Xaricdə təhsilin coğrafiyası genişlənir
Bu, ölkəmizin uğurla təmsil olunmasıdır
Təhsil hər zaman
dövlətimizin diqqət mərkəzində olub, onun
inkişafına milli dövlət quruculuğu prosesinin tərkib
hissəsi kimi yanaşılmış, xalqın intellektual səviyyəsinin
artmasını ən ümdə məsələlərdən
biri kimi daim önə çəkmişdir. Milli təhsil
sistemimizin inkişaf perspektivlərinin prioritetlərindən
birini də xaricdə təhsil təşkil edir. Bu istiqamətdə
son dövrlərdə mühüm tədbirlər həyata
keçirilir. Təqdirəlayiq haldır ki, bununla dövlət
tədris müəssisələri ilə yanəşı
özəl qurumlar da uğurla fəaliyyət göstərirlər.
Belə qurumlardan daim öndə olan 1998-ci ildən fəaliyyət
göstərən "Aki-İnter" şirkətinin
yüksək səviyyəli işi diqqət çəkir. ABŞ,
Böyük Britaniya, Fransa, İsveçrə, Almaniya, İtaliya,
Hollandiya və başqa ölkələrin təhsil
ocaqları ilə qarşılıqlı əməkdaşlıq
əlaqələri qurulubdur. Şirkət tərəfindən
orta məktəb proqramı, universitet və kollec proqramı,
magistratura, qısamüddətli dil kursları, mənalı
yay istirahəti təşkil edilir.
"Aki-İnter"
şirkətinin təsisçisi va rəhbəri Kənan Cəlilovla
söhbətimizdə xaricdə təhsil sahəsində
hazırda mövcud vəziyyət, bu sahədə həyata
keçirilən tədbirlər barədə qurumun
timsalında aydınlıq gətirməyə
çalışdıq. Ölkə
başçısının gənclərin xaricdə təhsilinə
göstərdiyi diqqət və qayğının
mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Kənan
müəllim qeyd etdi ki, ümurfıi obyektiv və ya subyektiv
çətinliklərə baxmayaraq şirkətimizin fəaliyyəti
uğurla davam edir. Artıq 12 ildir ki, xaricdə təhsilin təşkili
ilə məşğul oluruq. Bu müddət ərzində
"Aki-İnter" şirkətinin həm fəaliyyət
dairəsi, həm də onun əlaqə coğrafiyası xeyli
genişlənmişdir. "Aki-İnter" məhz bu prinsiplərə
xüsusi önəm verir və fəaliyyətini bu istiqamətdə
qurmuşdur.
İndiyə qədər
qazandığımız nailiyyətlər xaricdə təhsil
məkanında adımızın kifayət qədər
tanınması, əməkdaşlıq əlaqələrimizin
ildən-ilə genişlənməsi doğru yol
tutmağımızı əyani təsdiq edir. Şirkətimizin
fəaliyyətə başladığı illərdə bu
sahə ilə məşğul olan çoxlu şirkətlər
yaranmışdı. Onların böyük əksəriyyəti
məhz bu baxımdan fəaliyyətlərini davam etdirə
bilməmişlər. Bunun əksinə, bizə müraciət
edənlərin sayı ilbəil artır. Çünki
şirkətimizə inanırlar, bütün məsələlərdə
bizə güvənirlər. Şirkətimiz tərəfindən
xarici ölkələrə təhsilə göndərilənlərin
tədris müddətində bütün
qayğılarını öz üzərimizə
götürürük. Bununla bağlı əlaqədar
qurumlarla kontraktlarımız var. Buradan yola düşənləri
istər Amerikada, İngiltərədə, istərsə də
digər Avropa ölkələrində bizim kontrakt
bağladığımız şirkətlərin nümayəndələri
tərəfindən yüksək səviyyədə
qarşılayıb orada yerləşdirilirlər. Bu zaman bizim
xüsusi nümayəndəmiz də onların yanlarında
olur. Uşaqların mənzil şəraiti, yeməyi, tədris
prosesi daim nəzarətdə olur. Hər hansı məsələ
ilə bağlı valideynləri ilə əlaqə
yaradılır. Uşaqların təlim və tərbiyəsində
vəziyyətlə bağlı məlumatlandırılırlar.
