Ümummilli lider Heydər Əliyev ermənilərin ərazi iddialarına imkan vermədi

 

(Əvvəli qəzetin 26 və 27 may tarixli saylarında)

 

Zöhrab Qəhrəman oğlu Məmmədovun Azərbaycan CM-in 186-cı maddəsi ilə həmin cinayəti etməsi sübut edilmədiyinə görə ona bəraət verilsin. Həmin iş üzrə dərhal həbsdən azad edilsin.

Hökm oxunub sona çatanda ermənilər məhkəmə binasını daşqalaq etməyə başladılar. Binanın içərisində olan adamların çoxu daş zərbəsinə məruz qaldı. Daşlar insanların üzərinə yağış kimi yağdırılırdı, Milis nəfərləri özlərini elə göstərirdilər ki, guya onlar parka yığılan kütləni sakitləşdirməyə çalışırlar, Lakin er-mənilər sakitləşmir, daha da qızışırdılar. Qalmaqal salan ermənilərə Yerevandan gələn xüsusi dəstələr rəhbərlik edirdilər.

Kütlə izdihamı məhkəmə binasının zalına daxil oldu. Konvoylan döyüb kənarlaşdırdılar. Günahı sübuta yetməyən 3 nəfər azərbaycanlını bayıra çıxarıb onları vəhşicəsinə döydülər. Elə bir vəziyyət yaranmışdı ki, hər bir erməni əllərindəki daşla azərbaycanlıları vurmalı idi. Onlar hətta öldürüldükdən sonra da meyitləri təpik və daşla vururdular.

Bundan sonra ermənilər öldürülən azərbaycanlıların meyitlərini gətirdikləri milis maşınına qoyub onları yandırdılar, Stepanakert şəhəri müəyyən müddət kütlənin idarəsinə keçir. Şəhərdə olan azərbaycanlılar isə müvəqqəti olaraq evlərini tərk etmişdilər. Ermənilər, həmçinin azərbaycanlı milislərə də silahlı müqavimət göstərirdilər.

Stepanakertdeki qırğının daha pis nəticələr verəcəyini görən Heydər Əliyev öz siyasi iradəsi ilə ermənilərin bütün planlarının bu istiqamətdə inkişafına imkan vermədi. Belə ki, münaqişənin daha geniş vüsət almaması üçün Dağlıq Qarabağın azərbaycanlılar yaşayan əyalətlərinin Stepanakert istiqamətindəki bütün yollan bağlandı. Heydər Əliyevin göstərişi ilə azərbaycanlı əhali arasında rayon katibləri səviyyəsində kompleks tədbirlər keçirildi. O, özü də şəxsən bu tədbirlərdə iştirak edirdi, Operativ əməliyyat zamanı DTK-nın xüsusi dəstəsi Stepanakertə gəlib erməniləri sakitləşdirdi, onların vəhşi əməllərinin qarşısı alındı. Sonra da Heydər Əliyevin nəzarəti altında hadisələrin günahkarları öz layiqli cəzalarını aldılar.

Stepanakertdə baş verən bütün bu hadisələri və həqiqəti aydınlaşdırmaq üçün Heydər Əliyevin göstərişi ilə paralel olaraq Xüsusi Istintaq Komitəsi yaranır.

Xüsusi istintaq Komitəsinin tərkibinə aşağıdakılar daxil edilmişdir:

1.   DTK-nın istintaq şöbəsinin müstəntiqi mayor Ə.B.Arutyunov,

2.  Baş müstəntiq kapitan A.A.Ta-lanov.

3.     Müstəntiq baş leytenant R.A.Baxşəliyev.

Belə beynəlmiləl komissiyanın Heydər Əliyev tərəfındən yaradılması təsadüfi olmamışdı. Çünki milli problem olduğunu nəzərə alaraq, onda komissiyanın işinin obyektiv olacağına heç bir tərəfə meyil etmə-yəcəyinə Moskvadakı "böyük qardaşlarımızın" şübhələrinin heçə endirməkdən irəli gəlirdi.

İstintaq işini şübhəsiz ki, Moskvanın nəzarəti altında Azərbaycan Respublikası Prokurorluğu aparırdı. Ona görə ki, bu hadisəni mərkəzdə şişirtmək istəmirdilər.

