Cəfakeş alim, yorulmaz tədqiqatçı
İmaməddin
Zəkiyev yeddinci sinfi bitirənə qədər təhsil və
tərbiyəsini Quba rayonunun Cimi kənd uşaq evində, orta
təhsilini isə Qonaqkənd qəsəbə məktəbinin
nəzdindəki internatda almışdır. Təhsilini
başa vurana qədər rayon və respublika mətbuatında
50-dən çox şeir, oçerk, felyeton, məqalə ilə
çıxış etmişdir. Yazılarının
altında şagird sözünü yazmadığına
görə rayon qəzetlərinin xülasəsini verən mərkəzi
mətbuat ("Kommunist", "Bakinski raboçi")
onları kənd müəlliminin diqqətəlayiq
yazıları kimi dəyərləndirmişdi... Halbuki o, bir il rayon qəzeti redaksiyasında işlədikdən
sonra BDU-ya qəbul olunmuş (1958) və oranı 1963-cu ildə
bitirmişdir. BDU-da və Bakı Mədəni-Maarif texnikumunda
dərs deyə-deyə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun mətnşünaslıq şöbəsində
professor Ə.Mirəhmədovun rəhbərliyi ilə elmi
iş üzərində çalışmış,
respublikanın qəzet və jurnallarında maraqlı elmi, ədəbi,
publisist yazılarla müntəzəm çıxış
etmişdir. "Aprel çiçəkləri"(1960),
"Uğur olsun" (1961), "Gənc qələmlər"
(1967) ədəbi almanaxlarında şeirləri işıq
üzü görmüşdür. Onun
yaradıcılığında elmi-nəzəri mövzularla
yanaşı, ədəbi-tənqidi məqalələr
çoxluq təşkil edir. "Azərbaycan",
"Ulduz", "Qobustan" jumallarında, "Azərbaycan"
qəzeti, "Xalq qəzeti", "Ədəbiyyat və
incəsənət" , "Ədəbiyyat qəzeti",
"Azərbaycan gəncləri", "Azərbaycan müəllimi",
"Vışka" və digər ədəbi, elmi,
siyasi-kütləvi nəşrlərdə, BDU-nun "Dil və
Ədəbiyyat" beynəlxalq elmi nəzəri
jurnalında, "Bakı Dövlət Universitetinin Xəbərləri"ndə
, M.F.Axundzadə adına Azərbaycan Dövlət
kitabxanasının "Elmi Əsərləri"ndə , Mədəniyyət
və İncəsənət Universitetinin "Mədəniyyət
dünyası"da, İstanbul və Egey universitetlərinin
dünyaya yayımlanan elmi məcmuələrində,
Türkiyədə çıxan "Kültür evreni"
(Mədəniyyət dünyası) beynəlxalq dərgisində
və s. nüfuzlu mətbuat orqanlarında yer almış
xeyli yazıları ədəbi, elmi içtimaiyyətin rəğbətini
qazanmışdır. "XIX əsrin kitablarını vərəqlərkən..."
(1970), "İllər və tədqiqlər"(1980),
"M.F.Axundovun realizmi haqqında yeni kitab" (1980), "Susan
qəlbin yadigarı"(1985), XIX əsrin naməlum kitabxana təsisçisi
"Mirzə Məhəmmədəli Qasımov kimdir?",(1992), "Nizami-öyrənilməmiş səhifələr"(1992),
Xl əsrin naməlum Azərbaycan alimi "Ibrahim Qrızi
haqqında nə bilirik?" (1999), "Orta əsrlərin naməlum
xınalıqlı alimləri" (2006), "İynənin
ucu boyda böyük kəşf (2006), "Beş əsr
yarımdan sonra tanınan alim" (rus dilində, 2009) və s.
məqalələrində İ.Zəkiyev yeni söz deməyə
can atmaq hesabına bir sıra ədəbi, elmi, tarixi həqiqətləri
üzə çıxarmaqla fədakarlıq nümunəsi
göstərmişdir.
Klassik və müasir irsdən
güclü yaradıcılıq təkanı alan
müəllifin hər bir yazısı dilinin sadəliyi,
oxucunu öz ardınca aparmaq gücü, məziyyətləri
ilə seçilir. Müəllimlərinin, tələbələrinin
və tədqiqatçıların tez-tez onun elmi axtarışlarına,
yeni tapıntılarına istinad etməsini də həmin məntiqlə
izah etmək olar.