"Aki-İnter"
şirkəti olaraq belə bir məsuliyyəti üzərimizə
götürməklə, uşaqların xarici ölkələrin
ən nüfuzlu məktəblərində oxumasını təmin
etmək başlıca məqsədimizdir. Bu sahəyə bələd
olduğum üçün onu da təəs-süflə qeyd
etmək istəyirəm ki, yalnız öz biznes
maraqlarını ödəməklə xaricə təhsil
almağa uşaq göndərən digər şirkətlər
belə bir məsuliyyətin altına girməzlər. Onlar
yalnız müəyyən müddət üçün xaricə
oxumağa göndərməklə işlərini bitmiş
hesab edirlər. Biz isə hər bir şagirdin orada necə
yaşaması, oxuması, tədrisin keyfiyyəti,
qarşılaşdıqları çətinliklərlə
maraqlanırıq. Lazım olduqda operativ müdaxilə edirik. İşimizin
bu cür ciddi qurulması şirkətimizin nufuzunun yüksəlməsinə
əlavə stimul verir. Yeri gəlmişkən onu da əlavə
edim ki, hazırda xaricdə təhsil almağa maraq
böyükdür.
Xaricdə təhsil almaq
arzusunda olanların çoxu Böyük Britaniyaya
üstünlük verirlər. Bu da ondan irəli gəlir ki,
ABŞ-la müqayisədə bu ölkə bir qədər yaxındır
və nüfuzlu təhsil ocaqlarının çoxu burada fəaliyyət
göstərir. ABŞ-da, digər ölkələrdə
yüksək təhsil sistemi mövcuddur. Valideyn və
uşaqların arzusu ilə qapalı-yatılı orta məktəblərə,
yaxud təhsil kurslarına şagirdlər göndəririk. Bu
uşaqların xarici dillə bağlı çətinlik
çəkməməsi üçün şirkətimizdə
hazırlıq kursları təşkil olunubdur. Bu kurslarda
uşaqjar həm dil öyrənir, həm də xarici təhsil
proqramlarını mənimsəyirlər.
Kurslarda dərs deyən
pedaqoqların peşəkarlığına da mühüm
önəm veririk. Müəllimlərimizi bu sahədə
böyük təcrübəsi olan ixtisaslı kadrlardır.
Digər şirkətlərdə olduğu kimi bir nəfər
xaricini dəvət edib, sonra da bizdə əcnəbilər dərs
aparır deməklə öyünmək olmaz. Heç
soruşulmur ki, bu əcnəbinin özü ingilis dilini
mükəmməl bilirmi?! Yeri gəlmişkən, qeyd edim ki,
mən özüm ABŞ-da təhsil almışam. Kurslarda dərs
aparan müəllimlərin seçiminə tələbkarlıqla,
ciddi yanaşıram.
Xaricdə təhsil həm
də gələcəyə hesablanmış bir məsələdir.
Xaricə təhsilə göndərilənlər gələcəyin
kadrlarıdır. Ona görə də biz bu işə biznes
maraqları ilə yox, belə bir mühüm məsələyə
kömək etmək istəyi ilə yanaşırıq. Gəlir
həmişə ikinci planda olmalıdır. Bu sahənin
inkişafına ölkə başçısı səviyyəsində
xüsusi diqqət və qayğı göstərilir, dövlətin
təhsil siyasətinin prioritetlərindən birini təşkil
edir. Xaricdə təhsil barədə prezidentin
imzaladığı və qəbul edilən Dövlət
Proqramının icrası istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir. Şirkətimiz də bu proqramın
reallaşmasında fəal iştirak etməyə
çalışır. Fəaliyyətində bu mühüm
sənəddən irəli gələn vəzifələrin həllinə
əzmlə çalışır.
