Lerik : nəzərdə tutulmuş vəzifələr uğurla icra olunmuşdur

 

İlin birinci rübünün yekunları müzakirə olunur

 

Rayon icra hakimiyyətində cari ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı söhbət açılmışdır. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov hesabat məruzəsilə çıxış etmiş, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi nitqində irəli sürülmüş vəzifələrlə əlaqədar demişdir:

— Respublikamızda uğurla həyata keçirilən irimiqyaslı layihələr ucqar dağ rayonu olan Lerikin də sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İlin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında artım müşahidə olunur.

Ümumi məhsulun həcmi 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,5 faiz, pullu xidmətlər 17,5 və təmir-ti-kinti işləri 11 faiz artmışdır. Əhalinin orta aylıq nominal əmək haqqı 10,7 manat artaraq 231,7 manata, əhalinin gəlirləri 3,7 faiz artaraq 14718,9 min manata çatmışdır. Gəlirlərlə yanaşı əhalinin xərcləri də 213,8 min manat artaraq 13482,9 min manat olmuşdur.

Kənd təsərrüfatı rayonun iqtisadiyyatınin əsasını təşkil edir. Heyvandarlıq sürətlə inkişaf etdirilərək gəlirli sahəyə çevrilmişdir. Ötən dövrdə 208 baş heyvanda süni mayalanma aparılaraq 56 sağlam bala alınmışdır. Görülmüş kompleks tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın sayı 36828 ba-şa, qoyun və keçilərin sayı 129694 başa çatdırılmışdır. Təsərrüfatlarda diri çəkidə 756,6 ton ət, 3239,5 litr süd, 80,5 min ədəd yumurta istehsal oluhmuşdur.

2008-ci ildə fermerlər tərəfindən 1,9 min hektarda buğda əkini aparılmışdırsa, bu il əkin sahələri genişləndirilərək 2,8 min hektara çatdırılmışdın Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olmuşdur. Məhsul istehsalçıları 2009-cu ilin payızında cari ilin məhsulu üçün 2462 hektar sahədə əkin aparmışlar.

İlin ilk günlərində və fevral, mart aylarında baş verən təbii fəlakət rayonun elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Preziden-tinin 14 sentyabr 2005-ci il tarixli 1001 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndiriiməsinə dair Tədbirlər Planınıda rayonun elektrik xətlərinin təmiri və 110 kilovoltluq yeni elektrik hava xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyəti tərəfindən 110 kilovoltluq elektrik stansiyasmın tikintisi üçün torpaq sahəsi ayrılmış, xəttin keçəcəyi istiqamət müəyyənləşdirilmiş, layihə-smeta sənədləri hazırlanaraq "Azərenerji" ASC-yə təqdim edilmişdir. Əhaliyə fasiləsiz enerji verilişini təmin etmək üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi çox vacibdir. Artıq Lerik şəhərində elektrik xətlərinin dəyişdirilməsinə başlanılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələr ardıcıl həyata keçirilir. İlin birinci rübündə rayonda 629 yeni iş yeri açılmışdır. Aparılan tikinti, abadlıq, quruculuq işlərilə əlaqədar 212 nəfər daimi işlə təmin edilmişdir.

Lənkəran-Lerik yolu boyunca turizm mərkəzlərində iş davam etdirilmiş, yeni kotteclər, istirahət meydançaları tikilmişdir. İstirahət mərkəzlərində eyni zamanda 600 turistin dincəlməsi üçün lazımi şərait yaradılmışdır. Lerik-Lənkəran yolunun 36-cı kilometrliyində "Cənub", Bilnə kəndində "Şəfa", Qosmalian kəndində "Relax" turizm istirahət mərkəzinin tikintisi davam etdirilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının tikintisində son tamamlanma işləri aparılır.

Lənkəran-Lerik magistral yolu boyunca və digər yolların kənarlarında 5048 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Rayon meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən  102 minə yaxın müxtəlif növ ağaclar əkilmiş, yeni meşə zolaqları salınmışdır. "Ekologiya ili" çərçivəsində rayon ərazisində 10 mindən çox ağac əkilmişdir. Ağacəkmə kampaniyası davam etdirilir.

"Kapitalbank"ın və "Poyalbank"ın rayon filialları, "FİNKA" kredit təşkilatı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə kreditlərin verilməsini davam etdirmişdir. Artıq sahibkarlara 1 milyon manata yaxın kredit verilmişdir. "Kapitalbank"ın rayon filialı tərəfindən kiçik biznesin təşkili üçün kreditlərin aşağı faizlə verilməsi razılıqla qarşılanmışdır.

Rayon icra hakimiyyəti başçısının və rayonun digər rəhbər işçilərinin iştirakı ilə keçirilən səyyari qəbullar və görüşlər əhalinin irəli sürdüyü təkliflərin, sosial problemlərin həllinə şərait yaratmışdır. Keçirilən görüş və qəbullarda kəndara yolların, elektrik hava xətlərinin əsaslı təmiri, ərazilərdə yeni məktəblərin, tibb müəssisələrinin, rabitə şöbələrinin, mədəniyyət obyektlərinin tikintisi, köhnə ATS-lərin yeni tipli elektron ATS-lərlə əvəzlənməsi, yaşayış məntəqələrinə qaz, su xətlərinin çəkilişi və digər məsələlər barədə fikirlər səslənmişdir. Qaldırılan problemlərin, verilmiş təkliflərin icrasını vaxtında təmin etmək üçün görüləcək işlərə dair tədbirlər planı hazırlanmışdır.

Yığıncaqda rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Nəciməli Kərimov, statistika idarəsinin rəisi Ədail Məmmədov, DSMF rayon şöbəsinin müdiri Təzəxan Məmjyey, Lerik bələdiyyəsinin sədri Hüseynağa Şahıyev çıxış: etmiş, görülmüş işlər barədə danışmışlar.

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2010.- 7 may.- S. 10.