Yaradıcılıq gecəsi

 

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının akt zalında Aytan Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə şair-dramaturq Ramiq Muxtarın yaradıcılıq gecəsi keçirilmişdir.

Milli Kitabxananın direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Kərim Tahirov şair-dramaturq Ramiq Muxtarın yaradıcılığı barədə ətraflı danışmışdır.

Tədbirin aparıcısı, tanınmış şair Ramiz Məmmədzadə hələ gənclik illərindən yazıb-yaradan Ramiq Muxtarın həm şair, həm də dramaturq kimi fəaliyyətini qeyd etmiş, onun "Üfüqlər       qızaranda", "Əlvida, köhnə dostlar", "Doğma səmanın ulduzları" və digər pyeslərinin Bakı, İrəvan, Naxçıvan, Qazax və Ağdam Dövlət Dram teatrlarında uğurla tamaşaya qoyulmasından söhbət açmışdır.

Ramiq Muxtar həm də nəğməkar şair kimi populyardır. Onun sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir. Son 15 il ərzində Res-publikada keçirilən hərbi vətənpərvərlik möv-zusundakı müsabiqələrdə müəllifin sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülmüşdür. 1980-cı ildən Yazıçılar İttifaqının (indi Birliyinin) üzvü olan Ramiq Muxtar həmçinin "Rəsul Rza" Beynəlxalq mükafatı laureatıdır.

O, gürcü-Azərbaycan xalqlarının dostluğundan bəhs edən "Şəhərli kürəkən" pyesinə görə Gürcüstan Respublikasının ali mükafatı olan "Şərəf' ordeninə layiq görülüb.

Sonra professor Əyyub Əzizov, tanınmış şairlərdən Abbas Abdulla, İlyas Tapdıq, Vaqif Nəsib, Sona Xəyal, Fəxrəddin Meydanlı, Zərəngiz Dəmirçi Qayalı, Azərbaycanın xalq artisti Taryel Qasımov, uzun müddət Gürcüstan Respublikası Prezidentinin (Şevardnadzenin hakimiyyəti dövründə) müşaviri işləmiş İmir Məmmədov, ehtiyatda olan polis polkovniki Həmid Cəfərov tanınmış diktor Sildus-Bayramov və başqaları, Ramiq   Muxtarın   həm şair, dramaturq, həm də xeyriyyəçi bir şəxs kimi fəaliyyətindən, danışmışlar. Tədbir ərəfəsində Ramiq Muxtarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etidirilmişdir.

Ramiq Muxtar 3 ildən artıqdır ki, prezident təqaüdçüsüdür, o aldığı təqaüdün yarısını Nəsimi rayon bankı vasitəsilə imkansız insanların ünvanına keçirir. Bütün bunlar onun vətənpərvərliyindən irəli gəlir.

Sonra Aytan Uşaqların Mədəni Maarifləndirilməsi İctimai birliyinin sədri Aygün Zamanlı Ramiq Muxtarı "Seçilmiş əsərləri"nin 1-ci cildinin çapdan çıxması münasibətilə təbrik etdi və müəllifi ictimai birliyin "Fəxri Diplom"u ilə mükafatlandırdı.

Tədbirin sonunda şair-dramaturq Ramiq Muxtar qonaqlara öz minnətdarlığını bildirdiyeni yazdığı şeirlərini oxudu.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2010.- 17 iyul.- S. 8.