Dağlıq Qarabağın azərbaycanlı əhalisinin adekvat reaksiyasının olmaması, erməni-azərbaycanlı toqquşmasının qarşısının alınması ermənilərin planlarını alt-üst etdi. Ermənilər azərbaycanlıları intiqam almaq üçün Stepanakertə gəlmələrinə təhrik edə bilmədilər. Plana əsasen Stepanakertdə silahlı ermənilər onları gözləyirdilər. Hadisələrin dəhşətli inkişafını bilən Heydər Əliyevin apardığı operativ tədbirlər bu qırğının qarşısını ala bildi. Bundan sonra ermənilər Stepanakert hadisələrində iştirakçıları qoruyub saxlamaq, məsuliyyətə cəlb olunanların cəzasını minimuma endirmək istiqamətində çalışmalı olmuşlar. Bu da onlara nəsib olmaq astanasında idi.

Heydər Əliyev istintaqın işinin obyektiv aparılmadığını gorüb yeni təd-birlər gördü. istintaq işinin Azərbaycan SSR Prokurorluğunda aparıldığını nəzərə alan Heydər Əliyev, həmin iş üzrə Prokurorluğun müstən-tiqləri ilə birgə, Azərbaycan DTK-nın xüsusi şöbəsinin baş müstəntiqi mayor Nikolay Podqornını da əlavə etdi. Daha sonra DTK-nın istintaq şöbəsinin müstəntiqi, baş leytenant Nikita Dobrovin də bu istintaqa qoşulur.

Arxiv materialları belə nəticəyə gəlməyə imkan verir ki, Heydər Əliyev prokurorluq tərəfındən aparılan istintaq işinin birdən deyil, aramla, tədricən öz nəzarətinə götürür. Sonra məlum olur ki, istintaqda erməniləri ifşa edən əsas sübut və dəlilləri məhz DTK-nın xüsusi komissiyasının üzvləri və prokurorla birgə, sonradan Heydər Əliyev tərəfindən istintaqa qoşulmuş müstəntiqlər aşkar etmişlər. Onların səyləri və işin düzgün gedişi nəticəsində müqəssirlər öz cəzalarını almışlar. Bütün bunlar arxiv materiallarının köməyi ilə təkzibe-dilməz faktlarla sübuta yetirilmişdir.

Şahid Məmmədov Məmməd Ağamməd oğlunun ifadəsindən;

Mən Zərifənin (Ərşadın arvadı) xahişi ilə onunla Stepanakertə getdim. Zərifə zala keçə bildi. Mən isə bayır-da qaldım. Bu vaxt parkda 12 minə qədər erməni toplanmışdı. içəridən güllə səsləri gəlməyə başladı. Nə baş verildiyini görə bilmədim. Sonra isə bircə onu gördüm ki, Ələmşadla Ərşadın qana boyanmış meyitlərini maşına apardılar. Zöhrab o vaxt maşında idi. Maşını çevirib yandırdılar.

Petrosov Sergey Sergeyeviçin ifadəsindən: Parka 10 mindən çox erməni toplaşmışdı. Benik Movses-yan kimlərəsə göstəriş verirdi. Qərar oxunandan sonra bizi və müttəhimləri daş-taxta atəşinə tutdular. Movsesyan Benikin əlində stul qırıntısı var idi. O, taxta ilə bizi döyəclədi. Kütlə içərisindən bizə atəş açmağa başladılar. Müttəhimlər hələ sağ idilər. Mən dəmir alətlə başımdan zərbə aldım, huşumu itirdim.

Malimonovun ifadəsindən: Ambarsum rus dilində qışqırıb əmirlər verirdi. Atəş hədəfə, yəni müttəhimləri qoruyanlara atın. Bütün prosesi, hadisələri fotoqraf çəkirdi. Özü də bir yox, bir neçəsi çəkirdi.

Fatma Məmmədovanın ifadəsindən: Ermənilər onları (Ərşad, Ələmşad, Zöhrabı- B.N.) işgəncə ilə döyüb öldürdülər. Yaxınlıqda milislər durmuşdular. Mən onlara yaxınlaşıb, buna yol verməyin, bu vəhşiliyi dayandırmağı xahiş etdim. Onlar mənə "Rədd ol burdan!" —deyib, yuxarı mərtəbəyə qalxdılar və oradan mənzərəyə tamaşa etməyə başladılar.

Yanğın mühafizə idarəsinin rəisi Saturyan Qugen Avakoviç: Bizi yanan meyitləri söndürməyə qoy-madılar. Qasımovu vurub huşsuz etmişdilər. Bizə də soyüş, hədə-qorxu yağdırırdılar.

