Görkəmli alim və xeyirxah insan

 

Görkəmli Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Mirzəağa Əlizadə ibrətamiz ömür yolu keçmişdir. Onun mənalı və şərəfli həyatı gənc nəslə nümunədir.

M.Əlizadə 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1936-1940-ci illərdə Moskva şəhərində Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunda bitki fiziologiyası sahəsində görkəmli rus alimi Dmitriy Anatolyeviç Sabininin (1989-1951) rəhbərliyi altında aspiranturada oxumuş və paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası prosesinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etmişdir. Dmitriy Sabinin digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887-1943) ilə birgə biologiya elmində ideoloji üsulları tədbiq etmiş akademik Trofim Lısenkonun (1898-1976) elmi əleyhdarlarından olmuş 1951-ci ildə Gəlincik səhərində intihar dərəcəsinə çatdırılmışdır. Akademik Mirzəağa Əlizadə SSRİ-də hökm sürən belə bir gərgin şəraitdə özünün elmi fəaliyyəti ilə məşğul olmuşdur, həmin illər amansız cəza tədbirləri hər an ona da toxuna bilərdi.

İkinci Dünya müharibəsi zamanı 1941-ci ilin iyunundan 1943-cü ilin dekabrına kimi M.Əlizadə ordu sıralarında olmuş, Krım uğrundakı döyüşlərdə iştirak etmişdir.

1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur. Cəbhədən qayıtdıqdan sonra o, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna direktor müavini vəzifəsinə təyin edilmişdir. 1948-ci ildən başlayaraq, M.Əlizadə bir çox elmi tədqiqat institutlannda laboratoriya rəhbəri, Lənkəran Bölgə-Təcrübə Stansiyasının direktoru, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elm İdarəsinin rəisi kimi vəzifələrdə çalışmışdır.

1962-ci ildən ömrünün sonuna qədər, o, Azərbaycan EA Genetika Seleksiya İnstitutunda Bitkilərin Fiziolojı Genetikası laboratoriyasına rəhbərlik etmişdir.

M.ƏIizadənin elmi fəaliyyətində çay kolunun fiziologiyası sahəsində tədqiqatlar xüsusi yer tutur. Çoxillik tədqiqatların nəticəsi olaraq, o, çayçılıq təcrübəsində ilk dəfə olaraq, çay tarlalarının süni suvarılması üçün tədbirlər sistemini işləyib hazırlamışdır ki, bu da yaşıl çay yarpağı məhsuldarlığının 2-2,5 dəfə artırılmasına imkan verir. Hazırda bu tədbir çay kollarının becərilməsi üçün tərtib olunmuş aqrogöstəriciyə daxil edilmiş Azərbaycanın çay becərilən rayonlarında geniş tədbiq edilir.

Çay kolları üzərində aparılmış dəqiq nəzəri tədqiqatlar M.Əlizadəyə bitkilərdə boy sükunət problemi ilə əlagədar çox vacib elmi nəticələr çıxarmaga imkan vermişdir. Onun tərəfindən müəyyən edilmişdir ki, boy prosesində nuklein turşuları, xüsusilə , RNT (ribonuklein turşusu) çox mühüm rol oynayır. Çay kolu ilə aparılan tədqiqatların nəticələri sistemləşdirilərək, doktorluq dissertasiyası şəklində yazılmış və 1959-cu ildə Moskva şəhərində SSRİ EA Fiziologiya İnstitutunda müvəffəqiyyətlə müdafiə edilmişdir.

MIizadə heterozis və poliploidiya ilə əlaqədar nuklein və azot mübadiləsinin tədqiqi istiqamətində də böyük işlər aparmışdır. O, öz əməkdaşları ilə ilk dəfə olaraq müəyyən etmişdir ki, heterozis bitki hibridlərinin somatik (bədən) hüceyrələrində öz valideyn formalarına nisbətən DNT-nin (dezoksi-ribonuklein turşusu) miqdarı artıq olur. Bitkilərdə genomun qeyri sabitliyi baxımından bu məsələnin çox böyük nəzəri əhəmiyyəti vardır və ona görə də bir çox dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu faktın əsasında hibridlərdə heterozisi təyin etmək üçün yeni və effektli metod təklif edilmişdir ki, bu da seleksiya prosesinin xeyli intensivləşməsinə yardım edir. Tut bitkisinin poliploid cərgəsi əsasında müəyyən edilmişdir ki, poliploidləşmə prosesi zamanı hüceyrədə xromosom dəstinin dəfə ilə artması tetraploid səviyyəyə qədər baş verir. Yüksək poliploidləşmə zamanı bu qanunauyğunluq pozulur. Bu isə poliploidləşmə zamanı hüceyrədə DNT-nin dəfə ilə artması barədəki müvcud təsəürə yenidən baxılmasını və onda düzəlişlər aparılmasını tələb edir.

Mlizadə genetik proseslər zamanı nuklein turşularının və xüsusilə, DNT quruluşunda baş verən dəyişikliklərin öyrənilməsi və bu prosesə stimulə edici və ləngidici amillərin və həmçinin, fiziki və kimyəvi mutagenlərin təsiri istiqamətlərində də işlər aparmışdır. Hazırda bu istiqamətdəki işlər onun tələbələri və əməkdaşları tərəfindən davam və inkişaf etdirilməkdədir.

Azərbaycanın məşhur alimləri-akad. Həsən Əliyev, akad. İmam Mustafayev, akad. İlyas Abdullayev, akad. Cəbrayıl Hüseynov, akad. Ələkbər Quliyev, elmlər doktorları İdris Axundzadə, Mirəli Axundov ilə səmimi dostluq münasibətləri olmuşdur.

Azərbaycanda biologiya elminin inkişafında M.Əlizadənin əməyi çox böyükdür. O, 200-dən artıq elmi məqalə, monoqrafiya dərsliklərin müəllifidir. Görkəmli akademik 15 elmlər namizədi 4 elmlər doktoru yetişdirmişdir.

M.Əlizadə 1959-cu ildə biologiya elmləri doktoru, 1962-ci ildə professor elmlər dərəcəsi adını almış, 1968-ci ildə AEA-nın müxbir üzvü, 1980-cı ildə AEA-nın həqiqi üzvü seçilmişdir. Ən samballı monoqrafiyaları sırasında aşağıdakıları göstərmək olar: Физиология чайного куста, Баку, 1964, Nuklein turşuları onların bitki həyatında əhəmiyyəti. Bakı, 1970, Çay plantasiyalarının şırımlarla suvarılması. Bakı, 1971, динамичность нуклеиновых кислот и белка растительной клетки, Баку, 1978, Гетерозис и нуклеиновые кислоты, Баку, 1982 s.        

Akademik M.Əlizadənin xidmətləri iki "Şərəf Nişanı" ordeni SSRİ medalları ilə qiymətləndirilmişdir.

M.A.ƏIizadə 1981-ci il may ayının 5-də Bakıda vəfat etmiş, Əmircan kəndində dəfn olunmuşdur,

Böyük alim, həssas qayğıkeş insan olan M.Əlizadənin parlaq xatirəsi tələbələrinin onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.

Yubiley münasibətilə arzu olunardı ki, görkəmli alimin xatirəsini əbədiləşdirmək üçün anadan olduğu Əmircan kəndindəki küçələrdən birinə akademik M.Əlizadənin adı verilsin, yaşadığı Bakı şəhəri, Mətbuat prospekti 2 ünvanında, 5-ci blokun üzərində xatirə lövhəsi asılsın.

 

 

Ramiz ƏLİYEV

 

Respublika.- 2010.- 5 iyun.- S. 6.