Dünya siyasətinin bənzərsiz lideri

 

Dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik cəmiyyətin tam formalaşması istiqamətində uğurlu siyasət yeridən Azərbaycan hərtərəfli sürətli inkişaf yolundadır. Dünya şöhrətli siyasətçi, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev müstəqil dövlətimizi sarsılmaz, yenilməz, möhkəm təməl üzərində qurmuşdur. Onun müəyyənləşdirdiyi, respublikamızın hərtərəfli, uzunmüddətli inkişafını təmin edən sosial-iqtisadi, daxili xarici siyasəti, eləcə bütün sahələrdə aparılan köklü islahatlar öz bəhrəsini verir. Olkəmi-zin iqtisadi yüksəlişi əhalinin həyat şəraitinin yaxşılaşmasına səbəb olan əsas amillərdəndir.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", —deyən ulu öndərimiz bütün sahələrdə uğurlu nəticələr əldə etmək üçün, ilk növbədə, iqtisadiyyatın inkişaf etdirilməsini zəruri sayırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev dövlətin necə idarə olunmasını, inkişaf etdirilməsini, bir sözlə, arzulanan nəticələrə nail olmağın yollarını hamıdan yaxşı bilirdi.

1993-cü ildə xalq tərəfindən yenidən siyasi hakimiyyətə dəvət olunması, dövlətin ona etibar edilməsi təsadüfi deyildi. O dövrdə ölkədə vəziyyət olduqca ağır idi, dövlətçiliyimiz böyük təhlükələrlə üzləşmişdi, Azərbaycanın parçalanma ehtimalı getdikcə artırdı. Digər tərəfdən dövlət idarəçiliyi sahəsində yeni mexanizmin hazırlanaraq həyata keçirilməsi zərurəti yaranmışdı. O vaxtkı iqtidar bunların heç birini yerinə yetirmək gücündə deyildi, iqtidarın öz şəxsi mənafelərini dövlətin, xalqın maraqlarından üstün tutmaları, dövlətçilik, idarəçilik təcrübələri olmaması Azərbaycanı ciddi böhranla üz-üzə qoymuşdu. Ölkə vətəndaşlarının təhlükəsizliyi, hüquq azadlıqları təmin edilmirdi. İnsanlar çox çətin vəziyyətdə yaşayırdılar. Qeyri-qanuni silahlı dəstələrin cinayətkar əməlləri xalqı bezdirmiş, insanların gələcəyə olan ümidini puç etmişdi. Belə bir çətin vəziyyətdə gələcəyə nikbin baxmaq mümkün deyildi.

Amma xalqın qəlbində bir ümid çırağı yanırdı. Təkcə azərbaycanlılar deyil, bütün dünya xalqları bilirdilər ki, Heydər Əliyev kimi bir lideri olan millət yenilməz. Ona görə müdrik xalqımız qəti qərarını verdi.

Uzun illər xalqa sədaqətlə xidmət edən Heydər Əliyev xalqın bu ağır vəziyyətinə biganə qala bilməzdi. Böyük zəhmətlər bahasına hərtərəfli inkişafına nail olduğu respublikamızın ağır vəziyyətə düşməsi onu narahat edirdi.

1993-cü ilin iyun ayında Heydər Əliyev Azərbaycana rəhbərlik etmək missiyasını öz üzərinə götürdü. Zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəçilik, təşkilatçılıq qabiliyyətinə malik olan Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə hər şeydən öncə sabitlik yaradılmalıdır. Əks halda, hər hansı sahədə uğur qazanmaq, respublikanı inkişaf etdirmək mümkün deyil. Ümummilli liderimiz bu yolda dönməz mübarizə apardı, bütün maneələri dəf etdi, Azərbaycanı dəhşətlərdən, faciələrdən, müsibətlərdən xilas etmək üçün hətta öz həyatını təhlükələrlə üz-üzə qoydu. Böyük zəhmətlər bahasına ölkədə güclü, davamlı sabitlik yarandı.

Bununla da böyük uğurların, Azərbaycanın hərtərəfli inkişafının təməli qoyuldu. illər ötdükcə Azərbaycanın inkişafı, dünyaya inteqrasiyası sürətləndi. Bütün sahələrdə müsbət dəyişikliklər baş verdi. Heydər Əliyevin rəhbərliyi, gördüyü işlər sayəsində ölkəmiz tənəzzüldən tərəqqi, intibah dövrünə qədəm qoydu. 10 il müstəqil dövlətimizə rəhbərlik edən Heydər Əliyev bu illər ərzində Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına yüksəltdi.

Bu gün ölkəmizin qazandığı uğurlar həmin dövrdə əldə olunan nailiyyətlərin davamıdır. Fenomen şəxsiyyət, dünya siyasətinin şərisiz lideri Heydər Əliyevin yolu, siyasəti indi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfdən uğurla davam inkişaf etdihlir, onun ideyaları gerçəkləşir.

Hər dövrün öz tələbi var. Günbəgün müasirləşən dünyada zamanın nəbzini tutmaq dövlət rəhbərləri üçün ən vacib şərtlərdən hesab olunur. Bu bacarığına görə cənab İlham Əliyev dünya siyasətçiləri arasında fərqlənir. Onun rəhbərliyi ilə son 6 ildə ölkəmizdə görülən işlərə nəzər salsaq, görərik ki, Azərbaycanda çox böyük işlər görülüb, nəhəng iqtisadi layihələr həyata keçirilib. Bu layihələr təkcə büdcənin zənginləşməsi, ölkəmizin hərtərəfli inkişafı üçün ayrı-ayrı sahələrin dirçəldilməsinə yönəlmiş maliyyə xərclərinin ayrılması demək deyil. Bu həm Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, dünyada söz sahibinə çevrilməsi, etibarlı tərəfdaş, təhlükəsiz ölkə kimi tanınmasıdır. Azərbaycan dünyada müstəqil siyasət yeritməklə öz mövqeyini daha da möhkəmləndirmişdir.

Bütün bunlar Prezident İlham Əliyevin böyük siyasətçi olduğunu, xalqa, dövlətə sədaqətlə xidmət etməsinin bariz nümunəsidir.

 

 

Həcər HEYDƏROVA

 

Respublika.- 2010.- 8 may.- S. 9.