Ekoloji problemlər diqqət mərkəzindədir
“Ekologiya ili – 2010”
Təbiəti sevməyən
insan tapılmaz. Lakin təbiətdən bu gün nəsə
almaq, onu sevmək yetmir. Təbiətə qayğı göstərmək
gərəkdir. Təəssüflə qeyd etməliyik ki, bu
gün Yer kürəsi, bizi əhatə edən ətraf
mühit qlobal problemlərlə üzləşib. Qlobal istiləşmə,
radioaktiv tullantılar, havanın, suyun çirkləndirilməsi,
yaşıllıqların məhv edilməsi və s. ətraf
mühitin üzləşdiyi problemlərin çox cüzi
hissəsidir. Bu problemləri yaradan da, onun zərərini
çəkən də insandır. Daim dövlət siyasətinin
vacib istiqamətlərindən biri olan ekoloji mühitin
qorunmasına son illər diqqət
artırılmışdır. Bu baxımdan dövlət
başçısı İlham Əliyevin 28 sentyäbr
2006-cı il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı" ətraf
mühitin mühafizəsinə, ekoloji durumun
yaxşılaşdırılmasına geniş imkan
açır.
Yeni neft
strategiyasının uğurla həyata keçirilməsində
mühüm rol oynayan Heydər Əliyev adına Bakı Neft
Emalı zavodunda da ekoloji problemlərin həllinə xüsusi
qayğı göstərilir.
TSE, İSO EN 9001 keyfiyyət, TSE İSO EN 14001 ekologiya, ISO OHSAS TS 18001 əməyin mühafizəsi və təhlükəsizliyi beynəlxalq idarətmə standartlarının tələbi səviyyəsində fəaliyyət göstərən zavod Azərbaycan Respublikası neftayırma sənayesinin əsas müəssisəsi kimi mühərrik yanacaqları, avtobenzinlər, dizel yanacağı, aviakerosin, maye qazlar və koks istehsal edir. Zavodda neft emalı sənayesi üçün xarakterik olan proseslər neftin ilkin emalı, katalitik krekinq, katalitik riforeminq, tədrici kokslaşma və qaz fraksiyalaşdırıcı qurğular istismar olunur. Zavodun tənlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin ekologiya üzrə rəis müavini Əjdər Mustafayevlə görüşüb ekoloji problemlərin həlli istiqamətində görülən işlər barədə danışmasını xahiş etdik. Ə.Mustafayev dedi:
-Bu gün dövlət başçısı İlham Əliyev ətraf mühitin qorunmasını, ekoloji tarazlığın bərpasının əsas istiqamətlərindən birinə çevirməklə sözügedən istiqamətdə əsaslı dönüş yaradıb. Məhz ölkə Prezidentinin sərəncamı ilə 2006-cı ildə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair "2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" qəbul olundu və uğurla icra edildi. 2010 -cu ilin "Ekologiya ili" elan olunması isə ekoloji tarazlığın qorunması işinin bundan sonra daha geniş vüsət alacağından xəbər verir. Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin inkişafında böyük əməyi olan neftçilər də bu prosesdə fəal iştirak edirlər. Bu mənada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində yaşıllıqlar genişləndirilir, ağaclar əkilir, abadlıq işləri görülür. Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru Elman İsmayılovun rəhbərliyi ilə bu sahəyə xüsusi diqqət göstərilir. Zavodun daxilində, ətraf ərazilərində yaşıllaşdırma işləri aparılır. Ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması üçün ərazilər metal qırıntılardan təmizlənir, neft və tullantılarla çirklənmiş sahələr münbit əkin üçün yararlı torpaqla örtülür və yaşıllaşdırma işləri həyata keçirilir.
Heydər Əliyev adına BNEZ-in təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin ekologiya qrupunun işçiləri mütəmadi olaraq zavodun istehsalat, sex və sahələrində olarkən daim neft və neft məhsulları saxlanılan çənlərin düzgün istismarı zamanı havaya atılan karbohidrogenlərin miqdarına,. çənlərin təmizlənməsi zamanı tullantıların yığılması və zərərsizləşdirilməsinə, lokal təmizləyici qurğuların səmərəli işinə, bərk, məişət, tullantılarının yığılması və kənarlaşdırılmasına, yaşıllıqlara qulluğun təmin edilməsinə nəzarət edirler".
Əjdər Mustafayev onu da qeyd etdi ki, bu yaxınlarda atmosferə atılan zərərli qazların miqdarının təyin olunması üçün zavodun bütün nəqliyyat vasitələri Balaxanı ekoloji ölçmə məntəqəsində texniki müayinədən keçirilmiş, maşınların nasazlıqları yoxlanılmışdır.
Eyni zamanda ARDNŞ-in prezidentinin 12 avqust 2008-ci il tarixli "Ekoloji təbliğat və maarifləndirmə haqqında" əmri ilə təsdiq edilmiş "Ekoloji təbliğat və maarifləndirməyə dair Tədbirlər Planı" na uyğun olaraq ARDNŞ-in ekoloji emblemi hazırlanmış, müvafiq tədbirlərdə istifadə edilməsini təmin etma məqsədilə xüsusi yerlərdə emblemi reklam lövhələrinin asılması, emblemi əks etdirən xüsusi reklam çarxının hazırlanması kimi işlər görülmüşdür. Maarifləndirmə işləri zavodun bütün sahələrində Öz əksini tapmışdı Həqiqətən də, "Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genefondumuzun qorunması deməkdir".
"Sobalarda yanma prosesini keyfiy yətlə apar!", "Atmosfer havasına atılan zərərli tullantıların miqdarını azalt" kirr onlarca şüarlar yazılaraq zavodun həyətyanı sahələrinə vurulmuşdur.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda Azərbaycan Respublikasında ekoloji vəziyyətir yaxşılaşdırılmasına dair 2006-2010-cı illər üçün Kompleks Tədbirlər pianına uyğun olaraq Bakı buxtasına atılan istehsalat çirkab sularının təmizlənmə effektivliyinin artırılması məqsədilə zavodun bioloji təmizləmə qurğusunun yenidən qurulması, 7 saylı sexin 1-ci stansiyasında 2 saylı istehsalatın 2-ci əmtəə parkında və 4 saylı istehsalatın şimal parkında lokal, qapalı, drenaj və kanalizasiya sisteminin layihələşdirilməsi və yenidən qurulması, xammal və müasir standartların tələblərinə cavab verən benzin, kerosin, dizel yanacağı və məişət soba yanacağının qəbulu, saxlanılması, dəniz limanına və dəmir yolu estokadasınə nəqli üçün əmtəə neft məhsulları parklarının yenidən qurulması kimi tədbirlər həyata keçirilmişdir.
Zavodda keçirilən iməciliklər də ekoloji problemlərin həllinə öz müsbət təsirini göstərir. Belə ki, yanvar ayından bu günə qədər 1803 ədəd ağac, 450 ədəd isə müxtəlif gül kolları əkilmişdir.
Hamımızın ümumi evi olan ana təbiətimizi, torpağımızı, suyumuzu, birlikdə nəfəs aidığımız hayamızı qorumaq rnənəvi borcumuzdur. Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun kollektivi də ətraf mühitin qorunması işində öz səylərini əsirgəmir.
Mehparə ƏLİYEVA
Respublika.- 2010.- 4 iyun.- S. 5.