Görkəmli alim və pedaqoq
Ulu Tanrı hər kəsə
bir ömür yolu, bir tale qisməti pay verir. Bu ömrü
layiqincə yaşamaq, tale qismətindən yetərincə bəhrələrımək
və cəmiyyətdə özünəlayiq mövqe,
nüfuz qazanmaq isə təbii ki, hər bir insanın
özündən asılıdır. Adı respublikamızın
elmi-pedaqoji ictimaiyyətinə yaxşı tanış olan, öz
zəngin daxili-mənəvi dünyası, möhkəm iradəsi
və geniş dünyagörüşü isə onu
tanıyanların qəlbində özünə əbədi
hörmət və məhəbbət qazandırmış
biologiya elmləri doktoru, professor Tofiq İsa oğlu Qazıyev
məhz şərəfli ömür yolu başqalarına,
xüsusən də gənc nəslə layiqli nümunə
olan görkəmli alim və pedaqoq idi.
Tale yolu heç də həmişə rəvan və rahat olmur. Xüsusən də ötən əsrin 20-30-cu illərinin siyasi hadisələri və repressiyaları, hətta ən mətin insanları belə əzməyə, siyasi burulğanların dibinə çökdürməyə qadir idi. Həmin dövrdə öz yüksək ləyaqətini saxlamaq və xalqına şərəflə xidmət göstərmək böyük hünər idi.
Uşaqlıq və gənclik illəri məhz həmin kəşməkəşli və fırtınalı dövrə təsadüf edən görkəmli alim Tofiq Qazıyevin keçdiyi şərəfli tale yolu bu baxımdan da böyük ləyaqət nümunəsi sayıla bilər. 1920-ci il may ayının 20-də Samux rayonunda tanınmış ziyalı ailəsində anadan olan Tofiq Qazıyevin həmin illərdə başı az bəlalar çəkməyib. Şübhəli Qazıyev soyadı, atasının savadlı olması, üstəlik bəy nəslindən olan Mina xanım Zülqədərova ilə ailə həyatı qurması bu ailəni çətin sınaqlar qarşısında qoyub. Lakin o sınmayıb, əmək fəaliyyətinə müəllim kimi başlayıb, öz məqsədinə doğru qətiyyətlə irəliləyib.
1938-ci ildə Gəncə Dövlət Pedaqoji institutuna daxil olan gənc Tofiq Qazıyev tələbə ikən Sovet-Fin müharibəsinə yollanır. 37-ci ilin siyasi repressiyalarının mənəvi və fiziki ağrıları çəkilməmiş Böyük Vətən müharibəsi başlayır. Beş il müharibədə şərəfli döyüş yolu keçən, göstərdiyi şücaətə görə Böyük Vətən müharibəsinin I və II dərəcəli ordenləri, çoxlu sayda medallarla təltif olunan, baş leytenant rütbəsinə yüksələn T.Qazıyev Vitebskin düşməndən azad olunmasında qəhrəmancasına vuruşur, lakin ağır güllə yarası aldığı üçün 1944-cü ilin yayında II qrup müharibə əlili kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdır.
Ömrünü elmə və pedaqoji fəaliyyətə həsr etməyi qarşısına qəti məqsəd qoyan T.Qazıyev müharibədən sonra ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq institutun biologiya fakültəsində dərs deməyə başlayıb. Yüksək mənəvi keyfiyyətlərinə və işgüzarlığına görə gənc müəllim Tofiq Qazıyev qısa müddətdə institutun rəhbərliyinin, pedaqoji kollektivin və tələbələrin böyük hörmətini qazanıb. Elmə hədsiz həvəsi və bağlılığı onu pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat sahəsində də yorulmadan çalışmağa sövq edib. Elmin hələ açılmamış ən dərin qatlarına baş vuran, daimi yeniliyə, yeni kəşflərə can atan Tofiq müəllim 1956-cı ildə namizədlik, 1965-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edir. Böyük elmdə yeni cığırın açılmasına nail olur.
