Qlobal ekoloji böhranların təhlükəli fəsadları və çıxış yolları

 

"Ekologiya ili - 2010"

 

(əvvəli 23 may tarixli sayımızda)

 

Avtomobil nəqliyyatları atmosfer havasını zəhərli qazlarla çox çirkləndirdiyindən insan sağlamlığı və ətraf mühit üçün çox ciddi təhlükə sayılır. Ümumiyyətlə, atmosferin müxtəlif tullantılarla, xüsusilə qaz və tozlarla çirklənməsi qlobal iqlim dəyişkənliyinin ən əsas amilidir. Qlobal iqlim dəyişkənliyi isə ekosistemlərin, biosferin, flora və fauna növlərinin ekoloji durumunu tamamilə pozur, güclü leysan yağışları, qar yağması, sel və subasmalar, qar uçqunları, torpaq sürüşmələri, sunamilər, qasırğalar, quraqlıq, meşəsizləşmə, səhralaşma və digər ekoloji böhranların tez-tez baş verməsinə səbəb olur, ağır fəsadlar törədir. 2010-cu ilin fevral ayında Pakistanda baş verən güclü qarın yağması və qar uçqunları nəticəsində 60 nəfər adamın ölümü və ölkəye böyük zərərin dəyməsi, dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Fransa, Yunanıstan, Türkiyə, Almaniya, İspaniya, İndoneziya, Avstraliya və s.) təbii fəlakətlərin geniş vüsət alması, arealın ildən-ilə genişlənməsi məhz qlobal iqlim dəyişkənliyinin təzahürüdür.

2010-cu il yanvarın 20-də Günəşdə gedən çox güclü partlayış (bu, ən güclü partlayış sayılır) alimləri təşvişə salmış və narahathq yaratmışdır. Alimlərin fikrincə, bu partlayışın Yer planetinə təsiri xeyli müddət keçdikdən sonra büruzə verəcək və özünün çox güclü neqativ fəsadlarını göstərəcəkdir. Həmin partlayışın ağır fəsadlarla nəticələnəcəyi dünyanın məşhur ekoloq, iqlim-şünas, astroloq, astronom, astrofizik və təbiətşünas alimlərini olduqca ciddi surətdə narahat edir və çıxış yolları axtarmaq zərurəti yaradır. Son zamanlar Amerika alimləri Günəş sisteminin vizual, yeni bir planetinin mövcud olduğu barədə məlumat vermiş və onu "Nimizida" adlandırmışlar. Onların fikrincə, həmin planetin fəzadakı qəlpələri və meteoritləri Yer kürəsinə istiqamətləndirəcəyi və ekoloji böhranlar torədəcəyi gözlənilir. Çilidə baş verən və 10 gündən artıq davam edən zəlzələ titrəyişləri, alimlərin fikrincə, hətta Yerin fırlanma oxuna təsir edərək onu dəyişdirə bilər. Bu isə vaxtın xeyli dəyişilməsi ilə nəticələnməlidir.

Hər şeydən əvvəl, torpaqların, su ehtiyatlarının və atmosfer havasının sənaye, məişət, kənd təsərrüfatı tullantıları, zəhərli, kimyəvi birləşmələr və dioksidlərlə çirklənməsinin qarşısı alınmalı, təbii sərvətlərdən rasional—səmərəli istifadə olunmalı və tullantısız sənaye istehsalına keçilməlidir.

Hazırda inkişaf etmiş ölkələrdə, xüsusilə Yaponiyada və Türkiyə Respublikasında atmosferi çirkləndirən ən başlıca ıtıənbə sayılan avtomobil, hava və su nəqliyyatlannın ənənəvi yanar yanacaqlarının elektrik enerjisi ilə əvəz olunması sahəsində aparılan tədqiqatlar uğurla davam etdirilir və yaxşı nəticələr əldə edilir. Bu ölkələrdə 2011-ci ildən etibarən nəqliyyat vasitələri üçün xüsusi elektrik batareyaları kütləvi surətdə istehsal olunacaqdır. Həmin batareyalar 0,5 saat elektrik şəbəkəsinə qoşulduqda tam enerji toplayır və istifadə edilir. Super liqaya məxsus olan ölkələrin hamısında artıq klassik ənənəvi enerji ehtiyatlarından imtina olunmaqla onlar ekoloji cəhətdən zərərsiz olan alternativ enerji mənbələri (Günəş, külək, su, hidrogen, elektrik, bioqaz və s.) ilə əvəz olunur.

