Qlobal ekoloji
böhranların təhlükəli
fəsadları və
çıxış yolları
"Ekologiya ili
- 2010"
(əvvəli 23
may və 4 iyun tarixli saylarımızda)
Ekologiyanın dəyişməsi
yeyinti məhsullarını
yararsız hala salıb, insan və heyvanlar
arasında yoluxucu xəstəliklər çoxalıb,
yeni, indiyədək elmə məlum olmayan, uzunmüddətli müalicə tələb
edən, insanların ölümü ilə nəticələnən dəhşətlı,
faciəli xəstəliklər
(QİÇS, quş qripi,
donuz qripi, atipik pnevmaniya, sarı qızdırma, dəli dana-inək quduzluğu, viruslu hepatitlər, Afrika taunu, Helikobakter Pilori və s.), uşaqlar arasında müşahidə olunan genetik xəstəliklər
(talassemiya, hemofiliya, anomaliyalar, teratogen xəstəliklər, immun
çatışmazlıqları), o cümlədən ekoloji mühitin təsirindən
yaranan bəzi xəstəliklər (şəkərli
diabet, xərçəng,
dəmir defisitli anemiya, allergiyalar, mineral çatışmazlığı, metobolik sindrom — sürətlə kökəlmə,
uşaqların ölü
və vaxtından əvvəl doğulması
və s.) müşahidə
edilir və bəşəriyyəti təlatümə
gətirir.
Bəşəriyyət əvvəllər alimlərin
diqqət mərkəzindən
yayınan, elmə məlum olmayan və hazırda çox ciddi real təhlükəyə çevrilən
quş qripi və donuz qripi
xəstəliyi ilə
qarşılaşıb. Quş qripi
1918-cı ildən etibarən
müşahidə olunmaqla
indiyədək dünya
üzrə 40 milyon adamın ölümü ilə nəticələnib.
Bu gün həmin
xəstəlik, o cümlədən
donuz qripi dünyanın bir çox ölkələrində,
həmçinin Azərbaycanla
qonşu olan Rusiya, Türkiyə və İranda quşlar, donuzlar və insanlar arasında yayılaraq respublikamız üçün
də ciddi təhlükə sayılır.
Düzdür, ölkəmizdə donuz qripinə qarşı əhali arasında peyvəndlər
aparılır, lakin bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Çünki bir ölkədə
viruslara qarşı hazırlanan vaksin ştamları, adətən,
başqa ölkələrdə
peyvəndləmə zamanı
özünü doğrultmur,
immunogenliyi çox zəif olur, ya da heç
immunitet yaratmır.
Ekoloji balansın pozulması heyvan, quş, balıq və onların məhsullarından
insana keçən təhlükəli yoluxucu
və metabolizm xəstəliklərinin genış
yayılması üçün
böyük zəmin yaratmışdır. Piylənmə (artıq çəki
fenomeni) dövrün ən başlıca ekoloji patologiyası hesab olunur. ABŞ-da əhalinın 60, Avstraliyada 50, Rusiyada 15-20, İngiltərədə 20, Yaponiyada isə 5 faizi bu bəlaya duçar olub. Bu sindrom ölkəmizdə
də geniş yayılıb. Artıq sübut
edilmişdir ki, piylənmə sindromu son nəticə olaraq, şəkərli diabet, xərçəng, artroz və artritlər və s. xəstəliklər törədir. İnsanlar arasında geniş
yayılan 38 metabolik xəstəlik arasında ən öncül yeri dəmir defisitli anemiya tutur. Dünya əhalisinin 1,5 milyardı
bu bəlaya düçar olub, inkişaf etmiş ölkələrdə 5 yaşına
qədər olan uşaqlar arasında anemiya 12, geridə qalan ölkələrdə
isə 51 faiz təşkil edir. Bu sindrom yeniyetmə
qızlarda daha çox 72 faiz müşahidə olunur.
Allergiyalar dövrün başlıca
ekoloji patologiyası olmaqla XXI əsrin epidemiyası adlanır, dünya əhalisinin 35 faizi isə allergik xəstəliklərdən
əziyyət çəkir. Ürək-damar xəstəlikləri, xüsusilə hipertenziya ildən-ilə geniş vüsət alır.
