Bacarıqlı həkim, sadə
insan
Kənd həkimlərimiz
Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli
həkimlərimiz xalq
arasında həmişə
nüfuz, hörmət
sahibi olublar, Belə "ağ xalatlılar" mızın
fədakarlılığı ilə hər gün neçə-neçə
insan həyata qayıdır.
Qusarda əhalinin sağlamlığının
keşiyində vicdanla,
şərəflə duran,
onlara canla-başla xidmət edən bacarıqlı həkimlər
çoxdur. Belələrindən biri Samur qəsəbə sahə xəstəxanasının baş
həkimi Nəriman Osmanovdur. Onun haqqında ilk xoş
kəlmələri rayon mərkəzi
xəstəxanasının baş həkimi ikram iskəndərovdan eşitdik. Baş həkim söylədi
ki, Nəriman Osmanov 30 ildən çoxdur ki, bu şərəfli sənətin sahibidir, insanların sağlamlığı
ilə məşğuldur.
O, həm yaxşı
həkim, həm də sadə insandır. Rəhbərlik etdiyi xəstəxana
Samur qəsəbəsi
və ətraf kəndlərin əhalisinə
nümunəvi tibbi xidmət göstərir.
Ərazidə neçə illərdir
ki, uşaq ölümü halları
aradan qaldırılıb.
Əhali
arasında kəskin yoluxucu xəstəliklərə
tutulmalar müşahidə
olunmur. Nəriman həkimin təşkilatçılığı
və xüsusi səyi nəticəsində
bu xəstəxananın
tibbi göstəriciləri
həmişə yüksək
olur. Onun əməyi dovlət
tərəfindən yüksək
qiymətləndirilib. 2007-ci ildə "Respublikanın
əməkdar həkimi"
fəxri adına
layiq görülmüşdür.
Nəriman Osmanov mükəmməl tibbi təhsil alıb. Əwəlcə Bakı 2 nömrəli
tibb texnikumunu fərqlənmə diplornu
ilə, sonra Dağıstan Dövlət
Tibb Akademiyasının
müalicə-profilaktika fakültəsini
bitirib. Rayonun Şirvanoka, Yuxarı
Tahircal kəndlərində,
Xaçmaz rayon xəstəxanasında
çalışıb, Böyük
Tibb mərkəzlərindən
dəvət alsa da öz doğma
kəndində qalıb
işləməyi üstün
tutub. O, 1997-ci ilin
iyul ayından bu günə kimi qəsəbə sahə xəstəxanasına
rəhbərlik edir.
Rayon mərkəzindən 40 kilometr
aralıda yerləşən
Samur sahə xəstəxanası eyni zamanda Yuxarı Zexur, Qullar, Aşağı Tahircal kəndlərini əhatə
edib. Bu kəndlərdə
ümumilikdə 4000-dən çox əhali yaşayır. Nəriman həkim
və onun həmkarlarının səyi
nəticəsində tibbi
xidmətin səviyyəsi
yüksəlmiş, əhali
arasında profilaktik tədbirlər genişlənmişdır.
Burada difteriya, göy öskürək, tetanus,
hepatit, poliomelit və vərəmə qarşı peyvəndləmə
işləri bir qayda olaraq vaxtında
aparılır.
Xəstəxanada stasionar xidmət də yaxşı təşkil olunmuşdur. Təkcə
ötən il
burada 80 nəfər xəstə müalicə
olunmuşdur. Xəstəxanada yaxşı şərait,
səliqə-səhman yaradılığından
xəstələr başqa
yerlərə üz tutmurlar. Ancaq ağır xəstələr
yollayışla mərkəzi
xəstəxanaya göndərilir.
Nəriman həkim deyir
ki, bir çox
müayinələri burada
apara bilirik. Bu yaxınlarda xəstəxanamız
ultrasəs müayinə
avdanlığının (UZİ) alınmasına da nail olacaqdır. Nəticədə aparılan müayinələrin
keyfiyyəti yuksələcəkdir.
Nəriman həkim daim öz üzərində çalışır, mütaliə
edir, müasir tibbi biliklərə yiyələnir. Yeni-yeni mü-alicə üsullarını
bacanqla tətbiq etməyə çalışır.
Həmişə də narahatdır,
harasa tələsir.
Tələsir ki, xəstələrin
imdadına tez çatsın, insanların
itirilmiş sağlamlığını,
həyat ritmini daha tez bərpa
etsin.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2010.- 6 may.- S. 6.