İnformatika və avtomatlaşdırma sahəsinin tanınmış alimi

 

İnformatika və avtomatlaşdırma sahəsi yeni, müasir olmasına baxmayaraq, Azərbaycanda da bu sahə üzrə tanınmış alimlər yetişmişlər ki, onlardan biri də İsa Abdullayevdir.

Abdullayev İsa Mədəd oğlu 1945-ci il aprelin 12-də Azərbaycan SSR-in Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1968-ci ildə Lenin təqaüdçüsü olaraq institutu avtomatika və tele-mexanika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Rəhbərliyin qərarı ilə institutda saxlanmış və gənc mütəxəssis kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər bu mötəbər elm və tədris ocağında çalışmış, əmək fəaliyyətinə laborant kimi başlayaraq fakültə dekanı, kafedra müdiri kimi vəzifələrə yüksəlmiş, sevimli institutunun-universitetinin-akademiyasının inkişafı üçün əlindən gələni etmişdir.

1973-cü ildə aspiranturanı bitirərək namizədlik dis-sertasiyəsı müdafiə etmiş və həmin ilin dekabr ayında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1979-1980-ci illərdə ABŞ-ın Pensilvaniya Universitetində Fulrayt fondunun təsis etdiyi İREX (Beynəlxalq elmi tədqiqatlar mübadiləsi) proqramı üzrə, 1986-87-ci illərdə isə ÇXR-in Xarbin Texniki Universitetində xarici  həmkarları  ilə elmi-tədqiqat işləri aparmışdır. Elə həmin dövrdə "Asinxron mühərriklərin keyfiyyətinə nəzarətin və diaqnostikasının avtomatlaşdırılması" adlı monoqrafiyası Moskvadakı nüfuzlu "Enerqoatomizdat" nəşriyyatında çap olunmuşdur. 1991-ci ildə avtomatika, telemexanika və elektronika kafedrasının müdiri vəzifəsinə seçilmiş, 1992-ci ildə informasiya-ölçmə sistemləri ixtisası üzrə doktorluq dis-sertasiyasını müdafiə edərək 1993-cü ildə professor elrni adı almışdır.

1993-cü ildə istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin elmi şurası tərəfindən fakültə dekanı seçilmişdir. Dekan vəzifəsində çalışdığı müddətdə kafedradakı fəaliyyətini professor və "Avtomatikanın lokal sistemləri" problem laboratoriyasının elmi rəhbəri olaraq davam etdirmişdir. 2000-ci ilin yayında Azərbaycan Dövlət Neft Akade-miyası və ABŞ-ın Corciya Dövlət Universitetinin ortaq həyata keçirdiyi MBA proqramı üzrə Atlanta şəhərindəki Corciya Dövlət Universitetinin C.Robinson Kollecində təkmilləşmə keçmiş və sertifikat alaraq Bakıya döndükdən sonra "Korporativ maliyyə" və "İdarəetmə mühasi-batı" fənləri üzrə tədris haqqı qazanmışdır.

2000-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür. 1998-ci ildən ömrünün sonuna qədər "Dənəvər materialların parametrlərinə nəzarət və idarəetmə" üzrə Beynəlxalq   Federasiyanın (ÇXR) Rəyasət Heyətinin üzvü, müvafiq konfransların Beynəlxalq proqram komitəsinin üzvü olmuşdur. 1999-cu ildə LütfiZadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. AMEA-nın Kibernetika İnstitutu nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvü kimi namizədlik və doktorluq disserta-siyalarının müdafiələrındə fəal iştirak etmişdir. 2003-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Neft Akademiyasının biotexniki və tibbi cihazlar kafedrasının müdiri vəzifəsində çalışmışdır.

İsa Abdullayevin elmi-pedaqoji fəaliyyətinin nəticələri 150-dən çox elmi əsər, 26 müəlliflik şəhadətnaməsi, 3 monoqrafiya və 5 dərs vəsaitində öz əksini tapmışdır. Onun rəhbərliyi altında 21 elmlər namizədi hazırlanmışdır.