Ölkəmizdə 1000 nəfərdən
çox hemofiliyalı, 900 nəfərdən artıq
isə talassemiya ilə xəstə olmaqla, hər 12 nəfərdən biri talassemiya geninin daşıyıcısıdır və ildə 200-ə qədər xəstə uşaq doğulur. Dünya üzrə ildə 6,5 milyon
adam xərçənglə
xəstələnir, 4,3 milyon
isə bu bəlanın qurbanı olur. 2000-ci ildə
respublikamızda 4804 nəfər
xərçənglə xəstə
olduğu halda, 2007-ci ildə bu göstərici
24431 nəfər olmuşdur.
XXI əsrin bəşəriyyətə
"bəxş" etdiyi
ekolojı patologiyalardan
biri də zəifgörmə-miopiyadır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən,
planetimizdə hər
135 milyon insan bu xəstəlikdən əzab çəkir.
Əgər bu bəlanın
qarşısı alınmazsa, 2020-ci ildə
bu rəqəm 2 dəfə artacaqdır.
Son zamanlar dünya əhalisi arasında
uzunmüddətli müalicə tələb edən mikozlar
(göbələk xəstəlikləri) və malyariya daha
dinamik sürətlə yayılmaqda davam edir. Planetimizin hər
5 nəfər sakinindən biri mikozlarla yoluxur. Malyariya
dünyada QİÇS-dən sonra 2-ci yeri tutmaqla hər 30
saniyə ərzində 1 nəfər uşağın
ölümünə səbəb olur. Bu xəstəliklə
ildə dünya üzrə 300-500 milyon insan xəstələnir,
1,5-2 milyon isə
dünyasını dəyişir. Xəstəlik ABŞ, Asiya
və Afrika ölkələrində daha geniş
yayılıb, Ekoloji tarazlığın pozulması nəticəsində
stress 4 reaksiyaları və
yuxusuzluq hazırda insanlar
üçün ciddi bəlaya çevrilib.
Heyvanlar, quşlar,
balıqlar və onların məhsullarından insana keçən
təhlükəlı yoluxucu infeksion və invazion) xəstəliklərin arealı gündən-günə
artır. Klassik xəstəliklərin (qarayara, brusellyoz, vərəm,
qızılyel, leptospiroz, tülyaremiya, dezinteriya, botulizm, salmonelyoz, xinokokkoz, dikrosellyoz,
sistiserkoz, toksoplazmoz, helmintozlar, qoturluq, dermatomikrozlar, klonorxoz,
opistorxoz, heterofoz, metaqonimoz,
difılobotrioz və s.) yeniləşməsi baş
verir, bəşəriyyət üçün çox ciddi təhlükə
mənbəyinə çevrilir. Həmin xəstəliklərin
sayı hazırda 250-dən çoxdur. Bunun başlıca səbəbi
isə təbii fəlakətlərin (zəlzələlər,
vulkan püskürmələri, sunamilər, qasırğalar,
selbasmalar, su daşqınları, güclü leysan
yağışlar və s.) ildən-ilə sayının
artması, tez-tez və güclü müşahidə
olunması və onların agır ekoloji fəsadlar törətməsidir.
Görünür, təbiət bu cür cavab verməklə
insanlardan sanki öz qisasını alır.
Gəncənin
yaxınlığında yerləşən Hacıkəndin
bugünkü vəziyyəti qənaətbəxş deyil. Belə
vəziyyətə biganə münasibət göstərməyə
isə heç birimizin mənəvi haqqı yoxdur. Meşələr
qəddarcasına qırılıb, "cəllad
baltalarına" məruz qalıb, kəsilən
ağacların kökləri məzarıstandakı baş
daşlarını
xatırladır. Təbiətimizin
fəxri sayılan gözəllər gözəli Göygölün taleyi isə daha
dözülməzdır. Onun kənarındakı
meşəni bəzəyən ağacların çoxu
yağıntıların çox olması nəticəsində
yerə yıxılıb,
artıq qurumağa başlayıb, sağ qalanlar isə, təbii ki, yaxın gələcəkdə
qurumağa və çürüməyə məruz
qalacaqdır. Məhv olmuş ağacların və bitki
qalıqlarının çürüntülərində
inkişaf edən mikroorqanizmlər, eləcə də
çürüntülərin toksiki maddələn (zəhərləri)
yağış suları vasitəsilə gölə
tökülərək , onu müxtəlif xəstəlik törədiciləri ilə sirayətləndırə bilər. Bu isə öz növbəsində
Gəncə və Göygöl rayonu əhalisini içməli
su ilə təmin edən su mənbələrinin çirklənməsi
deməkdir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyının Meşələrin İnkişafı
Depertamentinin son məlumatına görə təkcə 2005-ci
ildə meşələrdən 38493 kubmetr qanunsuz odun
qırılmışdır.