İ.Zəkiyev
dar ixtisas adamı deyil. Onun məqalələrində tarixi həqiqətə
sədaqət, tədqiq etdiyi mövzulara elmi-tənqidi
baxış və müasir yanaşma ruhu hakimdir. Bir mövzudan başqa mövzuya keçəndə
də yazılarının üslub xüsusiyyələri,
ideya-məzmun dəyəri saxlanılır, fikir
ixtilaflarına yer qalmır. "Klassik irsin tədqiqi",
"Zor ağıl kürsüsündə",
"Üç əsri görmüş Qubalı müdrik
haqqında ilk kitab", "Unudulmaz şairin unudulmuş
irsi" və s. məqalələrində o, ədəbiyyatşünas-alim
və ədəbiyyat tənqidçisi kimi
çıxış edirsə, "Təşəbbüs
yaxşıdır, amma...", "Ədəbiyyatşünaslıq",
"Ensiklopedik lüğət", "İlk azərbaycanlı
ensiklopediyaçı və nəşri
dayandı-rılmış ilk Azərbaycan
Ensiklopediyası"kimi oçerklərində o, lüğətşünasa,
leksikoqrafa daha çox bənzəyir. "IV-VII əsrlərin
mənəvi mənzərəsinə bir baxış"
(2006), "VII-VIII əsrlərdə Azərbaycan kitabına
doğma və yad münasibət" (2006), "Azərbaycan
kitabı IX-X əsrlərdə" (2006), "Iki əsrin
üç parlaq siması" (2007), "Kitab
sandıqlarının açılmamış sirləri"
(2007) və s. çoxsaylı yazıları onun
tanınmış kitabşünas alim olduğunu təsdiqləyən
etibarlı zəmanətdir. "70 il qələm və
fırça ustaları arasında" dünya şöhrətli
rəssam və kitab incəsənəti korifeyi "Sultan Məhəmmədin
ömür kitabından səhifələr", "Kitablar
arasında keçən ömür", altı əsrdən
sonra Azərbaycan oxucularına çatdırılan kitab və
kitabxana tarixinə dair ilk "Naməlum "hesabatın məlum
mətni" və s. araşdırmaları kitab incəsənətinin
sirlərinə İ.Zəkiyevin dərindən bələdliyinə
şübhə yeri qoymur. Azərpoçtun baş direktoru Qəmbər
Bəybalayevin Azərbaycan poçtunun tarixindən bəhs edən
elmi monoqrafiyasına həsr etdiyi "Analoqu olmayan kitab"
(2005) adlı iri həcmli oçerkində kitab müəllifinin
dünyada, Şərqdə və Azərbaycanda poçt-rabitə
quruculuğunun tarixinə, poçt rabitəsinin təşkili
və təhlükəsizliyinin təmini məsələlərinə
dair son dərəcə qiymətli açıqlamalarına
İ.Zəkiyevin elmi münasibəti həmin sahədə də
onun səriştəli alim olmasından soraq verir.