Bütün bunlar isə planetimizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ən ümdə çıxış yoludur. Ölkəmiz həmin enerji növləri ilə çox zəngin olduğu üçün onlardan səmərəli istifadə edilməsinin vaxtı çoxdan çatmışdır. Ekoloji situasiyanın yaxşılaşdırılmasının ən ümdə çıxış yolundan biri də ölkəmizdə yaşıllaşdırma və meşəsalma işlərinin geniş vüsət almasıdır. Vaxtilə ölkəmizin ərazisinin 30 faizini təşkil edən meşəliklər hazırda 11,8 faizə enmişdir. Prezident ilham Əliyevin çağırışına qoşulan bütün nazirlik, təşkilat nümayəndələrinin bu nəcib aksiyaya qoşulması 2010-cu ildə yaşıllaşdırma işlərinin daha geniş vüsət alacağından xəbər verir. Prezidentin sərəncamı ilə ölkəmizdə beynəlxalq standartlara uyğun tullantılar zavodunun inşa edilməsi və modul tipli sutəmizləyici qurğulardan istifadə olunması ekoloji vəziyyətin yaxşılaşmasında çox böyük rol oynayacaqdır. Respublikamızda ekoloji durumun bərpası və yaxşılaşdınlması üçün ən başlıca çıxış yollarından biri və çox vacibi isə əhalinin ekoloji bilgilərinin artırılması və maarifləndirilməsidir. Bu, dünya praktikasıdır və ölkəmizdə də geniş inkişaf tapmalıdır. Maarifləndirmə işinin əsas istiqaməti əhalinin ekoloji bumeranqdan (prosesin sonunu, ekoloji proqnozunu düşünmədən həyata keçirilən fəaliyyət növlərindən) imtina etməsinə yönəldilməlidir. Bu işdə informasiya vasitələri çox böyük rol oynaya bilər. Doğrudan da əhali bilsə ki, ekoloji bumeranq nə ilə nəticələnə bilər, onda hamı ekoloji terrorizmdən əl çəkər, təbiətə, ətraf mühitə doğma münasibət bəsləyər və onu mühafizə edər.

XXI əsrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT (informasiya-kommunikasiya texnologiyalan), internet, robot, nanotexnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmastnı tələb edir. Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü— ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcəkdir. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin, təlimin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitidir. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyi tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan, başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır. Bunun üçün isə, ilk növbədə, yüksək ixtisaslı ekoloji kadrlar hazırlanmalıdır. Bu vacib məsələ, təbii ki, müvafiq ali məktəblərin üzərinə düşür.

