətin
imkan və şəraitini düşünməyəcəksən!
Bu imkan və şərait çox namünasib
bir şəkildə təzahür edə bilər.
İstiqbalına və cümhuriyyətinə qəsd edəcək
düşmənlər bütün dünyada
bənzəri görülməmiş bir qalibiyyətin təmsilçisi
ola bilərlər. Cəbr və hiylə
ilə əziz vətənin bütün qalaları zəbt
edilmiş, bütün limanlarına giril-miş, bütün
orduları dağılmış və məmləkətin hər
bucağı işğal edilmiş ola bilər.
Bütün bu şəraitdən daha dəhşətlisi isə
ölkənin daxilində iqtidara sahib olanlar qəflət və
hətta xəyanət içində ola
bilərlər. Hətta bu iqtidar sahibləri
öz şəxsi mənafelərini müdaxiləçilərin
siyasi əməllərilə birləşdirə bilərlər.
Millət ehtiyac və zərurət içində
düşgün və taqətsiz ola bilər.
Ey türk istiqbalının
övladı!
Bax, belə bir
vəziyyət və şəraitdə də vəzifən
türk istiqlal cümhuriyyətini xilas etməkdir. Möhtac olduğun qüdrət
damarlarındakı əsl qanda mövcuddur!
Atatürkün söylədiklərindən
—Mən 1919-cu ilin may
ayında Samsuna gəldiyim gün əlimdə maddi heç
bir qüvvət yox idi. Yalnız böyük türk millətinin
nəcabətindən doğan və mənim vicdanımı
dolduran yüksək və mənəvi bir qüvvət
vardı. Mən bu milli qüvvətə, bu türk millətinə
güvənərək işə başladım.
Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bu günəşin hərarət və qüvvətinin bizi isidəcəyinə, ondan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu sanki gözlərimlə görürdüm.
—Millətimiz çox böyükdür. Heç nədən qorxmadıq. O, əsarət və alçaldılmanı qəbul etməz. Ancaq onu bir yerə toplamaq və ona "ey millət, sən "əsarət və alçaldılmağı qəbul edərsənmi?"- deyə soruşmaq lazımdır. Mən millətin böyük olduğunu bilirəm və bu sualı ona verən övladları canı kimi sevəcəyinə və onların alnından öpəcəyinə əminəm...
—Mən və mənim kimi bir çox vətəndaşlar, qardaşlar millətin və vətənin fəlakətə düşdüyü zaman üzərimizə bir vəzifə düşdüyünü, bu vəzifənin vicdan, namus, heysiyyət məsələsi olduğunu qəbul etdik və bu vəzifəni yerinə yetirmək yolunu tutduq.
Biz bunu etməliydik, etməyə məcburduq, bunu vicdan, insanlıq, milli namus tələb edirdi.
—Müstəqillik qayəsinin əldə olunmasına qədər tamamilə millətlə birlikdə fədakarlıqla çalışacağıma, müqəddəs hesab etdiklərimə and içdim. Artıq mənim üçün Anadoludan heç bir yerə getməmək qətiləşmişdi.
—Nə vaxt başladığı məlum olmayan zamanlardan bu yana müstəqilliyin şərəfi ilə yaşayan millətimiz ən faciəli bir çöküşlə yox olmaq vəziyyətində ikən əsarətə qarşı övladlarını ayağa qalxmağa dəvət edən əcdadımızın səsi qəlbimizdə yüksəldi və bizi son qurtuluş mücadiləsinə dəvət etdi...
—Osmanlı dövlətinin təməlləri çökmüş, ömrü tamam olmuşdu. Osmanlı məmləkətləri tamamilə parçalanmışdı. Ortada bir ovuc türkün bir ata yurdu qalmışdı. Son məsələ onun da bölünməsini təmin etmək idi. Osmanlı dövləti, onun müstəqilliyi, padşah, xəlifə, hökumət anlayışları mənası qalmamış sözlərdən ibarət idi. Belə vəziyyətdə ciddi və həqiqi qərar nə ola bilərdi?
Bu vəziyyət qarşısında tək bir qərar vardı. O da milli suverenlik əsasında qeydsiz-şərtsiz yeni bir türk dövləti təsis etmək!
Buna görə də hələ İstanbuldan ayrılmadan əvvəl düşündüyümüz və Samsunda Anadolu torpaqlarına ayaq basar-basmaz həyata keçirməyə başladığımız qərar bu qərar olmuşdur.
—Varlığımızı mühafizə və milli məramlarımızı təmin etmək üçün həqiqi istinadgahı kənarda deyil, daxildə, öz vicdanımızda axtarmaq prinsipini hökumət qəbul etmişdir. Çünki, öz gücümüzü nəzərə almadan kənardan gələcək köməyə əsaslansaq və kənardan kömək gəlməzsə süquta uğrarıq. Buna görə, hər şeydən əvvəl öz gücümüzə əhəmiyyət verməliyik.
—Millət və biz yox, bütöv halda millət var. Biz və millət ayrı-ayrı şeylər deyildir. Bunu qəti şəkildə söyləyirəm ki, bir millət öz varlığı və müstəqilliyi üçün hər işə girişər və hər fədakarlığı göstərərsə, öz məqsədinə nail olmaması mümkün deyil. Belə olduqda, o, əlbəttə məqsədinə nail olar. Əks təqdirdə, demək o millət ölmüşdür.
