Bakı Dövlət
Universitetində konfrans
Bakı Dövlət
Universitetnin Elmi Kitabxanasında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə "Azərbaycan
ali məktəb kitabxanalarının informasiyalaşdırılmasının
müasir vəziyyəti"
mövzusunda keçirilən
Respublika Konfransı günün tələbindən
doğan bir toplantı idi.
Konfransı açan
Əməkdar elm xadimi,
professor Abuzər Xələfov
giriş sözündə
mövcud informasiya cəmiy-yəti və kitabxana işi haqqında məlumat verdikdən sonra toplantıya dəvət olunmuş universitetin elmi işlər üzrə prorektoru İsmayıl Əliyev Konfrans iştirakçılarını
universitetin rektoru, akademik Abel Məhərrəmovun
adından salamladı
və konfransın işinə uğur dilədi. O, qlobal cəmiyyətdə kitabxana
və kitabxanaçıların
zəhmətini yüksək
qiymətləndirərək vurğuladı ki, yaranan hər bir əsər kitabxanaçının ağır
zəhməti bahasına
əmələ gələn
elmi işdir. Alim bir əsər yazır, bununla da işini bitmiş
bilir. Kitabxanaçı
isə bu elmi işi sistemləşdirir,
dünya informasiya şəbəkəsinə daxil
edir və bununla da Azərbaycan
elmindən Açıq
informasiya Cəmiyyətinin
hər bir üzvünün istifadəsinə
imkan yaradır.
BDU-nun Elmi
Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi Sara İbrahimova
"Azərbaycan ali məktəb kitabxanalarının
informasiyalaşdırılması vəziyyəti və vəzifələrimiz" mövzusunda
maraqlı məruzə
ilə çıxış
etdi. S.İbrahimova vurğuladı ki, yeni informasiya texnologiyalarının tətbiqi
və tədrisin yeni formalarının meydana gəlməsi ali məktəb kitabxanaları qarşısında
informasiya vasitələrindən
imtifadə edilməsinə
yeni yanaşma üsulu tələb edir. Hər bir kitabxananın məqsədyönlü fəaliyyətində
müasir informasiya texnologiyaları ilə təmin etmək, informasiya cəmiyyətinin
əsas vəzifələrindən
biridir. Məruzədə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı
"Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"
və "Ali təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramı"ndan irəli
gələn tələblər,
xüsusən də kitabxana-informasiya resurslarının
dünya məkanına
inteqrasiya edilməsi, beynəlxalq təcrübənin
öyrənilməsi və
tətbiqi, müəssisələrarası
koordinasiyanın yaranması
qeyd olunmuş, həyata keçırılən
tədbirlər və
qarşıda həllini
gözləyən günün
vacib məsələləri
qeyd olunmuşdur.
Məruzədən sonra kitabxananın saytı nümayiş etdirildi.
Daha sonra fəlsəfə doktoru, kitabxananın kompyuterləşdirilməsi
elmi-tədqiqat laboratoriyasının
aparıcı elmi işçisi Elçin Məmmədov "Azərbaycan
ali məktəb kitabxanalarının kompyuterləşdirilməsinin
proqram təminatı",
kitabxanının kompyuterləşdirilməsi
elmi-tədqiqat laboratoriyasının
kiçik elmi işçisi Aygun Hü-seynova, "Elektron kitabxanaların yaradılması
metodikası" mövzusundakı
məruzələrində kitabxanada
görülən işlərin
elmi və praktik əsasını qeyd etdilər.
Məruzələrdən sonra Dillər Universiteti Kitabxanasının direktoru
Ə.ƏIiyev, Politexnik
Universiteti Kitabxanasının
direktoru N.Xələfova,
Tibb Universiteti Kitabxanasının direktoru
M.Novruzov, Slavyan Univesiteti Kitabxanasının
direktoru S.ƏIiyeva çıxış etdilər.
Sevil SULTAN
Respublika.- 2010.- 6 may.- S. 6.