Zəhmətlə yüksələn insan
Respublikamızın
görkəmli, istedadlı iqtisadçı alimi, nüfuzlu, təcrübəli
pedaqoq, fəal ictimaiyyətçi, bütün
ömrünü Azərbaycan Dövlət İqtisad
Universitetində gənc iqtisadçı kadrların
hazırlanmasına həsr edən iqtisad elmləri doktoru,
professor, "Şöhrət" ordenli Həsən Bəkir
oğlu Allahverdiyevin anadan olmasının 75, elmi-pedaqoji, ictimai
fəaliyyətinin isə 50 ili tamam olur.
Allahverdiyev Həsən
Bəkir oğlu 1935-ci il aprel ayının 15-də Qərbi Azərbaycanda
Krasnoselo rayonunun Gölkənd kəndində kolxozçu ailəsində
anadan olmuşdur. O dövr üçün müstəsna hal
olaraq o, 6 yaşından öz doğma kəndində orta məktəbin
birinci sinfinə daxil olmuş, iki sinfi bir il ərzində bitirərək
1949-cu ildə (14 yaşında) Gəncə şəhərində
Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna
(indiki Aqrar Universitetə) daxil olmuş və oranı
1954-cü ildə müvəffəqiyyətlə
bitirmişdir.
1954-57-ci illərdə
İrəvanda Azərbaycan Kənd Təsərrüfatı
Texnikumunda müəllimlik etməklə, 1956-cı ildə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birillik
pedaqoji məktəbi bitirmişdir. Elmi işə
marağı olan Həsən müəllim 1957-ci ildə
Xarkov şəhərində V.V.Doqoçayev adına Kənd
Təsərrüfatı İnstitutunda istehsaldan ayrılmaq
şərti ilə aspiranturaya daxil olmuş və 1960-cı
ildə həmin ali məktəbin ixtisaslaşdırılmış
elmi şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə
layiq görülmüşdür.
Həmin ildən etibarən
Bakı şəhərində Azərbaycan Kənd Təsərrüfatı
Elmlər Akademiyasının nəzdində "İqtisadiyyat"
bölməsində baş elmi işçi vəzifəsində
çalışmaqla bərabər, Akademiyanın Həmkarlar
Təşkilatına rəhbərlik etmişdir. 1962-ci ildə
Kənd Təsərrüfatı Elmlər Akademiyası tərkibindəki
"Kənd Təsərrüfatının
İqti-sadiyyatı" bölməsi əsasında Azərbaycan
Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili institutu təşkil
etmiş və H.Allahverdiyev 1968-ci ilədək bu institutda
baş elmi işçi və şöbə müdiri vəzifələrində
çalışmışdır.
1968-ci ildə müsabiqə
yolu ilə D.Bünyadzadə adına Xalq Təsərrüfatı
İnstitutunda SSRİ xalq təsərrüfatının
iqtisadiyyatı və planlaşdırılması
kafedrasına dosent vəzifəsinə seçilmişdir. O,
1972-ci ildə həmin institutun elmi şurasında doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə
layiq görülmüşdür. 1973-cü ildən etibarən
o institutda SSRİ Xalq təsərrüfatının
iqtisadiyyatı və planlaşdırılması
kafedrasının müdiri vəzifəsinə
seçilmişdir. 1977-ci ildə professor vəzifəsinə
layiq görülmüşdür.
SSRİ-nin süqutu ilə
SSRİ xalq təsərrüfatının iqtisadiyyatı və
planlaşdırılması kafedrası iqtisadiyyatın
dövlət tənzimlənməsi kafedrası ilə əvəz
edilmiş və həmin kafedraya professor H.Allahverdiyev
2006-cı ilədək rəhbərlik etmişdir. Professor H.Allahverdiyevin
elmi-pedaqoji və ictimai fəaliyyəti səmərəli və
geniş şaxəlidir. Onun fəaliyyətinin ən məhsuldar
dövrü respublikada aqrar istehsalın inkişafına və
xüsusilə onun hərtərəfli intensivləşdirilməsi
probleminə həsr edilmişdir. Aqrar islahatların həyata
keçirilməsində və bütövlükdə
respublikada bazar iqtisadiyyatının
formalaşdırılması, inkişafı və tənzimlənməsi
sahəsində çalışan ən məhsuldar alimlərdən
biri hesab edilir. İndiyədək 450 çap vərəqindən
çox nəşr edilmiş elmi əsərlərin, o
cümlədən 25 adda monoqrafiya, dərslik və dərs vəsaitlərinin
müəllifidir.
Professor H.Allahverdiyevin rəhbərliyi
və iştirakı ilə respublikamızda ilk dəfə
olaraa Azərbaycan dilində "SSRI xalq təsərrüfatının
iqtisadiyyatı və planlaşdırılması",
"Qiymət və qiymətlərin əmələ gəlməsi",
"İqtisadi və sosial proqnozlaşmanın əsasları",
"Sosial inkişafın planlaşdırılması, Azərbaycan
kəndinin sosial inkişafı" və s. dərslik və dərs
vasaitləri hazırlanaraq nəşr edilmişdir. Onun bir
sıra elmi əsərləri və monoqrafiyaları Moskva,
Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk və s. şəhərlərdə
dərc edilmişdir.