Həyatını bütünlüklə öz xalqına, dövlətinə xidmətə və gənc nəslin maariflənməsinə həsr etmiş görkəmli alim Tofiq Qazıyev 130-dan çox elmi əsərin, "Bitkilərin həyatı", "Bitki fiziologiyası" adlı dərs vəsaitlərinin, ümumilikdə 14 kitabın müəllifidir. Onun elmə göstərdiyi yeni və müasir ideyalar, səmərəli və maraqlı təkliflər beynəlxalq elmi təşkilatların və elmi ictimaiyyətin diqqətini cəlb edib. Məsələn, "Pambığın hektarlıq problemləri və bal arılarının pambığın məhsuldarlığının artırılmasında rolu" monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən elm aləmində böyük nailiyyət kimi dəyərləndirilib və 1968-ci ildə Böyük Britaniyada çap olunub. Daha çox elmin qlobal əhəmiyyətli məsələləri ilə məşğul olan görkəmli alimin 17 əsəri dünyanın müxtəlif ölkələrində tərcümə edilib və bu elmi nəticələrdən bəhrələnib.
SSRİ Dövlət mükafatı
laureatı, novatorçu
professor İ.Xalifmanın
1976-cı ildə Azərbaycan
Elmlər Akademiyasına
göndərdiyi məktub
biologiya elmləri doktoru, professor Tofiq Qazıyevin dünya miqyaslı görkəmli alim kimi tənındığının
təsdiqidir. “Akademik Press” London-Nyu-York nəşriyyatının
1970-ci ildə buraxdığı Mak Qreqorun "Bitkilərin həşəratla
tozlanması" adlı böyük bir kitəbında Tofiq
Qazıyevin nəşr olunmuş əsərlərinə dəfələrlə
müraciət edilir. Alimin apardığı bu tədqiqat
işlərinin nəticələrinin praktiki tətbiqini
dünya pambıqçılıq elmi gözləyir. Belə
bir monoqrafiya nəinki bizim ittifaqda, hətta dünyanın
heç bir ölkəsində buna qədər nəşr
olunmamışdır". Təsadüfi deyil ki, görkəmli
Azərbaycan aliminin dünyanın bir çox ölkələrində
ABŞ, İspaniya, Rumınıya və s. keçirilən
beynəlxalq konfranslardan məruzələri həmişə
diqqətlə öyrənilib.
Professor Tofiq Qazıyevin
yaradıcılıq fəaliyyətində gənc nəslin
layiqli vətəndaş və yüksək mütəxəssis
kimi yetişməsi, elmi-pedaqoji kadrların
hazırlığı həmişə xüsusi yer tutub. 40
ilə yaxın institutun botanika kafedrasına rəhbərlik
etmiş professor Tofiq Qazıyev tələbələrin gələcəyimizin layiqli davamçıları kimi
peşəkar səviyyədə hazırlanmasına,
elmi-pedaqoji kollektivin təkmilləşməsinə daim
qayğı ilə yanaşıb. Vətəninə və
xalqına şərəflə xidmət göstərib. Əsl
ziyalı, bir vətəndaş kimi ictimai-siyasi proseslərdə
fəal iştirak edən, Yeni Azərbaycan Partiyası Gəncə
şəhər təşkilatının
yaradıcılarından biri olan T.Qazıyev öz əqidəsinə
həmişə sadiq qalıb. Yüksək
prinsipiallığı, işgüzarlığı, yüksək
insani keyfiyyətləri və siyasi savadlılığına
görə xalq arasında böyük nüfuza malik idi. Görkəmli
alimin əmək fəaliyyəti dövlətimiz tərəfındən
yüksək qiymətləndirilib. Tofiq Qazıyev "Şərəf
nişanı" ordeni, çoxlu sayda fəxri fərmanlarla təltif
olunub. Görkəmli alim və pedaqoq Tofiq Qazıyevin əziz
xatirəsi xalqımızın qəlbində daim yaşəyacaq,
gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Xəlil CABBAROV
Respublika.-2010.- 1 iyun.- S.10.