"Aki-İnter"
şirkəti xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu tədris
müəssisələri ilə
qurduğu faydalı əməkdaşlıq əlaqələrindən bacarıqla və daha əhatəli
şəkildə istifadə edir. Bu sahə ilə məşğul
olan özəl şirkətlərin potensial gücündən daha çox istifadə edilməsi
ümumi məqsədin xeyrinədir.
Hələ ki, bu qüvvədən istifadə edilmir. Məsələyə
məntiqi yanaşılsa, dövlət proqramı ilə
xaricdə təhsilə göndərilənlərin sayı
artardı. Bu işdə şirkətimizin təcrübəsi
və potensial fəaliyyətinə diqqət çəkmək
istəyirəm. İndiyə qədər
qazandığımız imic, xarici ölkələrin əməkdaşlıq etdiyimiz
şirkətlərinin bizə olan inamı "Aki-inter"in
nəyə qadir olduğunu ortaya qoyur. Yeri gəlmişkən
onu da qeyd edim ki, yüksək səviyyəli fəaliyyətimizə,
bu işə hazır olduğumuza, daha çox iş görmək
istəyimizə baxmayaraq hələlik arzu olunann səviyyədə
bizə yanaşılmır. Hazırda ölkəmizdən
xaricə oxumağa göndərilmə ilə bağlı
qurumlarla yanaşı,
"Soros" fondu məşğul olur, onların maliyyə
dəstəyini həyata keçirir. Bu fond yalnız maliyyə
məsələsini həll edir. ABŞ, Böyük Britaniya və başqa ölkələrdə fəaliyyət
göstərən orta məktəblərdə X-XI siniflərdə
təhsil alanlara geri qayıtdıqdan sonra Təhsil Nazirliyi tərəfindən
attestat verilir. Eyni məktəbə, tamamilə eyni proqram əsasında
öz vəsaiti hesabına bizim şirkət tərəfindən
göndərilən uşaqlar attestat almaqda çətinliklərlə
üzləşirlər. Belə vəziyyət isə
narahatlıq yaratmaya bilməz. Düşünürəm ki, hər
bir ölkə vətəndaşı imkan vatsa, xaricdə təhsil
almaq arzusunu reallaşdırmalıdır. Bunun
üçün xaricdə təhsil məsələsi ilə
məşğul olan yerli şirkətlər istənilən
proqramla bunu həll etməyə qadirdir. Özəl şirkətlərə
dövlət dəstəyi, onlara da eyni münasibət
göstərməsi bu sahənin inkişafına güclü
stimul olar. Bütün bunlarla yanaşı, xaricdə təhsil
proqramında mövcud boşluqların doldurulması zəruriyyəti
də vardır. Məsələ ilə bağlı Təhsil
Nazirliyinə müraciətlər etmişik. Bundan başqa
ölkəmizdən xaricə təhsil almağa gedənlərə
səfirliklər viza verməkdə müxtəlif problemlər
yaradırlar. Bu problemin həllində də təxirəsalınmaz
işlər görülməli, buna dövlət səviyyəsində
dəstək olmalı, xarici səfirliklər təhsil məsələlərində
həssaslıq göstərməlidirlər.
Bizim fikrimizcə, bu
gün çox uğurla həyata keçirilən xaricdə
təhsillə bağlı bu sahədə fəaliyyət
göstərən şirkət və müəssisələrin,
müxtəlif əlaqədar qurumların, təşkilatların,
səfirliklərin nümayəndələrinin birgə
müzakirəsinə ehtiyac var.
Onu da xüsusi olaraq qeyd
etmək lazımdır ki, təhsilə, elmə
xalqımız böyük önəm verir. Savadlı,
intellektual biliyə malik gənclərimiz olub, bu gün də
var və gələcəkdə də olacaq. Hazırda elə
orta məktəb məzunu yoxdur ki, o, ali təhsil və yaxud
ixtisas almaq arzusunda olmasın. Bu hal qürurverici amildir.
"Aki-inter" bu işdə bundan sonra da əzmlə
çalışacaqdır, yetər ki, şirkətimizə
daha isti münasibət göstərilsin.
Mustafa KAMAL
Respublika.- 2010.- 5 iyun.- S. 4.