Ermənıstanın Azərbaycana
qarşı törətdiyi ekoloji vandalizm, terrorizm və soyqırım nəticəsində
işğal edilmiş ərazilərimizdə meşələr
tamamilə məhv edilmiş,
otlaq və biçənəklər qəddarcasına
yandırılmışdır.
Bütün qeyd olunan ekoloji böhranlar bəşəriyyəti
iki yol ayırıcında qoyur: ya təbiətə ətraf
mühitə və onun amillərinə zülm etməkdən,
düşmənçilik mövqeyindən, terrorçuluqdan,
ekoloji durumu pozmaqdan, disbalans yaratmaqdan əl çəkmək,
imtina etmək, ekoloji tarazlığı balanslaşdırmaq
uğrunda beynəlxalq miqyaslı mübarizəyə
qoşulmaq, ya da bəşəriyyəti məhv olmaq yoluna təhrik etmək. Bunlardan başqa, bəşəriyyətin
digər yolu yoxdur. Yeganə çıxış yolu isə
hamılıqla-bütun dünya, o cümlədən ölkəmizin
əhalisinin planetımizin
ekoloji durumunun bərpasına, təbiətın və ətraf
mühit amillərinin mühafizəsinə qoşulmasından
ibarətdir.
Azərbaycan
Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, şəxsən nazir
Hüseynqulu Bağırovun təşəbbüsü və
iştirakı ilə respublıkamızda qlobalxarakterli ekoloji problemlərin həlli
üçün, görülən işlər və həyata
keçirilən layihələr ekoloji durumun bərpası və
yaxşılaşdırılması istiqamətində
çox müsbət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.
Nazirliyin təşəbbüsü ilə son illər respublikamızda səhralaşmaya və
meşəsizləşməyə qarşı mübarizə
tədbirlərinin həyata keçirilməsi, xüsusilə
yeni meşə zolaqlarının və
yaşıllıqların salınması və ətraf
mühitin mühafizəsi sahəsində geniş diapazonlu
işlər görülmüşdür. Həmin tədbirlərin arealının
daha da genişləndirilməsi üçün
respublikamızın bütün vətəndaşları,
nazirlikləri xüsusilə gənclər, ali məktəb tələbələri nazirliyin bu bəşəri
əhəmiyyətli çağırışına
qoşulmalı və müvafiq köməklik göstərməlidır.
Möhtərəm
prezidentimiz İlham Əliyevin ölkəmizdə 2010-cu ili
“Ekologiya ili” elan etməsi olduqca mütərəqqi, bəşəri
və planetar əhəmiyyətli aksiya kimi dəyərləndirməli
və çox yüksək qiymətləndirilməlidir.
Prezidentin bilavasitə rəhbərliyi və təşəbbüsü
ilə ölkəmizin bütün bölgələrində
ekoloji tarazlığın bərpası, atmosferin, litosferin,
hidrosferin və təbii ətraf mühitin tullantılarla, zərərli
və zəhərli kimyəvi birləşmələr və
çirkləndiricilərlə çirklənməsinin qarşısının alınması,
seyrəlmiş, qırılmış meşəliklərdə
ağacların əkilməsi, yeni yaşıllıqlar və
meşə zolaqlarının salınması, uğurla həyata
keçirilən layihə və tədbirlər ekoloji ilin ən
başlıca prioriteti hesab edilməlidir.
Müasir
sivilizasiyalı ekoloji cəmiyyətin formalaşmasına və
inkişafına gündən-günə geniş vüsət
alan təbii fəlakətlər (zəlzələlər,
vulkan püskürmələri, sunamilər, güclü
qasırğalar, daşqınlar, sel- subasmalar, qar
uçqunları, meşə yanğınları
və s.) olduqca ləngidici və neqativ təsir göstərir.
