İdarəetmə mədəniyyəti
Xarici ölkə
təcrübəsinin öyrənilməsində
dəyərli vəsait
Son dövrlər ölkəmizdə
kütləvi oxucu auditoriyası üçün
nəzərdə tutulan
kitablar daha çox maraqla qarşılanır. Yeni nəşrlərdən biri də kulturoloq
Fuad Məmmədovun
"İdarəetmə mədəniyyəti.
Xarici ölkələrin təcrübəsi"
("Култура управления.
Опыт зарубежных стран") kitabıdır. Müəllif bu kitabda apardığı
tədqiqatlar sayəsində
öyrəndiyi xarici ölkələrin idarəetmə
mədəniyyəti təcrübəsini
oxuculara çatdırmaq
məqsədi daşıyır.
Hansı
metod və yanaşmanın, texnologiyaların
qarşıya qoyulan tərəqqiyə çatmaq
yolunda daha səmərəli nəticələr
verə biləcəyini
aydın göstərir.
Burada müəllif tərəfindən
işlənib hazırlanan
universal "kulturoloji piramida"
metodu verilibdir. Bu metoddan effektiv
milli və qlobal idarəetmədə
istifadə oluna bilər, hər bir maraqlanan insana gündəlik şəxsi həyatının,
özünü idarəetməsinin
yaxşılaşdırılmasında doğru yolu seçməsinə yardım
edir. Kitab tələbələr, lisey və gimnaziyaların, orta ümumtəhsil məktəblərinin yuxarı
sinif şagirdləri,
müəllimlər, alimlər,
siyasətçilər, məmurlar,
dövlət müəssisələrinin
rəhbərləri, biznes
sahəsində çalışanlar,
bələdiyyələr və
qeyri-hökumət təşkilatları,
gənclər hərəkatının
liderləri, qadın cəmiyyətləri və
mədəniyyət işçiləri,
ümumiyyətlə, geniş
oxucu auditoriyası üçün nəzərdə
tutulubdur. Eyni zamanda kitabdan
müxtəlif ölkələrin
vətəndaşları, millətləri
də yararlana bilərlər.
Müəllifin apardığı
gərgin və səmərəli iyirmi illik tədqiqatları sayəsində üç
ilə hazırlanan bu dəyərli və əhəmiyyətli
dərs vəsaiti oxucuların istifadəsinə
verildiyi az
bir müddətdə
geniş marağa səbəb olmuşdur. Hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
tədris proqramına
daxil edilib. Kulturoloq Fuad Teyyub oğlu
Məmmədov həm
elm və təhsil sahəsində, həm də ictimai həyatda fəal fəaliyyətinə görə
respublikamızda yaxşı
tanınır. Tarix elmləri
doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professorudur.
"Simurq" Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti,
bir sıra elmi qurumların üzvüdür.
İndiyə kimi iki yüzdən
artıq elmi işlərin müəllifi,
həmmüəllifi olubdur. Bir sıra
nüfuzlu beynəlxalq
konfrans və konqreslər, simpoziumlarda, səfirliklərdə, institut
və cəmiyyətlərdə
tarix və mədəniyyət sahəsinin
müxtəlif problemlərinə
həsr olunan məruzələri dinlənilmişdir.
Belə ölkələr
sırasında Almaniya,
Rumıniya, Yunanıstan,
Misir, Türkiyə, Norveç, Kosta-Rika,
ABŞ, Tailand, Koreya, Fransa, Macarıstan, Gürcüstan da vardır.
Bu yaxınlarda
kitabın "Hyatt Regensy"
mehmanxanasının konfrans
zalında təşkil
edilən təntənəli
təqdimetmə mərasimində
iştirak edən elm xadimləri ,
ziyalılar, millət
vəkilləri, xarici
ölkə səfirliklərinin,
respublika ictimaiyyətinin,
müxtəlif təşkilatların
nümayəndələri müəllifin
bu və ya digər fəaliyyəti
barədə ətraflı
söhbət açdılar.
Kitabı, fundamental tədqiqat vəsaiti kimi yüksək dəyərləndirdilər.
Tədbirdə çıxış edən millət vəkillərindən Nizami
Cəfərov, Ziyad Səmədzadə, Elmira Axundova
və başqa nüfuzlu ziyalılar belə bir sanballı
kitabın nəşrinin
ölkəmizin mədəni
həyatında mühüm
əhəmiyyətli hadisə
olmasını qeyd etdilər.
Mütəxəssislərin və geniş oxucu auditoriyasına təqdim olunan professor Fuad Məmmədovun "İdarəetmə mədəniyyəti. Xarici ölkələrin
təcrübəsi" ("Култура управления.
Опыт зарубежных стран") bu sahədə
xarici ölkə təcrübəsinin öyrənilməsinə
xidmət edir. Bu kitab Azərbaycanda kulturoloji tədqiqatlar sahəsində ilk ciddi vəsaitdir. Monoqrafiyanın
Azərbaycan dilində
nəşri üzərində
iş gedir. Kitabın ingilis və digər xarici dillərdə
çapı da planlaşdırılıbdır.
Mustafa KAMAL
Respublika.- 2010.- 4 may.- S. 7.