Naftalan sürətli inkişafa qədəm qoyub
İlin birinci rübühün yekunları müzakirə
olunur
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov hesabat yığıncağında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları aprelin 14-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə üzrə ümumi tərəqqini səciyyələndirən məqamlara toxunmuşdur. İqtisadiyyatımız gücləndikcə respublikamızın qüdrətli bir dövlətə çevrildiyini, ölkəmizin əhalisinin həyat səviyyəsinin də durmadan yüksəldiyini qeyd etmişdir. Azərbaycanın strateji valyuta ehtiyatlarının 22,3 milyard dollara çatması, 2010-cu ilin birinci rübündə iqtisadi artımın 5,4 faiz, sənaye istehsalının 5,6 faiz təşkil etməsi bir daha onu sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Ölkəmiz öz iqtisadiyyatının müsbət inkişafının gücləndirilməsini inamla davam etdirir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında keyfıyyətsiz idxal mallarının respublikamıza gətirilməsinin, eləcə də ölkəmizdə istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə, insanların sağlamlığına ziyan verən amillərin qarışısının alınması üçün ciddi tədbir görülməsi barədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıq vermişdir.
Məhz buna görə ölkəmizin hər yerində istehlak mallarının keyfiyyətinə nəzarət üçün ictimai komissiyalar yaradılır. Bizdə şəhərimizdə istehlak olunan məhsulların keyfiyyətinə nəzarət etmək və suni qiymət artımına qarşı mübarizə aparmaq məqsədi ilə icra hakimiyyəti yanında daimi fəaliyyət göstərən və 11 nəfərdən ibarət komissiya yaratmışıq. İctimaiyyətin nümayəndələri ağsaqqallar, ziyalılar bu işdə komissiyaya yaxından köməklik göstərməlidilər ki, şəhərimizin ticarət şəbəkəlirndə məhsulların keyfiyyətinə nəzarət edilsin və ayrı-ayrı şəxsələr tərəfindən qiymətlərin süni artırılmasının qarşısı alınsın.
Natiq Aslanov vurğulamışdır ki, şəhərimizdə 2010-cu ilin birinci rübünün büdcə gəlirinin yerinə yetirilməsi, dövlət büdcəsindən ayrılan subsidiyanın 99,9 faiz alınması, büdcə təşkilatlarında vəsaitin əsasən sosial yönümünün icra edilməsinə şərait yaratmışdır. Büdcə təşkilatlarında birinci rübdə ayrılmış vəsaitin öz məqsədinə xərclənməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bunun da nəticəsidir ki, təhsil, səhiyyə, mədəniyyət, gənclər idman və digər biidcə təşkilatlarının sifarişləri əsasında yerli xəzinədarlıq orqanı maliyyə vəsaitinin həmin təşkilatların hesabına köçürülməsini təmin etmişdir. Aparılan təhlillər göstərif ki, şəhərin ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9.5 faiz sənaye məhsullarının həcmi 4.6 faiz artmışdır.
Cari ilin birinci rübündə vətəndaşların
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
də müəyyən
işlər görülmüşdür.
Şəhər və
Məşğulluq Mərkəzi
tərəfındən 19 nəfər
işlə təmin olunmuş, 6 nəfərə
işsizlik müavinəti təyin
olunmuş, Əhalinin
Sosial Müdafiə Mərkəzi tərəfındən
393 nəfərə 74,5 min
manat sosial yardım verilmiş, 48 nəfərtənha, ahıl və əlil vətəndaşlara
evlərində sosial-məişət
xidməti göstərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi tərəfindən
1388 nəfər pensiyaçıya
628,8 min manat pensiya ödənilmişdir.
2010-cu ilin birinci
rübündə "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na əsasən,
şəhər elektrik sisteminin yenidən qurulmasına, şəhərin
yaşayış binaları üçün yeni
qazanxanaların tikintisinə, binadaxili istilik sistemlərinin bərpasına,
şəhərin yeni salınmış yaşayış
massivinin qazlaşdırılmasına, Göranboy
qazpaylayıcı stansiyasından Naftalan şəhərinə
14,5 km, şəhərdaxilində isə 22 km uzunluğunda
köhnə istismara yararsız metal borular yeni plastik borularla əvəz
edilməsinə başlanmışdır. Şəhərin səhiyyə
kurort müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsinə Naftalan kurortunun ərazisinin
genişləndirilməsi məqsədilə müvafiq mərkəzi
icra hakimiyyəti orqanları qarşısında məsələ
qaldırılmışdır. Şəhərin
su-kanalizasiyasının tamamilə yenidən qurulması
üçün layihə smeta sənədləri hazırlanmış
və yaxın günlərdə bu işin də icrasına
başlanılacaqdır.