İ.Abdullayev informatika və avtomatlaşdırma sahəsində aparıcı alimlərdən biri olmuş, informasiya-ölçmə sistemlərinin optimallaşdırılması, siqnalların rəqəmli emalı və təshihedici süzülməsi, diskret istehsalda sənaye sınaqlarının və məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması sahəsində əldə etdiyi nəticələrlə elmi dairələrdə böyük nüfuz və hörmət qazanmışdır.

O, kompyuter texnikasının informasiya-ölçmə vasitələrində geniş tətbiqi və bunun əsasında müasirölçmə-hesablama sistemlərinin yaradılması sahəsində tədqiqat aparmış ilk alimlərdən olmuşdur.

Alimin nəzəri-elmi nəticələri  aşağıdakı  istiqamətləri əhatə etmişdir:

-informasiya-ölçmə sistemlərinin optimallaşdırılması;

- siqnalların rəqəmli emalı;

-ölçmə informasiyasının təshihedici süzülməsi;

-sənaye sınaqlarının və elmi eksperimentin avtomatlaşdırılması;

-diskret istehsalda məhsulun keyfiyyətinə nəzarət və diaqnostika.

İ.Abdullayev tərəfindən İnformasiya-ölçmə sistemlərinin optimallaşdırılmasına ilk dəfə kompleks yanaşma təklif edilmiş, bu sistemlərin dolğun struktur-metroloji modelləri yaradılmış, ilk dəfə olaraq səmərəli və əhatəli optimal parametrik sintez metodları işlənmişdir.

Siqnalların emalı üsullarının səmərəsinin artırılması və onların məhdud hesablama gücü (mikroprosessor texnikasına rəğmən) əsasında reallaşdırılması üçün orijinal bazis funksiyaları işlənmiş, spektral və korrelyasiya analizi alqoritmləri təklif olunaraq əsaslandırılmışdır.

Professor İ.Abdullayevin elmi araşdırmalarının nəticə-lərinin əsas tətbiq sahələri elektroenergetika və elektrik maşınqayırması olmuşdur.

Yeni informasiya texnologiyasının tətbiqi ilə bu sənaye sahələrinin avtomatlaşdırılması külli miqdarda sosial-iqtisadi səmərə vermişdir. Onun rəhbərliyi ilə yaradılmış və asinxron mühərriklərin kütləvi istehsalında keyfiyyətə nəzarət və diaq-nostikanın avtomatlaşdırılmış sistemlər ailəsi "Test-1", "Test-2", "Test-3" və "Test-3M" keçmiş İttifaqın elektro-texnika sənayesində (Bakı, Vladimir və Yaroslavl elektrik maşınqayırma zavodlarında) və Bakı Məişət Kondisionerləri Birliyində tətbiq edilmişdir. Buraxılan məhsulların keyfiyyətinin idarə olunması, texnoloji avadanlığın etibarlılığının artırılması və səmərəli istismarı hesabına "Test-2" sisteminin orta gücə malik olan zavodda tətbiqinin illik iqtisadi səmərəsi 100 min rubldan (80-ci illərin pul vahidində) çox olmuş və sistem SSRİ Elektrotexnika Nazirliyinin Dövlət Komissiyası tərəfindən kütləvi istehsala və tətbiqə tövsiyə edilmişdir. "Test-3" sistemi SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində gümüş medala layiq görülmüşdür.

İsa Abdullayev bir alim kimi Azərbaycan elminin inkişafına öz töhfələrini vermiş və onun bu əməyi elmi ictimaiyyət tərəfindən həmişə minnətdarlıqla xatırlanacaqdır.

 

 

Telman ƏLİYEV

 

Respublika.- 2010.- 15 iyul.- S. 7.