Milis işçisi Məmmədov Yusif Mehdi oğlu: Ermənilər avtomobili çevirib yandıranda Ələmşad və Ərşad ölmüşdülər, ancaq Zöhrab görünür sağ idi. Onun qışqırığı aləmi götürmüşdü.

Mkrtıçyan Payçar Sarkisovananın izahatından: Ernest və başqaları silahlı idilər. Başqalarını tanımıram. Onlar Yerevandan gəlmişdilər.

Məmmədov Asif Ağamalı oğlunun izahatından: Məni Ernest və Rudik möhkəm döydülər. Mən qan içində idim. Həkimə gedib həm yaralarımı sarıtmaq, həm də döyülməyim barədə arayış almaq istədim. Xəstəxanada mənə heç bir həkim nə baxdı, nə də arayış verdi. Məni xəstəxanadan qovdular.

Məmmədov Xəlilin ifadəsindən: Məni bərk döydülər. 3 saata qədər asfaltda huşsuz vəziyyətdə qalmışdım. Mən Bakıya şikayət edəcəyimi milisə bildirəndə 5 gün dustaq kimi saxladılar və dedilər ki, get evinə, yoxsa pis olar.

Ermənilər elə bu hadisələr zamanı da Dağlıq Qarabağın etnik azərbaycanlıların öz doğma yurdlarından qovulması istiqamətində çalışırdılar. Bu faktları da Prokurorluğun istintaqına əlavə materialları məhz Heydər Əliyevin göndərdiyi baş müstəntiq Nikolay Petroviç Podqornı əlavə edib.

Kərimova Tamara Yunis qızının izahatı: Raçik və başqaları bizi hədələyirdilər. Silahlı idilər. Çıxıb get-məyimizi təkid edirdilər. Əks halda öldürəcəyik deyirdilər.

Kərimova Sümuzərin ifadəsindən: Bizim evimizə soxuldular. Onların arasında Çolyanı və Caqa ləqəbli Daneylyam tanıyıram. Evdən çıxıb getməyimizi əmr etdilər. Silahlanmışdılar. Öldürəcəyik deyə hədələyirdilər. Uşaqları podvalda gizlətmişdik.

Quliyeva Mövsümə Daşdəmir qızının izahatından: Bizə daxil olub getməyimizi əmr etdilər. Yoxsa öləcəksiniz dedilər.

Stepanakert milisi nəinki İstintaqa kömək etməmiş, istintaqın izini itirmək, müqəssirləri istintaqdan yayındırmaq, sübut-dəlilləri Ört-basdır etmək istiqamətində çalışırdılar. Bu cəhətdən Heydər Əliyev tərəfindən Stepanakertə göndərilmiş istintaq komissiyasının üzvü, baş leytenant Baxşəliyevin peşəkarlığını xüsusi vurğulamaq yerinə düşərdi.

İstintaq materiallarında qeyd olunur ki, səhərisi gün hadisənin baş verdiyi ərazi mənzil-istismar idarəsinin əməkdaşları tərəfindən təmizlənmiş, çox qiymətli əşyayi-dəlilləri zibil maşınına dolduraraq aparıb zibilliyə atmışdılar. Baş leytenant Baxşəliyev zibil maşınında fəhlə işləyən H.Heydərovun şahidliyi ilə qanlı hadisə yerindən yığılan zibillərin boşaldılması yeri müəyyənləşdirmişdir. Onların arasında 14 kq. daş qəlpələri tapılıb, istintaqa dəlil kimi təqdim olunmuşdur. Həmin daşların üzərində qan izləri və saç tükləri aşkar edilmişdir. Tibbi ekspertiza müəyyən etmişdir ki, Ərşad və Əlimşadın qanı həmin daşlarda aşkarlanmışdır. Onların işgəncə ilə öldurülməsi sübut olunmuş və hadisə şahidlərinin dediklərinə əsasən əvvəldən çoxlu daşlar maşınlara yığılmışdır.

DTK-nın müstəntiqi baş leytenant Baxşəliyevə verilən izahatda Quliyan Siran Denisovna təsdiq edir ki, daşlar əvvəlcədən maşınlarda gizlədilmişdir.

