Gözdən əlillərə qayğı diqqət mərkəzində

 

Bu fəaliyyət dövlət siyasətinin uğurlu prioritetlərindən biridir

 

Gözdən Əlillər Cəmiyyəti hər zaman respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir. Onun fəaliyyəti bu qəbildən olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması, problemlərin həllində dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə qurulması sayəsində daha da genişlənməkdədir. Cəmiyyətin əldə etdiyi uğurlar da ilbəil artmaqdadır. Bu uğurların qazanılmasında hərtərəfli dövlət qayğısı mühüm rol oynayır. Dövlət başçısı möhtərəm İlham Əliyevin əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yüksəldilməsi istiqamətində gördüyü qlobal tədbirləri cəmiyyət üzvləri xüsusi minnətdarlıqla dəyərləndirirlər. Respublikamızda müxtəiif səbəblərdən əlil vətəndaşların sosial müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir və bu sahədə mütəmadi olaraq mühüm əhəmiyyətli addımlar atılır. Cənab Prezident tərəfindən imzalanan çoxsaylı fərman və sərəncamlar, təsdiq olunub uğurla həyata keçirilən dövlət proqramları əlillərin problemlərinin həmişə diqqət mərkəzində olduğunu əyani nümayiş etdirir. Hazırda 2010-2014-cü illəri əhatə edən dövlət proqramının icrasına başlanılıbdır. Onu da qeyd edim ki, bu proqramın hazırlanmasında bizim cəmiyyətimiz də yaxından iştirak edib, əlillərin sosial qayğısı, həyat şəraitinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, onların məşğulluğunun təmin olunması, mənzil probleminin həlli, təhsili və digər məsələlər barədə öz təkliflərimizi vermişik. Beynəlxalq təcrübədə nəzərdə tutulan standart qaydalar bu proqramda əksini tapmışdır. Şübhəsiz ki, dövlətimiz inkişaf etdikcə, onun imkanları genişləndikcə, bu sahəyə diqqət də mütənasib olaraq artırılır. Məhz buna görə də əlillərin sosial müdafiəsi sahəsində respublikamız həmişə regionda öndə olubdur. Bu gün ölkəmizdə digər tədbirlərlə birlikdə əlillərin əmək bazarına inteqrasiya olunması, işlə təminatı ilə bağlı çox böyük işlər aparılır. Onu da qeyd edim ki, Azərbaycanın iqtisadi qüdrətinin ilbəil yüksəlməsi onun beynəlxalq arenada nüfuzunu sürətlə artırmaqdadır. Belə ki, dövlətimizin xarici ölkələrlə, nüfuzlu qurumlarla əlaqələri genişlənmiş və bunun sayəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Xatırladım ki, BMT tərəfindən gözdən əlillərlə bağlı konvensiya 1993-cü ildə qəbul edilibdir. 2006-cı ildə qəbul edilən hüquq bəyannaməsi və protokoluna 2008-ci ildə Azərbaycan da qoşulubdur. Burada bir sıra öhdəliklər qoyulubdur ki, onların yerinə yetirilməsi istiqamətində uğurlu addımlar atılır. Yenə təkrar edirəm ki, bütün bunların hamısı ölkə başçısının bu sahənin inkişafını dövlət siyasətində ön planda saxlamasından qaynaqlanır. Bu isə onu göstərir ki, cəmiyyətdə əlillərə münasibət əvvəlki illərlə müqayisədə yaxşılığa doğru çox dəyişibdir, yeni, daha humanist yanaşma formalaşıbdır. Hər kəs köməyə ehtiyacı olan bu insanlara həssaslıqla yanaşmağa çalışır, onlara müxtəlif vasitələrlə yardımçı olur. Dövlət və ictimai qurumlarda əlillərin qəbulları, onların problemlərinin həllinə göstərilən diqqət və qayğını da bura əlavə etmək lazımdır. Bütün bu uğurlu siyasətin əsası müstəqil respublikamızın memarı və qurucusu olan ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulubdur. Müasir Azərbaycanın bütöv bir qərinəsi, otuz dörd illik bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatının bütün sahələrində dirçəlişi ümummilli liderimizin adı ilə bağlıdır. Məhz bu illərdə o rəhbərlik etdiyi respublikamızın bütün  məsuliyyətlərini öz çiyinlərındə daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycanın daha firavan gələcəyinin etibarlı təməlini qoymuşdur. Böyük tarixi şəxsiyyətin anadan olmasının 87-ci ildönümünün təntənə ilə qeyd olunduğu bu günlərdə onun Azərbaycan xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərini bir daha xüsusi minnətdarlıqla xatırlayır, təhlil edir, onu sonsuz ehtiramla yad edirik. Əslində müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründən başlayır. Ötən bu illər ərzində ulu öndərimizin hansı maneə və təhlükələri dəf etdiyi, təkcə xalqımıza deyil, bütöv türk dünyasının bir mövqedən fəaliyyət göstərməsi üçün misilsiz fəaliyyəti hamıya yaxşı məlumdur. O, müstəqilliyimizi və dövlətçiliyimizi mətanətlə, qətiyyətlə qorudu, respublikamızı xaosdan inkişafa doğru yönləndirdi, daxili sabitliyi bərqərar etdi. Milli, dünyəvi dövlətçilik ənənələrinin yaradılması və möhkəmlənməsi, demokratik-hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından, xüsusən də neft amilindən Azərbaycanın milli maraqlarına uyğun istifadə edilməsi, xalqın, o cümlədən, əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində uğurlu addımların atılması, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlığı, ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunması, həmçinin, beynəlxalq və regional əhəmiyyətli transmilli layihələrin reallaşması ulu öndərimizin bir siyasi xadim kimi misilsiz xidmətlərinin nəticəsidir. Məhz onun fundamental fəaliyyəti sayəsində Azərbaycanın döylpt müstəqilliyi əbədilik qazanıbdır. Əlbəttə ki, bu dahi şəxsiyyətin xalqımızın səadəti yolunda ayrı-ayrı sahələrdə gördüyü möhtəşəm işləri bir-bir sadalamaq tamamilə mümkün deyil. Ümumi fikirlə onu qeyd edə bilərik ki, onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyatımızın elə bir sahəsi yoxdur ki, orada inkişaf və tərəqqi olmasın. Onun hakimiyyəti illərində ölkəmizdə demokratiya, insan hüquqlarının qorunması istiqamətində siyasi, iqtisadi, mədəni və digər sahələrinin hərtərəfli inkişafının təmin edilməsində, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətlə həll edilməsi, bütövlükdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi yolunda qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Bu gün hamımız böyük qürur hissi ilə yaşayır və işləyirik ki, ulu öndərimizin əsasını qoyduğu siyasi kurs, onun layiqli varisi Azərbaycanın və regionun yeni, qətiyyətli və iradəli lideri dövlət başçısı İlham Əliyev tərəfindən qloballaşan və mürəkkəbləşən beynəlxalq müstəvidə müasir tələb və yanaşma keyfiyyətlə davam etdirilir. Prezident İlham Əliyev dövlət rəhbərliyində olduğu bu illər ərzində çox böyük inki-şafa nail olub, Azərbaycan ən qüdrətli dövlətlərdən birinə çevrilibdir. Özünün yeni inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş Azərbaycan həm daxili və həm də xarici siyasətdə qlobal nailiyyətlər qazanmaqdadır. Xalqımızın güzəranı da ilbəil yaxşılaşmaqdadır. Sosial qayğıya ehtiyacı olanlar, aztəminatlı ailələrə diqqət həmişə ön plana çəkilir. Gözdən əlillərin problemlərinin həlli istiqamətində dövlət səviyyəsində mühüm işlər həyata keçirilir. Bunun sayəsində də bu qəbildən insanların ictimai həyata reabilitasiya olunmasında təqdirəlayiq mühit formalaşmaqdadır. Bu sahədə dövlət başçısı tərəfindən qəbul edilən və uğurla icra olunan məqsədyönlü prbdfämlariri effektli nəticelər iverəcəyinə inanırıq. Gözdən Əlillər Cəmiyyəti ictimai qurum kimi bu işlərdə üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirməyə çalışacaqdır.

 

 

Səmiyar ABDULLAYEV

 

Respublika.- 2010.- 6 may.- S. 6.