Onlar həm də insan sağlamlığı
üçün çox böyük təhlükə mənbəyinə
çevrilir. Çünki təbii fəlakətlər
zamanı torpaqda olan patogen - xəstəlik törədən
agentlər (mikroblar, viruslar, göbələklər) onun səthinə
qalxaraq su, hava və yeyinti məhsulları ilə orqanizmə
daxil olub klassik xəstəliklərin, təhlükəli
epidemiya, epizootiya və pandemiyaların yenidən baş verməsi
üçün zəmin yaradır. Xatırladırıq ki,
qarayara xəstəliyinin törədicisi torpaqda 100 il,
dermatomikozların (dəmrovların) törədicisi 10 il, digər
yoluxucu xəstəliklərin (tülyaremiya, leptospiroz,
dezinteriya törədiciləri, patogen stafilokok və
streptokoklar və s.) törədiciləri isə uzun müddət
öz patogenlik (xəstəlik törətmə) xüsusiyyətlərini
saxlayır və əlverişli şərait yaranan kimi təhlükə mənbəyinə
çevrilir. Əlbəttə,
təbii fəlakətlərlə mübarizə çətinlik
törətsə də, əvvəlcədən müvafiq
profilaktik tədbirlər görülməlidir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin təşəbbüsü ilə həyata
keçirilən məqsədyönlü işlərin və
layihələrin, meşəsalma, yaşıllaşdırma,
122-dən çox kənddə modul tipli sutəmizləyici
qurğuların quraşdırılması (bununla 224 min əhali
ÜST-I nin standartlarına cavab verən
içməli su ilə təmin olunmuşdur) ekoloji ilin əsas
uğurlarıdır. Xəzər dənizinin çirklənməsinin
qarşısının alınması üçün
gündə 6140 kubmetr çirkab sutəmizləmə
gücünə malik beynəlxalq standartlara cavab verən modul
tipli qurğuların qurulması, torpaqların təmizlənməsi
və s. ölkəmizdə ekoloji durumun
yaxşılaşdırılması üçün
çox böyük zəmin yaratmışdır. 2009-cu il
mayın 27-də Sofiya şəhərində "Qara dəniz
regionunda kiçik kənd ərazilərində su təchizatı
və sanitariya" mövzusunda keçirilən nazirlər
konfransında nazir H.Bağırovun respublikamızda həyata
keçirilən ekoloji layihələr barəsində məruzəsi
və müvafiq video materialları nümayiş etdirməsi
konfrans iştirakçıları tərəfindən rəğbətlə
qarşılanmış və böyük pozitiv sensasiya
törətmişdir.
Əlbəttə, həyatın
bütün sferalarında çox böyük nailiyyət və
uğurlar əldə etmiş ölkəmizdə ekologiya ilində
bütün əhalinin bu mütərəqqi və bəşəri
əhəmiyyətli missiyaya qoşulması və iştirak
etməsi günün ən vacib tələbidir. Əminik ki,
ölkəmizdə ekologiya ilində daha böyük işlər
görüləcək və bu il xalqımızın tarixinə
ən uğurlu il kimi daxil olacaqdır. Azərbaycanda ekologiya
elminin banisi, dünya şöhrətli alim, akademik Həsən
Əliyev "Həyəcan təbili" əsəri ilə
respublikamızın bütün əhalisini sanki qəflət
yuxusundan oyanmağa çağırdı, onları ekoloji
durumun qorunub saxlanması üçün ayağa
qaldırdı. Gəlin biz də heç bir gözəlliyi
bizlərdən əsirgəməyən ana təbiətə,
onun bütün sərvətlərinə, ətraf mühitə,
flora və faunaya qayğı, diqqət və məhəbbətlə
yanaşaq, onları qoruyub saxlamağa çalışaq və
gələcək nəsillərə təhvil verək.
Unutmayaq ki, BMT-nin XXI əsr
ücün həyat formulu və devizi belədir: "Təmiz
torpaq -» təmiz su -» təmiz hava ekoloji cəhətdən saf
yeyinti məhsulları » sanitariya və gigiyena tələblərini
ödəyən məişət şəraiti güclü
iqtisadiyyat -» əhalinin maddi rifahı və
sağlamlığının təmin olunması - Davamlı
İnsan İnkişafı".
Ölkəmizdə həmin
göstəricilərin təmin olunması üçün
bütün əhali, ictimaiyyət ekoloji durumun bərpası,
yaxşılaşdırılması və
sağlamlaşdırılması, disbalansın aradan
qaldırılması üçün əlindən gələni
əsirgəməməli, öz vətəndaşlıq və
mənəvi borcunu yerinə yetirməlidir. Bu, "Ekologiya
ili"nin ən başlıca və təxirəsalınmaz tələbidir.
Bütün insanlar kimliyindən asılı olmayaraq, bu həyati
vacib, bəşəri əhəmiyyətə malik missiyaya
qoşulmalı və müvafiq köməklik göstərməlidir.
Bundan başqa, bəşəriyyətin digər nicat yolu
yoxdur.
Eldar Hüseynov
Respublika.- 2010.- 6 iyun.- S. 6.