Məqsədimiz kəndli sahibkarları
maarifləndirməkdir
Kənd təsərrüfatında sahibkarlıq
mühitinin formalaşdırılmasında
və yaxşılaşdırılmasında
məsləhət və
informasiya xidmətinin
rolu böyükdür. Sahibkarlığın
dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması,
o cümlədən sahibkarlar
üçün məsləhət,
informasiya, marketinq xidməti və digər strukturların formalaşdırılmasının vacibliyi 2009-cu il aprelin 14-də Azərbaycan
Respublikası Prezidentinin
fərmanı ilə təsdiq edilmiş "Regionların 2009-2013-cü illərdə
sosial-iqtisali inkişafı
Dövlət Proqramı"nda
təsbit oiunmuşdur.
Yerlərdə məsləhət və informasiya xidməti regional mərkəzlər
tərəfindən həyata
keçirilir. İki iqtisadi
zonanın 6 rayonunu əhatə edən Xaçmaz Regional Məsləhət
Mərkəzi 2008-ci ilin
yanvar ayından fəaliyyət göstərir.
Ötən vaxt ərzində Mərkəz
tərəfindən xeyli
iş görülmüşdür.
Bu barədə mərkəzin
direktoru, kənd təsərrüfatı elmləri
namizədi Musa Hacıyev məlumat verir: -Mərkəz 969510 hektar ümumi torpaq sahəsi olan Xaçmaz, Quba, Qusar, Şabran,
Siyəzən və Xızı rayonlarını
əhatə edir. ölkə əhalisinin
təqribən 6 faizi bu regionda yaşayır.
Burada 95
min nəfər sahibkarlıq
hüququ olan şəxs kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı və ticarəti ilə məşğul olur. Xaçmaz Regional Məsləhət Mərkəzi məhsul istehsalçılarını və
digər sahibkarları
iqtisadi, texnoloji məsələlər üzrə
maarifləndirmək və
bazar məlumatları
ilə təmin etmək, onların inkişafına qeyri-maddi köməkliklər göstərmək
məqsədilə yaradılmışdır.
Mərkəz Dünya Bankı
tərəfindən hazırlanmış
və Azərbaycan höküməti ilə razılaşdırılmış texnologiya üzrə fəaliyyət göstərir.
Nəzərdə tutulan vəzifələr
22 nəfər Özəl
Məsləhətçi adlandırılan
peşəkar mütəxəssislər
tərəfindən həyata
keçirilir. Onlardan
yeddi nəfəri Xaçmaz, yeddisi Quba, dördü Qusar, ikisi Şabran,
biri.Siyəzən və
biri Xızı rayonunda sahibkarlara xidmət göstərir. Hər bir özəl Məsləhətçi üçün
orta hesabla 4 min nəfər xidmət yükü və yaxın kəndlərdən
ibarət xidmət ərazisi müəyyən
edilmişdir. Xidmətin
səmərəliliyini və
təsərrüfatçıları mütərəqqi texnologiyalara
və uğurlu təcrübələrə müstəqil
çıxış imkanları
ilə təmin etmək məqsədilə
Özəl Məsləhətçilərin
xidmət göstərdiyi
ərazilər üzrə
22 kənddə "Təlim
və Məsləhət
otağı" yaradılmışdır.
Təlim
və Məsləhət
otaqları əyani vasitələr, zəruri avadanlıqlar və informasiya materialları ilə təmin edilmişdir.
Xaçmaz Regional Məsləhət
Mərkəzi Kənd
Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət
Agentliyi İnformasiya və Məsləhət Mərkəzinin regionda dayaq nöqtəsi olaraq xidmətin planlaşdırılması, təşkili,
idarə olunması və təkmilləşdirilməsi
funksiyasını yerinə
yetirir. Regional Məsləhət Mərkəzi
əldə etdiyi tərəqqi barədə
rübdə bir dəfə hesabat verir. Onun ümumi fəaliyyəti
isə ildə iki dəfə Milli Məsləhət Şurasında müzakirə
olunur. Mərkəzin nəzdində ona
təşkiledici, istiqamətverici
və innovasiya əhəmiyyətli köməkliklər
göstərmək üçün
Dünya Bankının
təlimatına uyğun
olaraq, 5 nəfərdən
ibarət Regional Məsləhət
Şurası yaradılmışdır.
Mərkəzin fəaliyyəti ildə
iki dəfə Regional
Məsləhət Şurasında
müzakirə olunur və qiymətləndirilir.
Hər il
Şuraya nüfuzlu fermerlərdən biri rəhbərlik edir. Şuranın builki sədri
Xaçmaz rayonunun Yergüc kəndindən olan fermer Mürsəl
Qəribovdur.
Məlum məsələdir ki, iqtisadiyyatın inkişafı
və sahibkarlıq fəaliyyətinin səmərəliliyi
məhsul isteh-salçılarının
bilik və peşəkarlıq səviyyəsindən
çox asılıdır. Odur ki, təsərrüfatçıları mütərəqqi biliklərlə
və uğurlu təcrübələrlə maarifləndirmək,
müxtəlif növ
məsləhət və
informasiya xidməti ilə təmin etmək olduqca aktual məsələdir.