H.Allahverdiyev müxtəlif illərdə Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Minskdə, Daşkənddə, Tbilisidə, Yerevanda və digər mərkəzi şəhərlərdə elmi konfranslarda iştirak etməklə yanaşı, respublikada da iqtisadiyyatının aktual probleminə dair məruzə və çıxışlar edir. Respublikada yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında da uğurlu məktəb yaratmağa nail ola bilmişdir. Onun elmi rəhbərliyi altında 40-dan çox, o cümlədən xarici ölkə vətəndaşları iqtisad elmləri namizədi, alimlik dərəcəsini müdafiə etmiş 5 nəfər hazırlamışdır. 4 nəfər iqtisad elmləri doktorluq dissertasiya işinə məsləhətçi olmuş, 70-dən çox namizədlik, 12-dək doktorluq disserta-siyasına rəsmi opponentlik etmişdir. H.Allahyerdiyev Azərbaycan Dövlət İqtisad Universitetində Böyük Elmi Şuranın namizədlik və doktorluq dissertasiyasının müdafiəsi üzrə Elmi Şurasının 2008-ci ilədək üzvü olmuşdur.
Həsən müəllim, sözün əsl mənasında, ən fəal, səmimi ictimaiyyətçilərdəndir. O, YAP-ın ən fəal təşkilatçılarından biridir. O, YAP Səbail rayonu siyasi şurasının üzvüdür. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində YAP-ın ilk ərazi təşkilatını yaratmış və ona 2006-cı ilədək şərəflə rəhbərlik etmişdir. O, 2010-cu il mart ayının 10-da Yeni Azərbaycan Pratiyası Səbail Rayon Təşkilatı tərəfindən partiyanın həyatındakı fəaliyyəti və anadan olmasının 75 illiyi münasibətilə təltif edilmişdir. YAP-ın I, II və III qurultaylarına nümayəndə seçilmişdir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın tənzimlənməsi kafedrasında professor vəzifəsində çalışır. "İqtisad elmləri: nəzəriyyə və praktika", "İqtisadiyyat və audit" elmi-praktik aylıq jurnalında redaksiya heyətinin ən fəal üzvlərindən biridir. Mərkəzi və dövri mətbuatda bazar iqtisadiyyatının aktual problemlərinə dair ardıcıl elmi məqalələrlə çıxışlar edir.
Həsən müəllim öz çıxışında dəfələrlə qeyd edir ki, insan ömrünün dəyəri onun çox yaşamasında deyil, necə yaşamasındadır. Həsən müəllim çox zəngin həyat məktəbi keçmişdir. O, milləti üçün olduqca xeyirxah işlər görən, çox sadə, daim öz üzərində çalışan, axtarışlarda olan faydalı bir şəxsiyyət kimi tanınır. Həsən müəllimin tələbələri, onu yaxından tanıyan həmkarları bu insanın kim olmasına birmənalı cavab verməkdə heç bir çətinlik çəkmədən deyirlər ki, Azərbaycan iqtisadiyyatına öz töhfəsini verən iqtisadçı alim kimi yüksəkixtisaslı kadrların hazırlanmasında yorulmadan çalışan fədakar müəllim, dövlətinə, xalqına şərəflə xidmət edən əsl vətəndaş kimi tanınır. Professor H.Ailahverdiyevə qarşı bu münasibət onun prinsipial olması ilə yanaşı, yüksək tədris intizamına riayət etməsi, tələbələrə və müəllim kollektivinə qarşı yüksək həssaslıq və mehribanlıq göstərilməsi ilə bağlıdır. Respublika Təhsil Nazirliyi onun bu göstəricilərinə yüksək qiymət vermişdir. O, nazirliyin fəxri fərmanına layiq görülmüşdür.
Onun özünəməxsus iş üslubu həm kafedra, həm də fakültə miqyasında özünü daha qabarıq göstərməkdədir. Belə sistemli iş üslubu gələcək mütəxəssislərə göstərilən xeyirxahlığın, vətənə ləyaqətlə xid-mətin, nəticədə iqtisadçı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə göstərilən qayğının bəhrəsidir. Həsən müəllim iqtisad elmi ilə yanaşı, bədii ədəbiyyatı da çox sevir. Ö, sözündə və əməlində bütöv, ədalətli bir şəxsdir. Dövlətimiz H.Allahverdiyevin elmi-pedaqoji və ictimai fəaliyyətinə yüksək qiymət vermişdir. 0,1989-cu ildə "Əmək veteranı" medalı, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İ.ALIYEV; A.ƏLƏSGƏROV
Respublika.- 2010.- 4 iyun.- S. 6.