Gənclərin müdrik rəhbəri

 

Son illər Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət keyfıyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. iqtisadi inkişafın artım sürətinə görə Azərbaycan dünyada lider mövqeyə çıxmış bu tendensiyanı qoruyub saxlamaqdadır. Bütün bunlar ona imkan verir ki, quruculuq işləri, infrastruktur layihələri, sosial məsələlərin həlli daha sürətlə aparılsın.

Bu gün müstəqil Azərbaycan Respublikası əhalisinin yarıdan çoxunu gənclər təşkil edir. Gənclik isə insan həyatının ən parlaq, ən qaynar çağlarını əhatə edir. Bu baxımdan ölkəmizdə bütün sahələrdə son illər qazanılan uğurlarda, sosial-iqtisadi sferanın dinamik templə inkişaf etdirilməsində gənclərin rolu müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımızın iradəsi israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkə həyatının digər sahələri kimi, gənclərin mənəvi fiziki inkişafına, eləcə onların dövlət quruculuğu prosesinə geniş cəlb olunmasına da xüsusi önəm verilmiş bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir.

Bu günlərdə anadan olmasının 87-ci ildönümünü qeyd etdiyimiz xalqımızın qəhrəman unudulmaz oğlu, dünya şöhrətli siyasətçi imicini qazanmış Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə gənc nəslin təlim-tərbiyəsinə, onların problemlərinin həllinə, fiziki sağlamlığına, təhsilinə, mədəni səviyyəsinin yüksəlməsinə daim diqqət qayğı göstərmişdir. O dövrdə yüzlərlə azərbaycanlı gəncin İttifaqın ən məşhur ali məktəblərinə oxumağa göndərilməsi, təhsilini başa vurduqdan sonra qayıdıb doğma respublikada çalışmaları danılmaz faktdır, bu xidmət birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövrünün ilk illərində bu böyük insan ölkədəki siyasi, iqtisadi xaosun hökm sürdüyü bir vaxtda mövcud vəziyyəti sabitləşdirməklə yanaşı, Azərbaycan gəncliyini yenə diqqət mərkəzinə gətirdi.

Dahi öndərimiz Azərbaycan gəncliyinin qarşısında böyük vəzifələr qoymaqla yanaşı, həm onlara xüsusi diqqət yetirirdi. Hələ 1993-cü ildə ümummilli liderin ölkə gənclərinin qabaqcıl nümayəndələri ilə görüşüb onlarla geniş fikir mübadiləsi aparması gənclər arasında böyük ruh yüksəkliyi yaratmışdı. Bundan sonra ardıcıl olaraq müstəqil respublikamızda qəbul edilmiş qanunlar dövlət proqramları, bütün sahələrdə həyata keçirilən islahatlar cəmiyyətin önəmli bir hissəsi olan gənclərin hər sahədə rolunun artmasına, onların dövlət quruculuğu işlərinə cəlb edilməsinə ictimai-siyasi fəallıqlarının yüksəlməsinə böyük təsir göstərmişdir. Gənc nəslə diqqət qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi ön plana çəkilmişdir.

1994-cü il iyul ayının 26-da dövlət başçısının fərmanı ilə Gənclər idman Nazirliyinin yaradılması deyilənlərin barız nümunəsidir. Nazirliyin fəaliyyətə başlaması ilə gənclərin sosial, fiziki, mənəvi intellektual inkişafına, problemlərinin həllinə hüquqlarının müdafiəsinə kömək göstərmək, onların imkan bacarıqlarının üzə çıxarılması üçün şərait yaradılması yeni strukturun prioritet vəzifəsinə çevrilmişdir. Qarşıya qoyulan vəzifələrin reallaşdırılması, gənclər siyasətinin həyata keçirilməsi üçün dövlət mühüm addımlar atılmışdır.

Nəhayət, ümummilli liderin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də müstəqil Azərbaycan gənclərinin I forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq bu tarix ölkəmizdə "Gənclər günü" kimi qeyd olunmağa başlanmışdır. Gənclərin II forumu 1999-cu ildə, III forumu 2003-cü ildə keçirilmiş, 29 iyul 1999-cu il tarixdə "Dövlət gənclər siyasəti haqqında" dövlət başçısı tərəfındən fərman imzalanmışdır. Milli Məclisdə isə müxtəlif vaxtlarda "Gənclər siyasəti haqqında", "Uşaq hüquqları haqqında", "Bədən tərbiyəsi idman haqqında" qanunlar sair hüquqi sənədlər qəbul olunmuşdur. Bundan başqa, yeniyetmə gənclərin mövcud sosial problemlərinin həlli istiqamətində hazırlanmış "Gənc ailə", "Gənclərdə vətənpərvərlik vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı" proqramlar böyük əhəmiyyət kəsb etmişdir. Bütün bunlar müasir Azərbaycan gəncinin daha dərin biliyə, bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, milli dəyərlərimizi qorumağa, ənənələrimizin tarixini yaxşı bilməyə, demokratik dünyagörüşünün formalaşmasına xidmət etmişdir.

Böyük öndərimiz demişdir: "Gəncliyin inkişafı cəmiyyətimizin inkişafıdır, milli-mənəvi dəyərlər hər bir gəncin şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. Bu gün Azərbaycan gəncliyi yeni inkişaf dövrünü yaşayır hər sahədə öz sözünü deyir. Biz gənclərin lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin hər sahədə başladığı strategiyanı uğurla davam etdirir. Dövlət başçımızın gənclərə diqqət qayğısı hər gün özünü göstərir yeni dövrün tələbinə uyğun inkişaf etdirilir. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsi gənclərimizin beynəlxalq miqyaslı idman yarışlarında öz sözlərini demələrinə yeni təkan vermişdir. idman tumirlərində qazanılan qələbələr buna sübutdur. Gənclərin 2005-ci ildə III, 2009-cu ildə IV ümumrespublika toplantılarının keçirilməsi, 2005-ci ilin avqustunda "Dövlət Gənclər siyasəti haqqında" (2005-2009-cu illər) proqramın qəbulu, 2007-ci ilin Azərbaycanda "Gənclər ili" kimi elan olunması Prezident İlham Əliyevin öz fəaliyyətində gənclər siyasətini prioritet elan etməsinin göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin idarəçilik dövlətçilik, həyat məktəbi, xalqımıza ərməğan etdiyi zəngin irsi bu gün olduğu kimi, gələcək nəsillər tərəfindən hər zaman araşdırılacaq öyrəniləcəkdir.

 

 

Anar HÜSEYNOV

 

Respublika.- 2010.- 7 may.- S. 7.