Əfsuslar olsun ki, Azərbaycanda uşaqlar, şagirdlər və tələbələr, ümumilikdə isə, əhali və ictimaiyyətin ekoloji mədəniyyəti hələ də günün tələbi səviyyəsində deyil. Bunun əsas səbəbi onlarda ekoloji bilgilərin, məlumatların zəif olması, yaxud tamamilə olmamasıdır. Bu baxımdan ölkəmizin mövcud təhsil sistemində ekologiya üzrə nəzəri biliklərin əxlaqi davranışlara çevrilməsini formalaşdıran proqram işlənib hazırlanmalıdır. Təqdirəlayiq haldır ki, 1999-cu ildə Moskvada MDB ölkələrinin mütəxəssisləri tərəfindən ekoloji təhsilin i ümumi istiqamətlərini və prinsiplərini özündə əks etdirən təhsil konsepsiyası hazırlanmış və ondan proqram sənədi kimi istifadə edilməsi tövsiyə olunmuşdur. Konsepsiyada ekoloji təhsilin əsas müddəaları və vəzifələri ətraflı şərh edilmişdir. Bu müddəalara təbii ehtiyatlara, yeraltı və yerüstü  sərvətlərə qənaət etmək,  ətraf mühitin çirklənməsinin qarşısını almaq, bütün ərazilərdə ekosistemləri, biosferi qoruyub saxlamaq, beynəlxalq ekoloji normalara hörmət və həssaslıqla yanaşmaq, vahid ekoloji sistemlərə xidmət edən bütün as-pektləri nəzərə almaq və təbii ehtiyatlardan istifadə olunmasında qarşılıqlı anlaşmalara gəlmək aiddir. 1997-ci ildə Azərbaycanda ekoloji təhsilin problemlərinə dair keçirilən konfrasda isə həmin problemlərin həlli yolları geniş müzakirə olunmuş və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə problemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyev bu barədə deyib: "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır". Şimali Afrikada hər il səhraların sahəsi 10 min hektar artır. Kosmosdan çəkilən şəkillərin vasitəsilə müəyyən olunub ki, qumlu səhralar savanna zonasına doğru 200 kilometrə qədər genişlənib. Son proqnozlara əsasən XXI əsrin əvvəlində okean suyunun səviyyəsi 0,5-1 metr, sonunda isə 2 metr qalxmaqla qurunun bir hissəsinin su altında qalması ilə nəticələnə bilər. Beləliklə də, ekosistemlərə, biosferə, xüsusilə flora və faunaya ağır dağıdıcı zərbə təhlükəsi yaranır. Son zamanlar Avropa, Asiya, Afrika ölkələrində, ABŞ-ın bəzi ştatlarında, o cümlədən respublikamızda da suyun səviyyəsinin qalxması, çayların məcrasından çı-xaraq tarlalara, meşələrə, kəndlərə böyük ziyan vurması tez-tez baş verir. Qlobal istiləşmənin təsirindən İslandiyada hündürlüyü 75 metr olan nəhəng aysberqin qopması da son zamanlar təbii fəlakətlərin artmasından xəbər verir. 2010-cu il yanvarın 15-dəh etibarən İslandiyada baş verən və hələ də davam edən vulkan püskürməsi zamanı yaranan kül buludu bütün Avropa ölkələrini əhatə edərək böyük narahatlığa və təlatümə səbəb olmuşdur. Həmin bulud Türkiyənin ərazisinə qədər çatmışdır. Onun həm ekoloji baxımdan, həm də tibbi cəhətdən ağır fəsadlar törədəcəyi qaçılmazdır. Planetimizdə baş verən təbii fəlakətlərin arealı ildən-ilə çox sürətlə genişlənir. Hazırda tez-tez baş verən təbii fəlakətlər təbiətin bəşəriyyətdən qisas almasına sanki ciddi bir mesajdır.

Son illər dünya ölkələrinin əksəriyyətində daha kəskin bir ekoloji  böhran-turş, yaxud turşulu (turşu u tərkibli) yağışlar tez-tez baş verməklə ətraf mühitə, flora, faunaya və insan sağlamlığına çox neqativ təsir 3B göstərir. Antropogen təsirlər, xüsusilə sənaye, nəqliyyat və yanar yanacaqların zəhərli və zərərli qazlarının atmosferə qarışması nəticəsində ha-1 vada karbon, kükürd, azot dioksidlərinin miqdarı həddindən çox artır və mühitin reaksiyasını kəskin surətdə dəyişdirir. Həmin dioksidlər havanın su buxarları (damcıları) ilə reaksiyaya girərək karbonat (H2C03), azot (HN02, HN03) və kükürd (H2S03, H2S04) turşulan əmələ gətirir. Atmosfer havasına qarışan turşularınl əsas hissəsini (70 faiz) kükürd turşuları təşkil edir. Göstərilən turşular adif və güclü yağışlar zamanı torpağa və su ehtiyatlarına tökülərək bütün biosferi, eləcə də tarixi abidələri, tikinti obyektləri və inşaat materiallarını çirkləndirərək, onları aşılayır, eroziyaya uğradır və yararsız hala salır. Turşulu yağışlar havanın və suyun tərkibini dəyişdiyi üçün insan sağlamlığı və torpaq, su caniıları (balıqlar, xərçəngkimililər, molyuskalar, ilbizlər, fito və zooplanktonlar və s.) üçün çox ciddi təhlükə törədir, eko-sistemlərin normal ahəngini pozur, ağır fəsadlarla nəticələnir. Planetimizdə turşulu yağışların tez-tez peyda olması meşələrin məhv olması və səhralaşma prosesini çox sürətləndirir, yaşıllıqları məhv edir, torpağın eroziyalaşmasına və məhsuldarlığının azalmasına böyük zəmin yaradır. Avropa ölkələrində (Almaniya, İngiltərə, Polşa, İtaliya, İsveç, Norveç, Danimarka və s.) hər il müşahidə edilən turşulu yağışlar həmin ölkələrin iqtisadiyyatına böyük ziyan vurur, yoluxucu və s. xəstəliklərin arealını çox genişləndirir, epidemiya və epizootiyaların baş verməsi ilə nəticələnir. Ölkəmizin ərazisində də müxtəlif rəngli (qırmızı, qonur, boz, qara, göyümtül) turşulu yağışlar vaxtaşırı müşahidə olunur.

