Goranboy :
rübün fərəhli yekunları
Azərbaycan
Respublıkasının Prezidenti ilham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübündə
sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş
iclasında ölkə başçısının nitqindən
irəli gələn vəzifələrlə bağlı
Goranboy rayonunda fəallar yığıncağı
keçirilmişdir.
Goranboy Rayon İcra
hakimiyyətinin başçısı Nizaməddin Quliyev fəallar
yığıncağını açaraq cari ilin ilk
rübündə qazanılmış uğurlardan
danışmışdır. RİH başçısı
bildirmişdir ki, Goranboy özünün sosial-iqtisadi
inkişafı ilə ölkənin bugünkü tərəqqisi
ilə həmahəng irəliləməkdədir. Tikinti,
abadlıq, təmir və yenidənqurma işlərinə diqqətin
artırılması nəticəsində rayon mərkəzinin
görkəmi xeyli dəyişmiş və gözəlləşmişdir.
Qısa müddətdə görülən işlər, həyata
keçirilən tədbirlər onu sübut edir ki, insan əlinin
qüdrəti hər şeyə qadirdir.
Fəallar
yığıncağında qeyd edilmişdir ki, iqlimin
qeyri-sabit keçməsinə baxmayaraq, Goranboy əhalisi əsl
əmək nümunələri göstərərək
qarşıda duran vəzifələri müvəffəqiyyətlə
yerinə yetirmişdir. Rayon ərazisində aparılan
genişmiqyaslı abadlıq-quruculuq işləri davam
etdirilmişdir. Bu məqsədlə Goranboy şəhərinin
bəzi küçələrinə ümumi uzunluğu 600
metr olmaqla 3600 kvadratmetr asfalt örtüyü
salınmış, Kəpənəkçi kəndinin daxilində
3 kilometr yol çınqıl örtüklə əsaslı
təmir edilmişdir. Goranboy şəhərinə Goran istiqamətindən
gələn yolun girişində giriş qapısı inşa
edilmiş, yolun 150 metr hissəsinə 1950 kubmetr torpaq
daşınaraq yaşıllıq zolağının
salınmasına hazırlanmışdır. Cəfər
Cabbarlı küçəsində yol təxminən 2 metr
genişləndirilmiş, yolun hər iki tərəfinə
1380 metr yeni bardür qoyulmuş, yol kənarına ağaclar əkilmişdir.
Cəfər Cabbarlı küçəsi ilə Vüqar
Bayramov küçəsindəki kəsişmədə şəhərin
memarlığına xüsusi yaraşıq verən yol dairəsinin
tikintisində son işlər aparılır. Həmin yol dairəsindən
Goran istiqamətində gedən yolun 450 metr hissəsinə
2600 kubmetr torpaq daşınmış, 250 metr yeni
kanalizasiya xətti çəkilmiş, Vüqar Bayramov kuçəsi
müasır üslubda qurularaq iki tərəfli hərəkət
təmin edilmiş iki yolun mərkəzində 2200 metr
bardür qoyularaq yaşıllıq zolağı
salınmış, müasir üslublu işıqlandırma
sistemi qurulmuşdur.
Qeyd olunmuşdur ki, istər
AZKİL layihəsi, istərsə də BP sərmayə
qoyuluşu proqramı çərçivəsində həyata
keçirilən layihələri udmaq üçün müəyyən
şərtlərə əməl olunmalıdır. Bu şərtlərdən
ən başlıcəsı icmanın
formalaşmasıdır. İcma qruplaşmasına daxil
edilmiş insanlar, necə deyərlər, layihəni udmaq
üçün bütün əziyyətlərə
qatlaşmalıdır. Ən əsası isə əhali ilə
söhbət aparmaq, bu layihənin prinsiplərini onlara
düzgün çatdırmaqdan ibarətdir. Hansı icma
qruplaşmasında mübahisə və ya
anlaşılmazlıq yarsa, qeyri-hökumət təşkilatları
bunu dərhal hiss edir və həmin layihənin yerinə
yetirilməsindən yan keçirlər. Bu cür vəziyyət
Fəxralı icması ilə AZ-KİL təşkilatı
arasında baş vermişdir.