Ümumiyyətlə, istintaq materialları ilə tanışlıqdan sonra birmənalı olaraq belə nəticəyə gəlirsən ki, istintaq işi üzrə erməniləri ifşa edən bütü'n materialları məhz DTK-nın xüsusi komissiyası və prokurorluğun apardığı istintaqa Heydər Əliyev tərəfindən əlavə olunmuş müstəntiqləri həqiqəti üzə çıxaran dəlil və sübutları işə əlavə etmişlər.                                 

Stepanakert milisinin hadisə zamanı hansı mövqe tutduğuna dair DTK-nın müstəntiqləri şahidlərin izahatını alıb istintaqa təqdim etmişlər.    

Kərimov Xosrov Yunis oğlu: Şuşa rayon milis şöbəsindən ezam olunmuşam. Biz parka çatanda orada 70-dən çox milis var idi.

Quliyeva Mövsümə Daşdəmir qızının izahatından: Mən gördüm ki, Mövsesyan Beniki Vazgen adlı milis yanına çağırıb ona pistolet verdi. Benik isə dedi: məndə silah var, pistoleti Emestə ver. Mən bu haqda prokurorun müstəntiqinə dedim. Lakin o, mənim izahatımı sizdən fərqli olaraq nə yazdı, nə də qol çəkdirdi.

Pozdnyakov Yevqeni Semyonoviçin ifadəsindən: Bizi və avtozakı daşlayanlar arasında milis işçiləri də var idi. Lakin onların adlannı çəkə bilmərəm. Mən burada yaşayıram.

Bütün bu şahidlərin aşkar edilməsi və dövlət mühafizə orqanlarının hadisə zamanı fəaliyyətinin qiyməti məhz ulu öndər Heydər Əliyevin təyin etdiyi DTK-nın müstəntiqlərinin işə əlavə etdikləri sənədlərdə öz ək-sini tapır.

Məmmədova Qəmər Ağası qızının izahatından: Biz Oqanyan Sergeylə bir evdə yaşayırdıq. Hadisədən əvvəl Oqanyanın uşağı yoxa çıxdı. Biz də ona qoşulub uşağı axtarmağa başladıq. Sonra uşağı açıq 'kanalizasiya lükundan tapdıq. Oqanyan Sergey mənə dedi ki, onu milis rəisi Poqosov yanına çağırıb demişdi ki, bizə ərizə yaz ki, uşağı ora Ərşad atıb.

İstintaq qurtardıqdan sonra ictimai Asayiş Nazirliyi (indiki Daxili işlər Nazirliyi —B.N.) 3 iyul 1967-ci il tarixli Stepanakert hadisələrində milis işçiləri düzgün mövqe tutmamışlar, öz borclarını yerinə yetirməmiş və sayıqlığı itirmişlər. Buna görə də milislərin bəziləri inzibati cəza almış və bir neçə milis işçiləri işdən azad olunmuşlar. Hadisələrin gedişində aparılan məhkəmə-istintaq işinin başa çatdırılmasında vəkillərin çıxışları da diqqəti cəlb edir.

Movsesyan Benikin dediyindən: məhkəmə olsa da və sənin taleyin necə müəyyən etsələr də səni onsuz da öldürəcəyik.

Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə 19 nəfər erməni haqqında hökm çıxarıldı. Onlardan 5 nəfəri güllələnmə, 2 nəfəri 12-15 il, qalanları isə müxtəlif illər üzrə cəzaya məhkum olundular. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan SSR Ali Məhkəməsinin hökmü Moskvadakı ermənipərəst liderlərin ürəyindən olmadı. Ölüm hökmləri 15 illik cəza ilə əvəz edildi. Bəziləri vaxtından qabaq azadlığa buraxıldı. Bütün bu qərarlar SSRİ Ali Sovetinin sədri Podqornının və katibi Georqadzenin imzaları ilə təsdiqləndi.

Cinayət işləri üzrə SSRİ məhkəmə kollegiyası qərara alır. 4.VII.69-cu il Azərbaycan Ali Məhkeməsinin qərarı: Asribabayan Artyuş Xaçaturova, Danelyan Albert Armenakonoviçə və Movsesyan Benik Nersesoviçə güllələnmə cəzası deyişdirilib, 15 illə əvəz olunsun.

SSRİ Ali Sovetinin qərarı ilə

SSRİ Ali Sovetinin sədri Podqornı

SSRİ Ali Sovetinin katibi Qeorqadze.

SSRİ Ali Sovetinin qərarı: 19 de-kabr 1969-cu il. Oqonov Conrik Andreyeviç. ölüm hökmü ləğv edilsin 15 il verilsin.

