Heydər Əliyev bəşəri düşüncələrlə yaşayırdı

 

1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Heydər Əliyev Azərbaycan xalqının tarixində parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik şəxsiyyət xalqının əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətlərinə malik olmaqla yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Əsası budur ki, həmin keyfiyyətlərlə sivilizasiyaların, mədəniyyətlərin, qitələrin qovuşuğunda yerləşən Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsini əks etdirirdi.

Bəşər tarixi belə dəyərlərə malik şəxsiyyəti nadir hallarda yetişdirir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə xas olan digər nadir keyfiyyət onun bir-birinə əks qütbdə dayanan müxtəlif ictimai-siyasi formasiyalarda ən yüksək idarəçilik üsuluna üstünlük verməsi idi. Heydər Əliyev bütün ömrü boyu başqa bir mühitdə yaşamışdı, təhsil almışdı, hətta sovet dövlətinin rəhbəri vəzifəsinə yüksəlmişdi.

Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət vermişlər. Azərbaycan tarixinin Heydər Əliyev epoxası 30 ildən artıqdavam etmişdir.

İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən , tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Yoxsa, fürsət itiriləcək, məhrumiyyətlər qurbanlar hədər gedəcək. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyəyə, Şarl de Qollun Fransaya etdiklərini Heydər Əliyev ən çətin məqamda vətəni xalqı naminə edib. Böyük öndərimiz Azərbaycanın dövlət müstəqilliyini yenidən əldə etməsini tarixi nailiyyət kimi qiymətləndirirdi. Onun qorunması möhkəmləndirilməsi isə qat-qat çətin mürəkkəb vəzifədir. Bu şərəfli missiyanı məhz Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin kəşməkəşli iyun günlərində xalqın xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük öndərimiz millətini bütün bəlalardan hifz edib qorudu.

Ömrümüzdən ötüb keçmişə çevrilən hər bir gün tarixə məxsusdur. Elə anlar tarixi günlər var ki, onlar yaddaşlara əbədi həkk oiunur xalqın hafizəsində silinməz iz buraxır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi həmin gün müasir tariximizə böyük qayıdış- Milli Qurtuluş günü kimi yazıl-dı. Elə bir gün ki, onun tariximizdə taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur.

Ulu öndərimiz Heydər Əliyevin 10 illik prezidentliyi dövründə gördüyü bütün işləri sadalamaq, sadəcə mümkün deyil. Yalnız onu deyə bilərik ki, demokratiya, insan hüquqlarının qorunması istiqamətində, siyasi, iqtisadi, mədəni həyatımızın digər sahələrinin sürətli dinamik inkişafının təmin edilməsində, əvvəlki iqtidarlardan bizə miras qalmış Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yolunda, əhalinin sosial müdafıəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb.

Ümummilli liderimiz Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası Azərbaycana böyük siyasi iqtisadi dividendlər gətirib. Öİkəmizin Qərbə inteqrasiyasına geniş yol açıb, bu prosesi möhkəməndirib. İndi biz bu möhtəşəm strategiyanın real nəticələrini, bəhrələrini görürük. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı demokratik Qərb dünyası ilə daha sıx birləşdirir ölkəmizə miiyardlarla dollar həcmində mənfəət gətirir.

Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir.

Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram heyranlığın ifadəsidir. Amerika tarixçisi Odri Aldstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını Öz arxasınca apara bilir", Moskvanın meri Yuri Lujkov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq", Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sa-bitlik gətirdi, Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər", ABŞ-ın keçmiş prezidenti Corc Buş "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur fə-xarət hissi duyur.

Bu gün müasir Azərbaycan özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ümummilli liderimiz tərəfindən qoyulmuşdur. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident ilham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması ümummilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Dövləti xalqa, xalqı dovlətə bağlayan da bu qarşılıqlı inam etibardır. Memarı qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

 

 

Fikrət MƏMMƏDOV

 

Respublika.- 2010.- 8 may.- S. 9.