Təhsil işçiləri yeni uğurlara imza atmaq əzmindədirlər
Mingəçevir Şəhər
Təhsil Şöbəsinin kollektivi 2009-2010-cu dərs ili ərzində
öz fəaliyyətini Azərbaycan Respublikasının
Prezidenti cənab ilham Əliyevin fərman və sərəncamlarına,
Nazirlər Kabinetinin qərarlarına, Təhsil Nazirliyinin əmr
və təlimatlarına, tapşırıq və tövsiyələrinə
uyğun qurmuşdur.
Şəhər təhsil
şöbəsinin müdiri Nazir Sultanov cari tədris ilində
görülmüş işlər barədə bildirdi ki,
hazırda Mingəçevir Şəhər Təhsil
Şöbəsinin tabeliyində 22 orta ümumtəhsil məktəbi,
20 məktəbəqədər və 7 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyət göstərir.
Bu tədris müəssisələrində təhsil alan 15175
nəfər şagirdin təlim-tərbiyəsi ilə 3200 nəfərdən
çox pedaqoji və texniki işçi məşğul
olur. Şəhər Təhsil Şöbəsinin müdiri
Nazir Sultanov bizimlə söhbətində təhsildə
qazanılan uğurlardan söhbət açaraq dedi ki,
2008-2009-cu dərs ilində orta məktəbi bitirən
şagirdlərimizin 88,8 faizi attestat almış, 11,2 faizi isə
orta məktəbi bitirməsinə dair arayışla kifayətlənməli
olmuşdu. Bu vəziyyət bizi qane etmir və cari dərs
ilində nəticələrin daha yaxşı olması
üçün təhsil şöbəsi tərəfindən
bütün qüvvələr səfərbər
olunmuşdur.
2009-2010-cu dərs ilinin
buraxılış imtahanlarına ciddi hazırlıq işləri
aparılır. Hazırda imtahanların birinci mərhələsi,
yoxlama imtahanları keçirilmişdir.
2009-cu ildə ali məktəblərə
qəbul imtahanlarında 600-700 intervalında bal toplayan Mingəçevir
məktəbləri məzunlarının sayı 12 nəfər,
500 baldan yuxarı nəticə göstərənlərin
sayıl isə 57 nəfər olmuşdur.
Biz 2010-cu ildə ali məktəblərə
qəbul zamanı keyfiyyətli bilik nümayiş etdirə biləcək
məzunlarımızın sayının daha çox
olmasına nail olmaq əzmindəyik.
Pedaqoji işçilərin peşə-ixtisas səviyəsinin yüksəldilməsi təlimin keyfiyyəti üçün başlıca şərtlərdəndir. Müəllimlərin yeni informasiya və kommunikasiya texnologiyaları üzrə peşə hazırlığını yüksəltmək məqsədilə il ərzində 287 nəfər müxtəlif fənn müəllimlərinə TN nümayəndələri 6 günlük treninqlər keçmişlər.
Kurslara rəhbər təhsil işçiləri də cəlb edilmişlər və gələcəkdə bu işlər davam etdiriləcəkdir.
Müəllim və tərbiyəçilərin elmi-metodiki səviyyəsinin yüksəldilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. 2009-2010-cu dərs ilində II siniflərdə tədrisin yeni kurrikulumla aparılması ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həmin siniflərdə dərs deyən 104 nəfər ibtidəi sinif müəllimi öyrədici treninqlərdən keçmişdir və növbəti dərs ilində I siniflərdə dərs deyəcək müəllimlər də yay aylarında bu treninqlərə cəlb olunacaqlar.
Uşaqların hüquqi biliklərinin artırılması məq-sədilə "Uşaq hüquqları haqqında" qanunun və azyaşlıların hüquqlarının qorunması ilə bağlı beynəlxalq hüquqi sənədlərin müdəallarının təbliği, bu sahədə uşaqların maarfiləndirilməsi istiqamətdə geniş izahat işləri aparılır.
Məktəblilərin fənn olimpiadalarının respublika turunda iştirak edən 11 nəfər şagirdimizdən 2 nəfəri mükafata layiq yerlər tutumuşlar.