Dövlət
Proqramında nəzərdə tutulmayan digər məsələlər
də Naftalan şəhərinin sosial-iqtisadi inkişaf
proqramında öz əksini tapmışdır. Belə ki,
şəhərin sosial-iqtisadi inkişaf proqramına uyğun
olaraq müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının köməyi ilə Naftalan problemlərini
öyrənən Elmi-Tədqiqat institutunun Naftalan
filialının açılması 240 yerlik uşaq
bağçası-körpələr evinin əsaslı təmiri,
hava limanının genişləndirilməsi, müasir
standartlara cavab verən yeni mərkəzi xəstəxananın
tikintisi, məişət tullantılarının təkrar
emalı zavodunun, Naftalan neftindən dərman preparat
hazırlayan zavodun, müasir olimpiya idman kompleksinin tikintisi,
yeddiillik uşaq musiqi məktəbi üçün yeni
binanın tikintisi, şəhərin ayrı-ayrı hissələrini
birləşdirən müasir tələblərə cavab verən
körpulərin tikintisi və Goran dəmiryolu stansiyasından
Naftalan şəhərinə qədər uzunluğu 18 km olan
avtomobil yolunun yenidən tikilməsi
planlaşdırılmışdır.
ŞİH
başçısı bildirmişdir ki, 1994-cü ildən
sıradan çıxmış 9 mərtəbəli
yaşayış binalarının liftləri yenisi ilə əvəz
edilmişdir. Bütün çoxmərtəbəli
binaların həyət və girişləri
işıqlandırılmış, binaların istilik
sisteminin yenidən qurulmasına və bu məqsədlə 3
istilik qazanxana binasının tikintisinə
başlanmışdır. Eyni zamanda çoxmərtəbəli
yaşayış binaların fasadlarına üzlüklərin
çəkilməsinə, həmçinin şəhərin
girişindən "Çinar" sanatoriyasına və
Ş.Qurbanov küçəsində fərdi
yaşayış evlərinin ətrafından yeni istinad
divarlarının çəkilməsinə də start
verilmişdir.
Hörmətli
Prezidentimiz İlham Əliyev "Ekologiya ili" elan etdiyi
2010-cu ilin fevral-mart aylarında şəhərin Heydər Əliyev,
Səməd Vurğun, Nəriman Nərimanov adına
parklarında, şəhər xəstəxanasının ətrafında,
şəhərin giriş hissəsində, eləcə də
sahibkarların inşa etdiyi yeni sanatoriyaların ərazilərində
10 minə yaxın həmişəyaşıl ağac əkilmişdir.
Fərəhli haldır ki, biz əkdiyimiz hər bir
ağacın suvarılması üçün tədbirlər
keçiririk. Cari ilin mart ayında Nəriman Nərimanov və
Səməd Vurğun adına pərklarında
yaşıllığın suvarılması üçün
yeni subartezian quyuları qazılmış, xəstəxananın
yanındakı subartezian quyusu bərpa edilmiş, Heydər Əliyev
adına parkın yaşıllığının
suvarılması üçün yeni plastik boru ilə su xətti
çəkilmişdir. Eyni zamanda şəhərin girişində
yeni salınmış yaşıllıq massivinin
suvarılması üçün də tədbirlər müəyyənləşdirilmişdir.
Bu gün şəhərimizin bütün sahələrində
başlanmış yenidənqurma və bərpa işləri
Naftalan şəhərinin xoşbəxt gələcəyindən,
onun yeni perspektivlərindən danışmağa geniş imkan
verir.
Şəhər əhalisini
narahat edən, sosial-məişət problemlərinin
vaxtında müəyyən edilməsi, onların optimal həlli
yollarının tapılması istiqamətində də bir
sıra işlər görülmüşdür. Vətəndaşların
qəbullarda, səyyar görüşlərdə
qaldırdıqları məsələlərin həlli
üçün tədbirlər həyata
keçirilmişdir. Şəhərin Vaqif Quliyev küçəsində
yollar abadlaşdırılmış, su ilə təminatdakı
problemlər aradan qaldırılmış, sel sularının
qarşısının alınması üçün kanal
çəkilmişdir. İsa Məmmədov adına
yaşayış massivində kanalizasiya xətlərinin bərpası,
1 saylı MİS-in ərazisində küçələrin və
yaşayış evlərinin girişlərinin
işıqlandırılması kimi təkliflər çox
qısa zamanda öz müsbət həllini
tapmışdır. Şəhər icra Hakimiyyətinnin
başçısı demişdir ki, 2010-cu ilin birinci və
ikinci rübünün aprel ayı şəhərimizin
sosial-iqtisadi inkişafı baxımından çox uğurlu
olmuşdur, növbəti rüblərdə də biz bu
müsbət dinamikanı saxlayacaq, nəzərdə
tutulmuş bütün vəzifələri uğurla yerinə
yetirəcəyik.
Hesabat məruzəsi ətrafında
müzakirələrdə Naftalan şəhəri maliyyə
şöbəsinin müdiri Saleh Tağıyev, ƏSMM-in
direktoru Səməd Həsənov DSMF şəhər
şöbəsinin müdiri Ruslan Əliyev şəhər gənclər
və idman idarəsinin rəisi Rövşən Aslanov və
Mərkəzi Xəstəxananın baş həkimi
İsmayıl Muradov iştirak etmişlər.
Vəli İLYASOV
Respublika.- 2010.- 4 may.- S. 6.