Dövlətçiliyimizin memarı
"Tarixdə elə dühalar yetişib ki, onlara nəinki
təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti
nəsib olub. Ümummilli liderimiz
Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya
siyasətinin mahir bilicisi idi. Müstəqil dövlətimizin təşəkkül tapmasında,
şübhəsiz ki,
ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər
Əliyevə məxsus
olmuşdur. Onun xalqımızın
ümdə arzularının
gerçəkləşməsindəki rolu danılmazdır.
Bugünkü azad və suveren respublikamız ulu öndərimizin şah əsəridir.
Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi
Heydər Əliyevin titanik fəaliyyəti və adı ilə
bağlıdır. Çünki o
böyük insan bütün həyatı boyu Azərbaycan
xalqının inkişafı və tərəqqisi naminə
mübarizə aparmış, onu taleyin sınaqlarından məharətlə
çıxarmışdır.
Tarix ulu öndərimiz
Heydər Əliyev kimi dahi insanları yüz ildən, bəlkə
də min ildən bir yetirir. Bu dahi insanın
ölkəmizə rəhbərliyinin bütün dövrlərində
Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi
təmin edilib. Heydər Əliyev olduqca
uzaqgörən iti zəkaya, sağlam və məntiqi düşüncə tərzinə
malik bir insan idi. Ulu öndər Azərbaycan
tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət
olmuşdur. Bu dahi, müdrik insan xalqımızın
əsrlərin sınağından
çıxmış özünəməxsus milli
xüsusiyyətləri ilə yanaşı, bəşəri
düşüncələrin daşıyıcısı idi.
Dünyanın
məşhur ictimai-siyasi xadimlərinin, dövlət
adamlarının və mütəfəkkirlərinin Heydər
Əliyev haqqında söylədikləri
fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə
və çoxşaxəli dövlətçilik fəaliyyətinə
verilən yüksək qiymətin, göstərilən ehtiram
və heyranlığın ifadəsidir.
Moskva meri Yuri Lujkov "Biz
Heydər Əliyevin həm öz xalqı üçün, həm
də başqa xalqlar üçün gördüyü
bütün işləri heç vaxt unutmayacağıq",
Amerika tarixçisi O.Aldstad
"Bütün güclü şəxsiyyətlər kimi
Heydər Əliyev hamını öz arxasınca apara
bilir", professor Yəhya Taşdələn
"Heydər bəy bizim də cumhur
başqanımızdır. O bizim Atatürkümüzdür" demişlər. Ulu öndərimizin
parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən
bu sozlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və
fəxr hissi duyur.
Heydər Əliyev
dünyaya gələndə sanki xalq üçün, onun səadətə
yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin
bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə
çevrilməsi üçün çəkdiyi min bir əziyyət
onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli
liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və
mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən
etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan
qoydu. 1994-cü ildə imzalanan "Əsrin
müqaviləsi" Heydər Əliyevin uzaqgörən neft
siyasətinin ilk konturları idi. Məhz bu
müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin
Azərbaycana, burada cərəyan edən proseslərə
marağı artdı. Ölkədə
uğurlu islahatların bünövrəsi qoyuldu.
Dünya siyasətində
nəhəng şəxsiyyət olan Heydər Əliyev
qısa zaman kəsiyində ölkəmizi yetərincə
tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları
artırmışdır. Məhz ulu Öndərimizin
səyi, zəhməti sayəsində respublikamız
sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını,
ucalığını, böyüklüyünü həmişə
xatırlayacağıq. O, xalqımızın şəriksiz
lideri olmaqla yanaşı, həm də
ulu tanrının bizə bəxş etdiyi nəhəng
siyasi xadim, zamanın fövqündə dayanan dahi insan idi.
Azərbaycanın
və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Çünki
müstəqil Azərbaycan respublikası Heydər Əliyevin
şah əsəridir. Vətən təşəbbüsü,
torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və
amalı idi. Mənsub olduğu xalqına
xidmət etmək, rəhbərlik etdiyi ölkəni
dünyada layiqincə tanıtmaq, bu dahi şəxsiyyətin əsas
məqsədi olub. O, elə bir rəhbər, elə bir
dövlət başçısı idi ki, onun diqqətindən
heç bir sahə kənarda qalmırdı. O, sözün həqiqi
mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla
nəfəs alırdı. Heydər Əliyev
nurlu bir müdriklik simvoluydu.
O, adı Azərbaycanın
simvolu kimi səslənən elə parlaq günəşdir
ki, onun işıqlı ideyaları daima yaşayacaqdır. Bir sözlə, Azərbaycanı inkişaf etdirən,
ona beynəlxalq
aləmdə nüfuz qazəndıran Heydər Əliyev siyasəti
uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin
də təminatçısıdır.
Ən
sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz
ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan xalqının iradəsi ilə
ölkə Prezidenti seçilmiş cənab ilham Əliyev
milli maraqlarımızın qorunmasında, əhalinin
rifahının yaxşılaşdırılmasında qəti
və prinsipial mövqe nümayiş etdirir.
O cümlədən hər
bir vətəndaşın hüquqlarına hörmətlə
yanaşılmasının, insanlara qayğı göstərilməsinin
bütün dövlət strukturlarının
qarşısında ali məqsəd kimi
qoyulması Heydər Əliyev siyasi kursunun bu gün də
layiqincə davam etdirildiyinə əsaslı sübutdur. Ümummilli liderimizin
istək və arzularını gerçəkləşdirmək
üçün möhtərəm Prezidentimiz ilham Əliyev
möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata
keçirir. Ötən müddət ərzində
dövlət başçımızın yorulmaz fəaliyəti
nəticəsində Azərbaycan dünyanın ən dinamik
inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha
yaxşı çalışmağa ruhlandırır. Bu onu göstərir ki, Heydər Əliyevin dövlətçilik
ideyaları yaşayır və ulu öndərimizin yolu
xalqımızı yeni-yeni uğurlara, zəfərlərə
aparır.
Xalqımız
Heydər Əliyev kimi milli liderimizlə, zamanın
fövqündə dayanan dahi insanla daim öyünür, fəxr
edir, əməlləri ilə onun ideyalarını həyata
keçirməyə çalışır.
Bu yol Azərbaycanın
milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik,
sülh və əmin-amanlıq yoludur.
Hüseyn SEYİDOV
Respublika.- 2010.- 8 may.- S. 9.