Təhsilə diqqət gələcəyə
qayğıdır
Heydər Əliyev
hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə
Azərbaycanın inkişafını təmin edəcək
prioritet sahə kimi daim diqqət və qayğı göstərmişdir.
Zaman keçdikcə təhsilin inkişafına yönələn
proqramlar hazırlanmış və tətbiq edilmişdir. Təhsilin
bütün istiqamətləri və pillələri durmadan
inkişaf etdirilmişdir. Ölkəmizdə ümumtəhsil
məktəbləri ilə yanaşı, xüsusi yanaşma tələb
edən məktəblər də fəaliyyət göstərir.
Belə məktəblərə aid edilən tədris müəssisələrinin
isə daha çox diqqət və qayğıya ehtiyacı
vardır.
Kar uşaqlar üçün 1 saylı respublika intemat məktəbi 1932-ci ildən fəaliyyət göstərir. Məktəbdə kar uşaqlar 2 dildə, yəni Azərbaycan və rus dillərində təhsil alırlar. Azərbaycan bölməsində 31, rus bölməsində isə 12 sinif fəaliyyət göstərir. Ümumilikdə isə məktəbimizdə 400 nəfər təhsil alır ki, bunların tədrisi ilə 160-a yaxın müəllim və tərbiyəçi məşğul olur. Həmçinin 2 həkim və 2 tibb bacısı onlara xidmət göstərir. Müəllimlərimiz əsasən defektologiya ixtisasını Moskva, Sankt-Peterburq şəhərlərində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bitirmişlər. Maddi-texniki bazamız günü-gündən genişlənir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2005-ci ilin yanvar ayında məktəbimizə gəlişindən sonra məktəbə diqqət və qayğı yüksək səviyyəyə qalxmışdır. Həmin ildə məktəb üçün əlavə 5 sinif otağı tikilib istifadəyə verilmişdir. Həmçinin idman zalı və yeməkxana yenidən qurulmuşdur. Bu il Heydər Əliyev Fondunun xətti ilə 15 şagirdimizə qiymətli eşitmə aparatları verilmişdir. I sinif şagirdlərinə isə bütün məktəb ləvazimatları fondun hesabına paylanır. Məktəbimizə göstərilən qayğı nəticəsində uğurlarımız da durmadan artır. 2006-cı ildə Milli Paralimpiya Komitəsinin 10 illik yubileyınə həsr edılmış fut-zal turnirinin qalibi kimi məktəbin komandasına kubok verilmişdir. Məktəbimizin komandası 2009-cu ilin dekabr ayında fut-zal üzrə "Payız" tumirində II yeri tutmuşdur. 4 şagirdimiz futbol üzrə Azərbaycanın Karlar Komandasının üzvüdür. Onlar bu yaxınlarda İran İslam Respublikasında keçiriləcək yarışa hazırlaşırlar.
Kompyuter zalı fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblər içində ilk dəfə bizim təhsil müəssisəsində fəaliyyətə başlamışdır.
Təhsil Nazirliyi bizim sahəyə çox böyük diqqət və qayğı göstərir. Dərslik problemlərimiz də həll edilmişdir. Filologiya elmləri doktoru, professor Nizami Xudiyev və pedaqoji elmlər namizədi Tamilla Ağayevanın birgə hazırladıqları "Ana dili" 4, 5, 6-cı siniflər üçün dərsliklər və VI sinif üçün "Azərbaycan dili" xüsusi dərslikləri tədrisimizin keyfiyyətinə müsbət təsirini göstərmişdir. Hazırda I siniflər üçün "Əlifba", II-III siniflər üçün "Ana dili" kitabları da işlənib, çapa hazırlanır. Musiqi sahəsində də deməyə sözümüz var. Belə ki, Moskvada keçirilən "Qəlbim oxuyur" adlı I Beynəlxalq Jestli Mahnı Festivalında şagirdlərimiz "Sarı gəlin" mahnısının ifasına görə 83 ölkə içərisində "Qran-Pri" mükafatına layiq görülmüşlər.
Müəllimlərimizə də diqqət və qayğı yüksək səviyyədədir. Onlar müxtəlif adlara layiq görülmüşlər. Mən 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif edilmişəm.
Müəllimlərimizə göstərilən qayğı öz təsirini təlim prosesinə də göstərmişdir. Təlim prosesinin yüksək səviyyədə olması şagirdlərimizin əsas baza biliklərini daha yaxşı mənimsəmələrinə səbəb olmuş, onların elmə və təhsilə marağını daha da artırmışdır. Onlar məktəbi bitirdikdən sonra təhsillərini davam etdirirlər.
Məzunlarımızdan 2 nəfər 2009-cu ildə Azərbaycan Rəssamlıq Akademiyası nəzdində incəsənət Kollecini bitirmişlər.
Bu il 4 buraxılış sinfini 39 nəfər şagirdimiz bitirib. Onlarla əlavə məşğələlər aparılmışdır. Onlar test imtahanlarına hazırlaşırlar.
Respublikanın bütün təhsil şöbələri ilə sıx əlaqə saxlayırıq. Bu rayonlardan bizə kar uşaqlar təhsil almağa gəlirlər. Həmçinin məktəbimizdə Rusiya, Gürcüstan, Qazaxıstan, Əfqanıstandan olan kar uşaqlar təhsil alırlar.
Təhsil müəssisəmiz birbaşa Təhsil Nazirliyinin tabeliyindədir. Təhsil naziri Misir Mərdanovun məktəbimizə qayğısını xüsusi qeyd etmək lazımdır. Belə ki, nazir məktəbimizin fəaliyyəti ilə mütəmadi maraqlanır, lazımi köməkliyini əsirgəmir.
Hətta M.Maqomayev adına Dövlət Filarmoniyasında Təhsil Nazirliyi tərəfindən xeyriyyə konserti keçirilmiş, konsertdən toplanmış vəsait hesabına Danimarka istehsalı olan, eşitmə dərəcəsini müəyyən etmək üçün audiometr aparatı məktəbimizə hədiyyə olunmuşdur.
Məktəblərə, təhsilə göstərilən diqqət gələcəyimizə olan qayğıdır. Bütün bunlarla yanaşı, istərdik ki, yay tətilində kar uşaqların istirahətinin təşkili və məktəbi bitirdikdən sonra onların işlə təmin olunması da öz həllini tapsın.
Tarverdi ƏLİYEV
Respublika.- 2010.- 5 iyun.- S. 4.