Uşaq yaradıcılıq mərkəzinin
uğurları ürəkaçandır
Məktəbdənkənar
müəssisə təhsil sisteminin tərkib hissəsidir.
Uşaqların, yeniyetmə və gənclərin mənəvi
və fiziki inkişafını, onların müxtəlif
yaradıcılıq tələbatını təmin edir.
UYM-in fəaliyyətinin əsas məqsədi uşaq, yeniyetmə
və gənclərin maraq, meyl və bacarıqlarının
intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin
inkişafı üçün əlverişli şərait
yaratmaq, onların istirahətlərinin, asudə
vaxtlarının səmərəli keçməsini təmin
etməkdir.
Bu baxımdan mərkəzimiz
özünün fəaliyyət proqramını
hazırlayır. Onun nümunəvi nizamnaməsi və əsasnaməsi
var.
Uşaq Yaradıcılıq Mərkəzi 1950-ci ildən 2 dərnəklə fəaliyyətə başlayıb. Hazırda 18 adda dərnək, 79 qrup, 1109 şagirdi var. Mərkəzdə fəaliyyət göstərən dəməklərin üzvləri şəhərimizin müxtəlif məktəblərinin şagirdləridir. Dərnək üzvlərinin əsasını 7, 9, 10, 13 saylı, TH liseyi, Şəhər liseyi, 19,16 saylı və s. məktəblərin şagirdləri və Turizm kollecinin tələbələri təşkil edir.
Tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə adları çəkilən məktəblər bizə yaxından köməklik göstərirlər.
Bacarıqlı əllər, dərzilik dərnəklərinin üzvləri keçirilən tədbirlərin xarakterinə uyğun olaraq əl işlərindən ibarət sərgi hazırlayırlar.
Mərkəzimizdə fəaliyyət göstərən bədii keramika və incəsənət dərnəklərinə uşaqlar xüsusi həvəslə gəlirlər. Elə tədbirlərimiz yoxdur ki, bu dərnəklərin əl işlərindən ibarət sərgi olmasın.
Gənc musiqisevərlər, milli rəqs, bədii qiraət, kukla teatrı, vokal qrupları öz proqramlarını hazırlayır, maraqlı konsertlər təşkil edirlər.
Xüsusi istedada malik uşaqların üzə çıxarılması yönümündə mərkəzdə çox işlər görülür.
Ümumtəhsil məktəbləri arasında müxtəlif nominasiyalarda müsabiqələr keçirilir. Yüksək istedada malik uşaqlar seçilərək öz maraqlarına uyğun dərnəklərdə yerləşdirilir.
2009-2010-cu tədris ilində UYM-in də nailiyyətləri olub. Beləki, Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin Respublika Texniki Yaradıcılıq
Mərkəzinin keçirdiyi
"Kiçik yaşlı
məktəblilərin əl
işlərinə Respubiika
baxış müsabiqəsi"nin biçmə, tikmə və toxuma işləri nominasiyasında "Bədii
tikmə" dərnəyinin
üzvü II yerə
layiq görülüb,
diplom və hədiyyə ilə mükafatlandırılıb.
Estetik Tərbiyə
üzrə Respublika Tədris-Metodik Mərkəzinin
xətti ilə "Çiçəklən, Doğma
Azərbaycanım!" devizi
altında keçirilən
rəsm müsabiqəsində
15 nəfər Təsviri
incəsənət dərnəyinin
üzvləri I yerin qalibi olmuş, diplomla təltif edilmişlər.
Eyni zamanda şəhərimizin
61 illik yubileyi ilə əlaqədar
ŞTŞ-nin keçirdiyi
müsabiqələrdə mərkəzin
musiqisevərlər, milli
rəqs, bədii qiraət, təsviri incəsənət dərnəklərinin
üzvləri fəal
iştirak etmiş və müsabiqələrin
qalibi olmuşlar.
Dərs ilinin əvvəlində tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər
keçirilib. O cümlədən
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü, "Yeni il" şənliyi,
"Novruz"şənliyi, ulu öndərimiz Heydər Əliyevin doğum günü ilə bağlı "Gül bayramı",
"Beynəlxalq Mədəniyyət
günü", "Beynəlxalq
rəqs günü",
faşizm üzərində
qələbənin 65 illiyi,
"28 May Respublika Günü"
yüksək səviyyədə
keçirilib.
Eyni zamanda xalqımızın
"Qan Yaddaşı"
olan "Xocalı faciəsi", 20 Yanvar şəhidlərinin xatirəsi
və "31 mart - Azərbaycanlıların
soyqırımı" ilə
bağlı xatirə
gecələri keçirilib.
Hazırda UYM-in yaradıcılığını əks etdirən "Hesabat" konsertinə hazırlaşırıq.
2010-cu il iyun ayının
22-də Zaqatala rayonunda
keçiriləcək "Beynəlxalq musiqi və dostluq festivalı" na milli rəqs qrupumuz dəvət alıb.
Ə.QULİYEVA
Respublika.- 2010.- 6 iyun.- S. 4.