—Bizim mühüm və əsas vəzifəmiz siyasətlə məşğul olmaq deyildir. Bizim və bütün ölkənin və millətin bu gün yeganə vəzifəsi torpaqlarımızdakı düşməni süngülərimizlə geri oturtmaqdır. Bunu etmədikcə siyasət mənasız bir sözdən ibarət olaraq qalar.
Mən milli məqsədin təmini üçün yeganə çarənin müharibə və müharibədə qələbə olduğu fikrindəyəm. Bütün qüdrətimizi, bütün qaynaqlarımızı, bütün varlığımızı orduya verməliyik. Gücümüzü dünyaya tanıdacaq və yalnız ondan sonra milləti insan kimi yaşatmaq mümkün olacaqdır.
—Acı bir həqiqəti söyləyim ki, ölkəmizdə külli miqdarda əcnəbi pulu və bir sıra təbliğatlar cərəyan edir. Bunlarda məqsəd milli hərəkatı nəticədən məhrum etmək, milli fəaliyyətləri iflic etmək, yunan, erməni əməllərinin həyata keçirilməsini və vətənin bəzi mühüm parçalarının işğal olunması işini asanlaşdırmaqdır. Bununla bərabər hər dövrdə hər ölkədə və hər zaman zühur etdiyi kimi, bizdə də ürək və əsəbi zəif, dərrakəsiz insanlarla bərabər, vətənsiz və eyni zamanda rifah və şəxsi mənfəətlərini vətən və millətin zərərində axtaran adi insanlar da vardır. Şərq məsələlərini idarə etməkdə və zəif nöqtələri axtarıb tapmaqda çox usta olan düşmənlərimiz bunu sanki bir təşkilata cevirmişlər. Ancaq özünün müqəddəs dəyərlərini xilas etmək qayəsilə çırpınan bütün millət bu əzmkarlıq və mücadilə yolunda hər cür çətinlikləri mütləq süpürüb atacaqdır.
—Hamıya məlumdur ki, millətimiz əsrlərdən bəri iki qüvvənin, iki müstəbid qüvvənin, iki yoxedici qüvvənin təzyiqi altında üzüntü və ələm içində idi. O qüvvələrdən biri ölkəni və milləti idarə etmək iddiasında olan müstəbidlər, ikincisi isə bütün imperialist və kapitalist aləmdir.
Əsrlər
boyu bu iki qüvvənin təzyiqi altında qalan millət
şübhəsiz ki, çox zəif haldadır. Ancaq təzyiqlərin
nəticəsində böyük oyanışlar da oldu. Bizim millətdə də o oyanış olmuşdur.
Biz belə bir oyanış dövründəyik...
—Mən ölkəni və
milləti düşdüyü fa-lakətdən
çıxara biləcəyimə olan inamla Anadoluya
keçdiyim və məqsədimdən irəli gələn təşəbbüslərə
girişdiyim zaman cibimdə, əmrimdə beş
quruş para olmadığını söyləyə bilərəm.
Ancaq parasızlıq mənim millətlə bərabər,
atmağa müvəffəq olduğum addımları nəinki
dayandırmağa, onu zərrə qədər azaltmağa belə
səbəb ola bilməmişdir.
Keçdik, müvəffəq olduq, keçdikcə, müvəffəq
olduqca, maddi çətinliklər öz-özünə
ortadan qalxdı...
—Əsas olan Türk millətinin
heysiyyətli və şərəfli bir millət olaraq
yaşamasıdır. Bu yalnız tam müstəqilliyə nail
olmaqla təmin oluna bilər. Nə qədər zəngin və
rifaha qovuşmuş olursa olsun müstəqillikdən məhrum
bir millət mədəni insanlıq qarşısında
nökər olmaq mövqeyindən yüksək münasibətə
layiq ola bilməz.
.
Özgə bir dövlətin
himayə və dəstəyini qəbul etmək insanlıq
özəlliklərində məhrumiyyəti,
bacarıqsızlıq və miskinliyi etirafdan başqa bir
şey deyildir... Halbuki, türkün heysiyyəti,
izzəti-nəfsi və qabiliyyəti çox yüksək və
böyükdür. Belə bir millət əsir
yaşamaqdansa, yox olsa daha yaxşıdır. Bundan
ötrü ya müstəqillik, ya ölüm!
Bizim sözümüz
Dünya strateji hərb
tarixinin zirvəsində olan dahi sərkərdələrdən
biri, Türkiyə azadlıq və dövlətçilik
tarixinin təkrarolunmaz və əvəzedilməz xadimi,
qeyri-adi siyasi, elmi, nəzəri zəkaya sahib, eyni zamanda şəxsiyyəti,
qətiyyəti və işgüzarlığı ilə də
bənzərsiz mənəvi-ruhi zənginliyi və
emosionallığı baxımından da yalnız özünə
məxsus daxili dünyası olan Müstafa Kamal
Atatürkün Türk millətinə ən böyük xidməti
və mirası Türkiyə Cümhu-riyyəti dövlətidir.
Atatürkün
yoxdan var etdiyi bu Cümhuriyyəti Atatürk prinsipləri əsasında
yaşatmaq və inkişaf etdirmək türk millətinin və
türk dövlətinin Atatürk və tarix
qarşısında ən müqəddəs vəzifəsi və
borcudur.
(Davamı növbəti sayımızda)
Allahşükür QURBANOV
Respublika.- 2010.- 31 avqust.- S. 4.