Gənclər siyasəti uğurla həyata
keçirilir
Son illər dövlətimizin
yeritdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzu ildən-ilə
artmış, mövqeləri möhkəmlənmişdir.
Ölkəmiz dünya iqtisadiyyatına çox sürətlə
inteqrasiya edir. Bu inteqrasiyə özünü bütün sahələrdə
göstərir. 2010-cu ildə Azərbaycan iqtisədiyyatı
uğurlu inkişafını davam etdirmişdir. Ölkə
Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu
ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında demişdir: "Azərbaycanın
uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə
iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun
üzərində əlavə iqtisadi artıma nail olmaq bir
daha göstərir ki, apardığımız siyasi, iqtisadi və
sosial islahatlar öz nəticələrini verməkdədir. İlin
birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır.
Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft
sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz
artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil
etmişdir ki, bu da, bz növbəsində, sosial məsələlərin
həlli üçün bizə əlavə imkanlar
yaradır. ...Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz
bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol
düzgün yoldur. Azərbaycan öz müsbət
inkişafını gücləndirir və davam etdirir".
Məhz ölkəmizdə
aparılan uğurlu siyasətin nəticəsidir ki, cari ilin
ötən 4 ayı ərzində 50 çarpayılıq xəstəxana,
növbədə 40 nəfəri qəbul edən
ambulator-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər
uşaq müəssisəsi, Biləsuvarda Regional Ana və
Uşaq Mərkəzi, Göyçay və Ağdaşda
olimpiya idman kompleksləri və s. obyektlər tikilib istifadəyə
verilmişdir.
Azərbaycan Respublikəsı
regionlarının sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi,
ölkə iqtisadiyyatının qeyri-neft sektorunda
dayanıqlı inkişafı təmin edilmiş, xidmət və
digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə
irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin
və yeni iş yerlərinin açılmasına zəmin
yaratmışdır. Belə ki, 2010-cu ilin birinci rübü ərzində
17017 yeni, o cümlədən 12578 dəimi iş yerləri
açılmışdır. Ümumilikdə isə, 840 mindən
çox yeni iş yerləri yaradılmışdır.
Bu gün ölkəmizdə
bütün sosial proqramlər uğurla icra edilir. Dövlət
başçısı bu məsələyə toxunaraq
demişdir: "Sosial obyektlərin tikintisi istiqamətində
çox böyük işlər görülür. Təkcə
bu ilin birinci rübündə proqrama dövlət büdcəsində
nəzərdə tutulan layihələr əlavə edildi. Çünki
yerlərdən xahişlər daxil oldu ki, bəzi rayonlarda
tibbi xidmətin lazımi səviyyədə olmaması
insanları narahat edir. Baxmayaraq, son illərdə, demək olar
ki, hər bir bölgədə ən müasir tibbi
avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar,
müalicə-diaqnostika kompleksləri tikilmişdir və
onlar insanlara gözəl xidmət göstərir".
Artıq Azərbaycan
regionda və dünyada iqtisadi və siyasi cəhətdən ən
intensiv inkişaf etməkdə olan ölkələrdən
biridir. Bu inkişafda Azərbaycanın ümummilli lideri Heydər
Əliyevin mütəşəkkil və əvəzolunmaz rolu
olub. Hazırda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu
işin öhdəsindən layiqincə gəlir. Buna misal
olaraq tikinti sektorunun inkişafı hərbi potensialının
gücləndirilməsi, yerli sənayenin inkişafı,
ölkəyə qoyulan investisiyalann artması, regionların
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasını göstərmək
olar.
Azərbaycan dünyada,
eləcə də regionda sülhsevər ölkələrdən
biridir ki, bu da onun 20 ildən artıq davam edən Qarabağ
münaqişəsinin dinc yolla həll edilməsinə tərəfdar
olməsıdır. Baxmayaraq ki, son illərdə daha da
qüvvətlənmiş ordumuz bu münaqişəni hərbi
yolla da həll etməyə qadirdir. İşğal altında
olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə
gözləyən qaçqın və məcburi
köçkünlərimizin yaşayış tərzi əvvəlki
illərə nisbətən qat-qat yaxşılaşır. Bu
dəyişikliklər ölkədə aparılan
iqtisadi-siyasi islahatların, ölkə Prezidentinin uzaqgörən
siyasətinin nəticəsidir.
Hazırda ölkəmizdə
gənclər siyasəti uğurla həyata keçirilir. Sosial
həyatın bütün sferalarına nəzər salsaq,
görərik ki, orada gənclər əksəriyyət təşkil
edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli
çəkilməsi ilə bağlı qarşıya
qoyduğu vəzifənin real həyatda təcəssümüdür.
Gənc kadrların hazırlanması məqsədilə
dövlət büdcəsindən kifayət qədər vəsait
ayrılır, onların maddi, məişət və sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli
işlər görülür, gənclər inkişaf
etmiş ölkələrdə təhsil almaq
üçün göndərilir. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
tələbələrin dünyanın məşhur universitetlərində
təhsil almaq üçün göndərilməsi buna əyani
misaldır. Cənab Prezidentin gənclərə
bağlılığını, sevgisini onun nitqlərində
açıq-aşkar hiss edirik. Təbii ki, bu cür
qayğı və sevgidən sonra biz gənclər dövlət
başçımız cənab İlham Əliyevin ətrafında
birləşməli, vətənimiz, xalqımız və
dövlətimiz üçün
çalışmalıyıq.
Aydın SƏFƏROV
Respublika.- 2010.- 6 iyun.- S. 4.