RİH
başçısının tapşırığı əsasında
layihə rəhbərliyi ilə görüşdən sonra
onlar bu sahəyə olan diqqət və qəyğını əsas
götürərək layihənin icrasına razılıq
verdilər.
BP sosial sərmayə
qoyuluşu proqramı çərçivəsində
Qazanbulaq qəsəbəsi, Nadirkənd, Yolpaq və Qurbanzadə
kəndlərinin hər birində sahəsi 135 kvadratmetr olan 5 ədəd
istixananın tikintisi planlaşdırılır. Bu səmərəli
layihələrdən təkcə 4 yaşayış məntəqəsi
deyil, neft kəməri keçən digər 9 kənd də
yararlanmalıdır.
Ötən rüb ərzində
rayonun xidmət təşkilatları tərəfindən əhaliyə
göstərilən xidmətin keyfiyyətinin
yaxşılaşdırılması, ödənişlərin
tam apərılması da daim diqqət mərkəzində
saxlanılmışdır. Ötən ayın yekununa görə
istehlak edilmiş qaza görə ödəniş 107 faiz,
ümumi ödəniş isə 104 faiz təşkil
etmişdir. Rübün yekununa görə isə əhəlidən
ödəniş 100 faiz, ümumi ödəniş isə 96
faiz olmuşdur. Təbii ki, Ödənişin bu cür
olması rayon icra hakimiyyəti tərəfindən
aparılmış ardıcıl tədbirlər və qaz təsərrüfatının
rəhbər-liyinin təşəbbüskarlığı nəticəsində
əl-də edilmişdir. Qaz təsərrüfatında təchizat
sahəsındə də ötən 3 ay ərzır xeyli
işlər görülmüşdür. Belə ki, Ci Boluslu
kəndinə təbii qazın verilm istiqamətində işlər
davam etdirilrr Goranboy şəhərinin 3, Dəliməmmədli
şəhərinin 4 küçəsində yeraltı xəttlərin
yerüstü qaz xətləri
ilə dəyişdirilməsinə, Goranboy şəhərindən
Yuxarı Ağcakəndədək 38 kilometr uzun ğunda yeni
qaz xəttinin çəkilişiı
başlanmışdır. İlin sonunadək qaz xəttinin
tikintisi başa çatmaqla Aşağı və Yuxarı Ağcakəndə,
Börü, Yenikər və Meşəliyə təbii
qazın verilməsi təmin ediləcəkdir. Qaz xəttinə
Abba qulular və Səfikürd kəndlərinin də
qoşulması nəzərdə tutulur ki, bu da həmin kəndlərin
qaz təchizatının dah da
yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Yaxın gələcəkdə Tatarlı, Qarqucaq, Zeyvə,
Şəfəq və digər kəms boyu kəndlərin də
həmin qaz xəttin qoşulması nəzərdə tutulur.
Ötən rüb ərzində
əhali və qeyr əhali abonentlərinin su təchizatınıı
səviyyəsi və ödənişlərin
aparılması qənaətbəxş olmuşdur. Əhali tərəfin
dən ödənişlər 94,6 faiz təşkil
etmişdir.
Nazirlər Kabinetinin
iclasında cənab Prezident keyfiyyətsiz mallarır
satılmasına ciddi qadağa qoyulması bu məsələyə
nəzarətin gücləndirilməsi ilə bağlı
ciddi tapşırıq vermiş qeyd etmişdir ki, belə mallardan
zə-hərlənmə halları baş verir və insanlar o
işləri görənlərin ucbatından əziyyət
çəkirlər.
Toplantıda göstərilmişdir
ki, rayonda ticarət qaydalarının, sanitariya
normalarının pozulması hallarının aradan
qaldırılması üçün ciddi tədbirlər
görülmüşdür. Bu istiqamətdə iş davam
edir.
13 saylı ərazi
Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi
Nəriman Gülüşov, DSMF rayon şöbəsinin
müdiri.Eyvaz Nəcəfov, rayon Ağsaqqallar
Şurasının sədri Məzahir Zeynalov, GEM-in direktoru
Rauf Dadaşov və Goranboy bələdiyyəsinin sədri
Oruc Şirinov tədbirdə çıxış etmişlər.
Vəli İLYASOV
Respublika.- 2010.- 7 may.- S. 10.