Bilik öyrətmək, təlimlər
keçmək, tarla və ferma nümayişləri
təşkil etmək,
fərdi məsləhətlər
vermək, təlimatlar
hazırlamaq, bazar məlumatları yaymaq, alternativ təkliflərlə
sahibkarlıq problemlərinin
həll olunmasında iştirak etmək məsləhət və informasiya xidmətinin tərkib elementləridir.
Keçən il Özəl Məsləhətçilər
tərəfindən region üzrə
122 kənddə problemlərinə,
arzu və istəklərinə görə,
bir-birinə oxşar olan 9785 sahibkarın sifarişi ilə bir günlük 968 təlim keçirilmişdir. Qeyd edək
ki, təlimlərdə
qadın sahibkarlar da fəal iştirak
edirlər. Keçən
ilki təlimlərdə
"Meyvə ağaclarının
budanması və
forma verilməsi", "Ətlik
və südlük
mal-qaranın yemləndirilməsi",
"Təsərrüfatlarda mənfəət
və zərərin hesablanması", "Tərəvəz
bitkilərinin becərilməsi
üsulları", "Taxıl bitkilərinin becərilməsi",
"Heyvandarlıqda xəstəliklərə
qarşı proflaktiki
tədbirlər" və
başqa mövzular tez-tez sifariş olunmuşdur. Tarla və ferma nümayişlərində əsasən
mütərəqqi və
uğurlu hesab edilən fəaliyyət və təcrübə, üsul, nəticə və yenilik, yeni texnika və
ya bioloji vasitə bilavasitə tətbiq olunduğu yerdə təsərrüfatçılara
nümayiş etdirilmişdir.
Keçən il Özəl Məsləhətçilər
tərəfindən ayrı-ayrı
kənd və təsərrüfatlarda təşkil
olunan 1210 tarla və ferma nümayişlərində
15836 nəfər sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxs iştirak etmişdir. Geniş istehsalçı kütləsini
əhatə etmək üçün seçilən
nümayiş sahələrinin
çoxundan bir neçə il
istifadə olunur.
Özəl Məsləhətçilər
öz iş vaxtlarının xeyli hissəsini konkret məqsədə nail olmaq
üçün birləşən
istehsalçı və
ya digər sahibkarlar qrupları ilə işləməyə
sərf edirlər. Bu zaman göstərilən
xidmət müvəqqəti
və ya daimi qruplar tərəfindən
mövsümün əvvəlindən
müqavilə bağlamaqla
sifariş edilir.
Keçən il 66 qrup ilə məsləhətvermə
müqaviləsi bağlanmış
və həyata keçirilmişdir. Özəl Məsləhətçilər
kənd və qəsəbələr üzrə
istehsalçılar, emalçılar
və ticarətçilər,
habelə məhsul və xidmət alıcıları arasında
yerli, regional, milli və beynəlxalq səviyyədə biznes əlaqələrinin yaradılmasına,
inkişaf etdirilməsinə
və təsərrüfatçıların
gəlirliliyinin yüksəldilməsinə
də xidmət göstərirlər. Ərzaq
məhsullarının və
kənd təsərrüfatı
istehsalı üçün
zəruri olan malların pərakəndə
və topdansatış
xidmətlərini toplamaq
və yaymaq, yerli idarə, müəssisə və təşkilatlarla bilik və informasiya mübadiləsi üçün
əməkdaşlıq əlaqələri
yaratmaq, onların elmi-praktiki təklif və nəticələrindən
istifadə etmək də Xaçmaz Regional Məsləhət Mərkəzi
tərəfindən həyata
keçirilən xidmətin
hədəf fondunu təşkil edir.
Torpaq mülkiyyətçilərinin daha çox məlumatlandırılması üçün
mərkəzi və yerli kütləvi informasiya vasitələrindən
geniş istifadə edilir. Regionda fəaliyyət
göstərən "RTV', "Xəyal", "Qütb"
televiziyalarında, "Qızıl
Qusar", "Xaçmaz", "Şabran", "Şəfəq"
rayon qəzetlərində, habelə respublika mətbuatında mütəxəssislərimizin
məqalələri dərc
olunmuş, qabaqcıl
təcrübə, yeni
texnologiyalara dair maraqlı verilişlər
hazırlanmışdır. Regional və milli
elmi mütəxəssislər
tərəfindən təkiif
olunmuş təkmilləşdirilmiş
texnologiya və təcrübələrin birgə
nümayişlərində və keçirilən seminarlarda Özəl Məsləhətçilərimiz yaxından iştirak edirlər.
Hazırda təsərrüfatlarda
işin gərgin vaxtıdır. özəl Məsləhətçilər
iş vaxtlarını əsasən torpaq sahəsində,
mülkiyyətçilərin iş yerlərində
keçirirlər. Indi əkinçinin aqroməsləhətə
daha çox ehtiyacı var.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2010.- 5 may.- S. 5.