SSRİ Ali Sovetinin         sədri Podqornı

SSRİ Ali Sovetinin katibi Qeorqadze.

SSRİ Ali Sovetinin qərarı: 19 dekabr 1969-cu il Arakelyan Ermak Nikolayeviç. ölüm hökmü ləğv edilsin. 15 il verilsin.

SSRİ Ali Sovetinin sədri Podqornı

SSRİ Ali Sovetinin katibi Qeorqadze.

Çita vilayəti Şilkin rayonu. 22 iyul 1970-ci il Arustamyan Ernest Ambarsumoviç xalq tesərrüfatı tikintisi-nə göndərilsin. Türmədən azad olunsun.

Çita vilayət məhkəməsinin qərarı

Saratov məhkeməsihin qəfarı

16 iyun 1969-cuil.

Qriqoryan Aqasi Mixayloviç düzgün həyat tərzinə qədəm qoyub, düzəlib və vaxtından qabaq türmədən azad olunur.

1 N-li istintaq izolyatorunun reisi Kuliyev R.T. 31 oktyabr 1968-ci il.

Sarkisyan Stıren Osinoviçin cinayət maddəsinin dəyişdirilməsi haqqında.

Azərbaycan SSR Ali məhkəməsinin üzvü Polyanski

Çavadyan Nikolay Poqosoviç 6 oktyabr 1969-cu il. Xalq təsərrüfatı tikintisində məcburi işləməklə azad olunsun.

Sarkisyan Suren Osipoviç Saratov xalq məhkəməsi vaxtından əvvəl azad olunsun. Qərar 26 sentyabr 1969-cu il.

Sarkisyan Qrant Samsonoviç türmədən vaxtından əwəl azad olunsun və SUM N8 "Promstroymexani-zasiya" MPS Azerbaycan SSR məcburi işə göndərilsin.

İndi Heydər Əliyev kimi dünya şöhrətli bir şəxsin Siyasi Bürodan uzaqlaşdırılması ermənilərin çoxdan arzuladığı çirkin əməllərinin bariz nümunəsi idi.

"Rodina" blokunun rəhbərlərindən biri və Rusiya Dövlət Ticarət-İqtisadiyyat Universitetinin rektoru Sergey Baburin AzərTAC-ın müxbirinə demişdi ki, bütün siyasi fəaliyyəti dövründə müxtəlif siyasətçilərlə görüşmüşdür. Lakin mübaliğəsiz deyə bilərəm ki, Heydər Əlirza oğlu Əliyev, sözün həqiqi mənasında, ən parlaq və müdrik siyasətçi idi. Mən əminəm ki, Heydər Əliyev sovet rəhbərliyində o qədər prinsipial sima idi ki, onun Sovet İttifaqı rəhbərliyinden kənarlaşdırılması SSRİ-nin dağılmasının əsas səbəblərindən biri oldu. Bir sözlə o, yüksək səviyyəli siyasətçi idi, axı hər şey müqayisədə bilinir. Məsələn, M.Qorbaçovla müqayisə-de o, böyük şəxsiyyətdir, Qorbaçov isə hakimiyyət piramidasının zirvəsində xeyli dərəcədə təsadüfü adam idi.

Bəli, doğurdan da 1988-ci ildə ulu öndərimiz vəzifədə, heç olmazsa doğma respublikamızda dövlət baş-çısı kimi hakimiyyətdə olsaydı, ermənilər Azərbaycana qarşı ərazi iddialarına başlaya bilməzdilər. Onlar alçaq əməllərini, torpaqlarımızın işğalını həyata keçirə bilməzdilər. Bəli, 1967-ci ilin hadisələri də bunu təs-diqləyir.

Bütün bunlar ulu öndər Heydər Əliyevin heyatından bir epizod idi. Bu görkəmli şəxsiyyət haqqında dünyanın ən görkəmli adamları öz ürək sözlərini bəyan etmişdilər. Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəl:

"Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərpa olunmasıdır. Bu asan iş deyildir. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükə altına ataraq Azərbaycandakı qardaş qırğınına son qoymuşdur".

Bəli, bu gün də ümummilli liderin yolunun layiqli davamçısı respublika Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həlli üçün əlindən gələni əsirgəmir.

 

 

Bəxtiyar NƏCƏFOV

 

Respublika.- 2010.- 1 iyun.- S. 5.