Alimin məqalələrinin
bir qismində tarixşünaslıq, mətnşünaslıq,
Azərbaycanşünaslıq metodologiyasından doğan
klassik və müasir ənənələrə güclü
meyli də özünü açıq büruzə verir. Yuxarıda
adını çəkdiyimiz və "Bakı Dövlət
Universitetinin Xəbərləri"ndə (2005, N4, s. 109-116)
çap etdirdiyi "İlk azərbaycanlı
ensiklopediyaçı və nəşri
dayandırılmış ilk Azərbaycan
Ensiklopediyası" oçerki daha bir tarixi erməni xəyanətini
üzə çıxarmışdır. Orada deyilir ki,
otuzuncu illərdə ilk milli ensiklopediyanın 17 cilddə
çıxmasına bir neçə dəfə qərar
verilsə də, yüksək dairələrdəki
ağalarından dəstək alan "Qaba
xasiyyətli azmış ermənilər" (VII əsr Azərbaycan
tarixçisi Musa Kalankatlı) bu ideyanın baş tutmasına
mane olmuşlar. Halbuki 1935-ci ildə Azərbaycanda
ilk AŞE (Azərbaycan Şura Ensklopediyası) nəşriyyatı
yaradılmış və ona rəhbərlik görkəmli
filosof H.Hüseynova etibar edilmişdi. Professor
V.Xuluflunun müqəddimə yazdığı birinci cildin
"Sözlük". kitabçasını
(AŞE nəşriyyatı, 1935, 47 səhifə, 2000 nüsxə)
çətinliklə üzə çıxaran alim təşəkkürə
və minnətdarlığa layiq iş
görmüşdür. O yazır ki, 1932-1933-cü iilərdə
17 cildliyin nəşrinə ciddi hazırlıq görülsə
də, erməni qısqanclığı və şimaldan əsən
sərt "küləklər" qarşısında Azərbaycan
ensiklopediyaçılarının duruş gətirməsi
müşkül məsələyə çevrilmişdir. "Azərbaycan Şura Ensiklopediyasının nəşrinə
dair" müqəddimədən aydın olur ki, o zaman bu
ideya baş tutsaydı, "1935-ci ildə 1-ci, 1936-cı iidə
2-ci və 3-cü cild, qalan müddətdə isə ildə 3
cild çapa" hazırlanacaqdı. Birinci
cilddə "3700 məqalə dərc" ediləcəkdi.
Müqəddimədə daha sonra deyilir ki, ilk
milli AŞE Moskvada buraxılmış "Malaya Sovetskaya
Ensiklopediya"dan böyük olacaqdı. Məsələn,
bu ensiklopediya 10 cild və ona daxil edilən söz-məqalənin
miqdarı 35 minə qədər olduğu halda bizim ensiklopediya
17 cild və ona daxil edilən söz-məqalə 55 mindən
artıq olacaqdır". Ermənilərin və onların
maskalanmış havadarlarının dalağını sancan
da elə bu idi...
İ.Zəkiyev
o dövrün mətbuatını da izləmiş və
M.N.Kriptonimf ilə çap olunmuş maraqlı bir məlumatı
üzə çıxarmışdır. Orada deyilir ki,
AŞE-nin hazırlanmasına 80-dən çox görkəmli
alim cəlb edilmişdir. Birinci cild bu
günlərdə çapa veriləcək. İkinci-üçüncü cildlər üzərində
son tamamlama işləri aparılır ("Bakinskiy
raboçiy" 1936, 14 sentyabr, N-214, s.4).
Yaradıcılığının
ən məhsuldar dövrünü yaşayan İ.Zəkiyev
hər bir məqalə və kitabında bizi yeniliklərlə
Bu müxtəsər
qeydlərdən boylanan həqiqət sanki dil açıb
deyir ki, İ.Zəkiyev yazılarında oxucuya mötəbər
söz demək bacarığı olan alimdir. Bunun
kökündə əsrlərin sınağından qalib
çıxmış klassik elm və ədəbiyyat incilərindən,
mədəniyyət və incəsənət nümunələrindən
onun qaynar yaradıcılıq bulağı kimi istifadə edib
öyrənmək və öyrətmək məharəti
durur. Deməliyəm ki, mən son vaxtlarda onun yaradıcılığının
bəzi özəlliklərini dərk edərkən qiyabi
olaraq, imzasından tanıdığım bu məhsuldar alimi
yenidən tanıdım, bir az da dəqiq
desəm, onu kəşf etdim. Belə bir inama
kökləndim ki, oxuduqlarına tənqidi,
araşdırdığı mövzulara səmərəli,
insanlara səmimi yanaşmaq kimi ibrətli cəhətlər
İ.Zəkiyevin həyat devizidir.
Qələminə
dinclik verməyən bu genişürəkli alim və
pedaqoq-SSRİ maarif əlacısı (1981), Metodist müəllim
(1992) və "Qızıl qələm" (2001)
mükafatı laureatıdır. Ömrünün
müdrik çağında o yenə də ilhamla yazıb-yaradır,
milli ədəbi irsin öyrənilməsinə yeni-yeni
töhfələr verir. Ona bu yolda
uğurlar arzulayırıq.
İlham PƏNAHOV
Respublika.- 2010.- 4 may.- S. 6.