Uşaqların həmişə qayğıya
ehtiyacı var
Uşaqlar
dünyanın ən məsum insanlarıdır. Onların həmişə
qayğıya ehtiyacı var. Təsadüfi deyildir ki,
uşaqlar beynəlxalq qanun və qərarlarla müdafiə
olunurlar. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar
Federasiyası Şurası sessiyasının qərarı ilə
təsis olunmuş 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi
Günü ilk dəfə 1950-ci ildə dünyanın 51
ölkəsində bayram kimi qeyd edilmişdir.
Ölkəmizdə
uşaqlara həmişə xüsusi diqqət və
qayğı göstərilir. Onların hüquqlarının
qorunması qanunla tənzimlənir. "Uşaq
hüquqları haqqında" Azərbaycan Respublikası
Qanununun 11-ci maddəsində deyilir: "Hər bir
uşağın hərtərəfli inkişaf etmək, milli
və ümumbəşəri dəyərlərə
uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə
almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə,
məktəbdə, məktəbəqədər və məktəbdənkənar
uşaq təlim-tərbiyə
müəssisələrində aparılır."
Məktəbəqədər
təhsil vahid təhsil sisteminin ilik pilləsi olmaqla
uşaqların fiziki, mənəvi, psixoloji inkişafında,
onların şəxsiyyət kimi formalaşmasında və məktəbə
hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
12 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin genişləndirilməsi proqramı" (2007-2010-cu
illər) təhsil sahəsində əsaslı dəyişikliklərə,
uğurlu nəticələrə təkandır.
Rayonumuzda 550
uşağın cəlb olunduğu 13 məktəbəqədər
təhsil müəssisəsində onlann təlim-tərbiyəsi,
məktəbə hazırlanmasına daim diqqət yetirilir.
Uşaqları məktəbə hərtərəfli
hazırlığa malik, sağlam və gümrah yola salmaq
bağça kollektivlərinin iş devizinə
çevrilmişdir. Son illər məktəbəqədər
təhsil müəssisələrinin fəaliyyəti xeyli
yaxşılaşmış, müəllim və tərbiyəçilərin
səyi nəticəsində təhsilin keyfıyyəti
yüksəlmişdir.
Qusar şəhərində
yerləşən 3 saylı korpələr evi və uşaq
bağçasının bu sahədə nümunəvi iş
təcrübəsi vardır. Qeyd edək ki, müəssisəyə
bacarıqlı pedaqoq, 40 ilə yaxın bu bağçada
çalışan Roza Hafizova rəhbərlik edir. 70
uşağın təhsil aldığı bu bağçada
4 qrup fəaliyyət göstərir.
Bağçanın
geniş, gözəl həyətindən tutmuş məşğələ
otaqlarına qədər burada hər şey səliqə-sahmanlıdır.
Uşaqların burada pərvazlanması üçün hər
cür imkanlar yaradılıb. Tərtibatı, təmizliyi, tədris
keyfiyyəti, bir sözlə, hər şey nümunəvi
işdən xəbər verir. Onu da deyək ki,
bağçanın uşaqlarının sorağı rayon,
respublika tədbirlərindən gəlir. Bakı şəhərində
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
hər il olduğu kimi bu il də rayonumuzda geniş surətdə
qeyd olunur. Həmin gün keçiriləcək bayram tədbirlərinə
bütün rayon bağçaları, məktəblər
hazırlaşıb. Uşaqların Beynəlxalq Müdafiəsi
Günü xalq Müdafiəsi Gününə həsr
olunmuş müsabiqələrdə bu bağçanın
uşaqları layiqli yer tutmuş, Təhsil Nazirliyinin Fəxri
fərmanı ilə təltif olunmuşlar. Ötən il
"Uşaq ili" çərçivəsində
keçirilən təbdirlərdə də bu
bağçanın şagirdləri daha çox fərqlənmişlər.
Ümumiyyətlə, rayonda "Uşaq ili" bir sıra
maraqlı tədbirlərlə yaddaqalan olmuşdur. Uşaq tərbiyə
müəssisələrində "Uşaqlar bizim gəiəcəyimizdir",
"Hər birimiz bir çiçək", "Xoşbəxt
uşaqlar", "Dünya uşaqların gözündə",
“Təbiət bizim sərvətimizdir” mövzularında
fotostendlər, əi işlərindən ibarət sərgilər,
şeir, mahnı, rəsm müsabiqələri
keçirilmişdir.
Şəhərin ən
gözəl guşəsi olan N.Nərimanov parkı həmin
gün balacaların ixtiyanna verilmişdir. Burada geniş konsert
proqramı, sərgilər, tamaşalar göstərilmişdir.
Uşaqlar bir neçə sahədə öz məharətlərini
göstərmişlər. Asfalt üzərində günəş,
ev, gül, göyərçin şəkilləri çəkmiş,
şən mahnılar, şeirlər oxumuşlar. "Mel"
folklor ansamblının çıxışları da maraqla
qarşılanmışdır.
Svetlana SƏMƏDOVA
Respublika.- 2010.- 3 iyun.- S. 4.