Hazırda dünyanın bütün ölkələrində superurbanizasiya, konurbasiya, zülal aclığı, ərzaq, içmali su çatışmazlığı problemi, demoqrafiq partlayış, epidemiya, pandemiya və epizootiyaların arealı güclənib və s. qlobal problemlər başlayıb.

Urbanizasiya artıq "dünya" prosesinə çevrilib və indi əhalinin üçdə bir hissəsi şəhərlərdə yaşayır. ABŞ-da əhalinin 73, İngiltərədə 80, Azərbaycanda isə 51,7 faizi (2008-ci il aprelin 1-nə olan məlumat) şəhərlərdə yaşayır. BMT-nin son məlumatına əsasən, dünya əhalisinin 2020-ci il-də 8,800, 2050-ci ildə 11,081, 2100-cü ildə 12,257, 2125-ci ildə isə 12,277 milyarda çatacağı ehtimal olunur. Əhalinin sayının bu sürətlə artımı isə, öz növbəsində, çox ciddi ekoloji problemlərlə-ətraf mühitin, torpaqların, su ehtiyatlarının, havanın həddindən artıq çirklənməsi, ərazi, ərzaq, zülal, içməli su, dərman preparatları, mənzil çatışmazlığı, metobalik xəstəliklərin, epidemiya və epizootiyaların arealının daha da genişlənməsi və s. ilə nəticələnəcəkdir. Şəhər və kəndlərdə əhalinin sayının artması çox ciddi ekoloji kataklizm, partlayış, disbalans yaratmaqla bəşəriyyət üçün ağır fəsadlar törədə bilər. ölkəmizdə superurbanizasiyanın güclənməsi, heç şübhəsiz ki, narahatlıq törədir dövlət və hökumət səviyyəsində onun qarşısı alınmalı ve müvafiq tədbirlər görülməlidir. Hər ay Bakıya regionlardan orta hesabla 30 min nəfər adamın gəlməsi olduqca böyük narahatlıq törədir. Bakıya və digər şəhərlərə (Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan əhalinin bu sürətlə miqrasiya etməsi həm şəhərin ümumi landşaftının, relyefinin pozulmasına, həm də böyük antisanitariya və konurbasiyaya (şəhərlərin, kəndlərin bir-biri ilə birləşməsinə) səbəb olacaq. Ekoloji durum pozulacaq, əhalinin xəstələnmə və ölüm faizi artacaqdır. Məhz bunu nəzərə alaraq superurbanizasiya və konurbasiyanın qarşısının alınması günün ən aktual tələbidir.

Hazırda ABŞ, Fransa, İngiltərə, Almaniya və diger inkişaf etmiş ölkələrdə, bu problemin qarşısını almaq üçün, rubanizasiya (əhalinin şəhərlərdən periferiyaya miqrasiyası) və antikonurbasiya (şəhərlərin bir-biri və ətraf yaşayış məntəqələri ilə birləşməsinin qarşısının alınması) prosesi başlanmaqla dövlətin ciddi nəzarəti altına alınmışdır. Superurbanizasiya və konurbasiyanın ən mənfi cəhəti rayon və kənd əhalisinin, xüsusilə oğlanların (onların şəhərlərə sürətli axını ailə qurulmasına və planlaşdırılmasına çox böyük maneçilik törədir) sayının, kənd təsərrüfatı məhsullarının, işçi qüvvəsinin azalmasından ibarətdir. Buna görə də ölkəmizdə də şəhərlərə əhali axınının və kəndlərin boşalmasının qarşısının alınmaşı ən ümdə, təxirəsalınmaz məsələ hesab olunmalıdır. Əks təqdirdə, bu neqativ prosesin yaxın gələcəkdə çox ağır ekoloji fəsadlarla nəticələnəcəyi gözlənilir.

 

 

(davamı novbəti saylarımızda)

 

Eldar HÜSEYNOV

 

Respublika.- 2010.- 4 iyun.- S. 5.