Təhsilin inkişafına qayğı
Rayonda müasir tələblərə
cavab verən yeni məktəblərin tikintisi, binaların əsaslı
və cari təmiri, ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
informasiya-kommunikasiya texnologiyalarmın tətbiqi və
başqa amiilər təhsilin səviyyəsinin yüksəldilməsinə
şərait yaratmışdır. Bu və digər meyarlann nəticəsidir
ki, ötən tədris ilində orta məktəb məzunlarının
302 nəfəri ali məktəblərə qəbul
olmuşdur. Onların 100 nəfəri ən yüksək bal
toplamışdır. "Gələcək bilikli, elmli
insanların çiyinlari üstündə qurulacaqdır"
kəlamını rayonun təhsil işçiləri Öz fəaliyyətlərində
əsas götürür və onun müəllifi olan Heydər
Əliyev strategiyasının uğurlu davamına səy
göstərirlər.
Rayonun təhsil müəssisələrində
yenilik axtarışları, təşəbbüskarlıq və
şəxsi yaradıcılıq meyilləri güclənmiş,
yeni təlim metodlarının təhsilə tətbiqi
genişlənmiş, qabaqcılların iş metodlarından
səmərəli istifadə olunmasına diqqət
artmışdır. Qazax Rayon Təhsil Şöbəsinin
müdiri Əhməd Dərgahquliyev əlavə olaraq dedi:
—Təhsil sistemində təlim prosesi ilə bağlı bütün fəaliyyətlər məqsədyönlü və ardıcıl həyata keçirilir. Budur, cari təhsil ilini yekunlaşdırmaq üzrəyik. Son zəngimizi çalmışıq. Bəs indiyədək hansı işlər görülmüş və təhsilə tətbiq edilmişdir? Söhbət əsnasında bir neçə amillərə toxunduq, lakin bir neçə əlavələri də desək, yerinə düşər. Hər şeydən əvvəl, fəaliyyətimizə kurrikulumun təhsilə tətbiqi sahəsində mühüm işlər görülmüşdür. Şagirdlərin şəxsiyyət kimi yetişdirilməsi, həyata baxışları, cəmiyyətə layiq vətəndaş kimi böyüməsi onun əsasını təşkil etmişdir. Kurrikulumun tətbiqilə bağlı ibtidai sinif müəllimlərinin bir həftəlik seminarı təşkil edilmiş və burada 129 nəfər müəllim iştirak etmişdir.
Bu yeni metodla bağlı fənn müəllimləri ilə seminar-treninq və "Dəyirmi masa"lar keçirilmişdir. Ana dili, ədəbiyyat, kimya, biologiya, xarici dil, coğrafiya, iqtisadiyyatın əsasları, riyaziyyat və informatika fənlərinin isə tədrisi vəziyyəti öyrənilib təhsil şurasında müzakirə edilmişdir. Bundan başqa, “İrəli” İctimai Birliyinin nümayəndələri rayonun təhsil, mədəniyyət, rabitə və digər sahələrində çalışan gənclərlə 6 günlük seminar keçirmişlər. Seminarda 75 gənc müəllimimiz müvafiq kurs keçmiş, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Tədris ili ərzində müəllimlərimizin ixtisasartırma və yenidən hazırlanmasında müasir üsullardan istifadəyə diqqət yetirilmişdir. Rayonun ümumtəhsil məktəblərindən müxtəlif ixtisaslar üzrə 222 müəllim Azərbaycan Müəllimlər İnstitutunun Qazax fılialında ixtisasartırma kursundan keçmişdir.
"İl" çərçivəsində ümumtəhsil məktəblərinin fənn olimpiadalarının yüksək səviyyədə keçirilməsinə qayğı və diqqətlə yanaşılmışdır. Məqsəd ondan ibarət olmuşdur ki, onu daha da təkmilləşdirməklə istedadlı şagirdlər üzə çıxsın, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirsin. Bununla bağlı fənn olimpiadalarının rayon turunda 350 nəfər IX-XI sinif şagirdləri iştirak etmişdir. 2010-cu ilin yanvar ayında olimpiadanın I turunda fərqlənən 106 nəfər ikinci mərhələdə qüvvəsini sınamışdır, Onlardan 27 nəfəri I yeri tutmuş, 8 nəfəri isə fənn olimpiadalarının respublika mərhələsinə vəsiqə qazanmışdır və bu mərhələdə 4 nəfər fərqlənmişdir.
Ümumtəhsil məktəblərində təlim-tərbiyənin təşkili, bir sıra fənlərin tədrisinin vəziyyəti vaxtaşırı olaraq yoxlanılıb müzakirə edilmişdir. Məsələn, cari dərs ili ərzində Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat və informatika fənlərinin tədrisinə aid yoxlamalar aparılmışdır. "20 Yanvar", "Xocalı faicəsi" mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Böyük Vətən müharibəsində qələbənin 65 illiyi münasibətilə inşa yazı və rəsm müsabiqələri təşkil edilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü ilə bağlı geniş tədbirlər də təhsildə özünə geniş yer tutmuşdur. Belə ki, məktəblərdə inşa yazı, rəsm müsabiqələri keçirilərək qaliblər müəyyənləşdirilmişdir.
Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə, idman oyunlarının keçirilməsinə diqqətlə yanaşılmışdır. Rayonumuzu təmsil edən komanda Lənkəran şəhərində keçirilən "Sərhəd" hərbi-idman oyununun son mərhələsində I yeri, "Şahin" hərbi-idman oyunlarının Tovuzda keçirilən zona yarışlarında II yeri tutmuşdur. Cari ilin mart-aprel aylarında isə bədən tərbiyəsi və idman gününə həsr olunmuş əl topu üzrə rayon birinciliyi, "Vətənin müdafiəsinə hazıram" çox növçülüyü və Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş minifutbol yarışları keçirilmişdir.
Respublika Prezidentinin "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqamı"na (2006-2010-cu illər) görə 6 nəfər şagirdimiz fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə fərqlənərək respublika seçim turunda iştirak etmişdir. Fizika fənni üzrə şagirdimiz III yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
"Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya tex-nologiyaları ilə təminatı Proqramı"nın icrası ilə əlaqədar rayonun məktəblərinə verilmiş 371 ədəd kompyuter dəsti, 16 ədəd nootbuk və proyektor dəsti ilə müəllim və şagirdlərimiz yaxşı davranırlar. Məktəblərdə fizika, kimya, biologiya, Azərbaycan tarixi fənlərinin tədrisində audioviziual kasetlər və elektron dərsliklərdən bacarıqla istifadə edilir.
Ümid edirəm ki, bizim builki göstəricimiz daha yaxşı yekunlaşacaqdır. Çünki müəllimlərlə aparılan metodiki işin səviyyəsi yüksək olmuş, şagirdlərin mənəvi və fiziki tərbiyəsi daim diqqət mərkəzində saxlanılmışdır. Zənginləşdirilmiş kitabxana fondundan səmərəli istifadə olunmuşdur. Rayonumuzda biiikli, yüksək nəzəri-metodik hazırlığa malik olan nüfuzlu müəllimlərimiz çoxdur. Məhz onların sayəsində qarşıdakı imtahanların öhdəsindən məzunlarımızın bacarıqla gəlməsinə şübhə yeri qalmır.
Qəhrəman QURBANOV
Respublika.- 2010.- 3 iyun.- S. 4.