Şahmatçılarımız məktəblilər arasında keçirilən respublika miqyaslı bütün mötəbər yarışlarda uğurla çıxış etmişlər. Mingəçevir şahmat məktəbinin yetirməsi Zeynəb İsmayılzadə yarışlarda uğurla çıxış edir. O, 2009-cu ildə Türkiyədə keçirilən beynəlxalq yarışda 6-cı nəticə göstərmiş və 2010-cu ildə yeniyetmələr arasında respublika çempionu olmuşdur. Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə şahmat məktəbi binasının əsaslı təmiri şəhərimizdə şahmatın inkişafı üçün daha böyük perspektivlər açır, digər məktəbdənkənar müəssisələrimizin işində də irəliləyiş müşahidə edilməkdədir.
Təhsil şöbəsinin 20 məktəbəqədər tərbiyə müəssisəsində 2595 uşaq qayğı ilə əhatə olunmuşdur. Bu uşaqların təlim-tərbiyəsi ilə 417 nəfər tərbiyəçi məşğul olur. Bu müəssisələrdə təlimin keyfiyyətinin yüksəldilməsi, xüsusilə də məktəbə hazırlığın təşkili diqqət mərkəzində saxlanılır. Son iki ildə Təhsil Nazirliyi tərəfindən çoxlu miqdarda tədris-metodik ədəbiyyat, əyani vəsait və oyuncaqlar verilmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son illər məktəblərimizə də Təhsil Nazirliyi tərəfindən minlərlə tədris-əyani vəsait, şagird partaları, müəllim masası, laboratoriya komplektləri və s. verilmişdir. Məktəblərimiz yeni təmin texnologiyaları ilə təmin edilmişdir. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmini Dövlət Proqramı xətti ilə məktəblərimiz 300-dən artıq kompyuter, printerlər, proyektorlar almış, hazırda məktəblərimizdə daxili şəbəkə quraşdırılması işi başa çatmış və yaxın vaxtlarda bütün məktəblərin sürətli internetə qoşulması təmin ediləcəkdir. Başlıca vəzifəmiz isə tədris prosesində bu. imkanlardan maksimum səmərəliliklə istifadə etməkdir.
Təhsil Nazirliyi tərəfindən təbiət-riyaziyyat və humanitarelmlər təmayüllü liseyin binasında əsaslı təmir işləri başa çatdırılmışdır. Son illərdə Təhsil Nazirliyinin xətti ilə (Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey) məktəblər əsaslı təmir olunmuş, müasir avadanlıqla tam təmin edilmişdir. 4, 8, 10, 11, 18 nömrəli məktəblərdə istilik sistemi quraşdırılıb işə salınmışdır. Hazırda "Azərenerji" MMC tərəfindən Texniki-humanitar lisey üçün yeni, müasir tədris binası inşa olunmaqdadır. Hazırda 5 nömrəli məktəb üçün yeni tədris binasının da tikintisinə başlanmışdır. Təhsil şöbəsinə ayrılmış büdcə vəsaitinin ilbəil artırılması da imkan verir ki, bu vəsait hesabına müessisələrdən zəruri təmir işlərini (binaların dam örtüyü, su və kanalizasiya xətləri, elektrik xətləri, dərs və məşğələ otaqlarının təmiri) həyata keçirək və maddi-texniki bazanı daha da möhkəmləndirək.
2008-ci ildə Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey, 2009-cu ildə isə Texniki-Humanitar Lisey "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində uğurla iştirak edərək qalib olmuşdur.
Dövlətimizin başçışı möhtərəm Prezidentimiz
İlham Əliyevin təhsilə qayğısı
bu sahədə çalışan işçilərin
sosial vəziyyətinin
yaxşılaşdırılmasına yönəldilən sərəncamların,
müəllim əməyinə
yüksək qiymət
verilməsi, təhsil
alanların pulsuz dərsliklərlə
təmini, məktəblərin
və uşaq bağçalarının müasir
təlim texnologiyaları
və tədris-əyani
vəsaitlə təmini,
təhsilə ayrılan
büdcə vəsaitlərinin
ilbəil artması bizi daha yaxşı
işləməyə ruhlandırır.
Biz təhsil işçiləri bu diqqət və qayğıya cavab olaraq bundan sonra
da daha yaxşı
işləyəcək, yüksək
nailiyyətlərə nail olacağıq
İlham PƏNAHOV
Respublika.- 2010.- 3 iyun.- S. 4.