İstedadlı general
Nəsillərə nümunə
Bu il may ayının
9-da faşist Almaniyası üzərində qələbənin
65 illiyi tamam olacaqdır. Qələbənin
ildönümü bütün tərəqqipərvər bəşəriyyətin
həyatında mühüm hadisə kimi anılacaq və
ümumxalq bayramı kimi qeyd ediləcəkdir.
Məlum olduğu kimi,
dünyada bu vaxta qədər 14 mindən artıq müharibə
baş vermiş və təxminən 4,5 milyarddan çox adam
həlak olmuşdur. Statistik məlumatlar təsdiq edir ki, son
5.500 ildən yalnız 294-ü müharibəsiz
keçmişdir. Təkcə faşist Almaniyasının
törətdiyi ikinci Dünya müharibəsi 55 milyon
insanın həyatı bahasına başa gəlmişdir. O
qanlı-qadalı müharibədən sovetlər ölkəsi
çox ağır vəziyyətdə
çıxmışdır. Belə ki, faşist
Almaniyasının qaniçən ordusu keçmiş
SSRİ-nin 1710 şəhər və qəsəbəsini
dağıtmış, 70 mindən çox kəndi
yandırmış və talan etmiş, 32 minə yaxın sənaye
müəssisəsini xarabazara çevirmiş, 65 min kilometr dəmir
yolu xəttini sıradan çıxarmış və bir
çox dəhşətli dağıntılar törətmiş,
20 milyondan artıq adam həlak olmuş, 55 milyon nəfər
ömürlük şikəst qalmışdır. İndi bu
dəhşətli müharibədən 65 il keçir, lakin
onun insanların qəlbinə vurduğu yaralar sağalmır
ki, sağalmır.
Böyük Vətən
müharibəsinə Azərbaycandan 600 min nəfər
getmiş, onların yarısı geri
qayıtmamışdır. Həmyerlilərimiz
döyüş tarixinə qəhrəmanlıq səhifələri
yazmışlar. Bu müharibədə mənim də 4
qardaşım şücaət göstərərək həlak
olmuşdur.
Müharibə illərində
Azərbaycanda bacarıqlı zabitlər və görkəmli
sərkərdələr yetişmişdir. Onlardan biri də
1898-ci ildə respublikamızın dilbər güşələrindən
biri sayılan Qusar rayonunun Ukur kəndində anadan olmuş,
taleyini hərbi xidmətlə bağlamış, sıravi əsgərdən
general-mayor rübtəsinə qədər yüksəlmiş,
adlı-sanlı diviziya komandiri Mahmud Əbdülrza oğlu Əbilovdur.
Elimizin qəhrəman
oğlu M.Əbilov haqqında ABŞ-ın o vaxtkı prezidenti
Q.Trumenin dedikləri çox maraqlıdır:
"Qızıl ordunun
250-ci atıcı diviziyasına komandirlik edən general-mayor
Mahmud Əbilov 1943-cü ilin avqustundan 1945-ci ilin mayınadək
aparılan döyüş əməliyyatlarına rəhbərlikdə,
onların əlaqələndirilməsində nadir istedada,
qabiliyyətə malik olduğunu nümayiş etdirmişdir.
General-mayor Əbilov
özünün son dərəcə yüksək rəhbərlik
məharəti və şəxsi mərdliyi ilə Avropada
keçirilən birgə əməliyyatların qələbə
ilə nəticələnməsinə böyük töhfə
vermişdir".
Məlum olduğu kimi, 1941-ci il noyabrın sonu, dekabrın əvvəllərində faşist Almaniyasının ordusu Moskva ətrafında gedən döyüşlərdə bö-yük itki verərək məğlub oldu. Məğlubiyyət Hitleri olduqca sarsıtmışdı. Buna görə də alman işğalçıları bü məğlubiyyətin əvəzini çıxmaq üçün Smolensk ətrafında güclü istehkamlar qurmuş və böyük müdafiə sistemi yaratmışdılar. Bizə Rusiyanın tarixindən məlumdur ki, Moskvanın açarı məhz Smolensk şəhəridir. Qeyd etmək xoşdur ki, Qərb cəbhəsinin komandanı Smolenskin düşməndən azad olması kimi çox mühüm bir əməliyyatı elimizin igid oğlu, diviziya komandiri, general-mayor Mahmud Əbilova tapşırdı. Xasangöl ətrafında yapon samuraylarını darmadağın etmiş, sonralar Demyansk ətrafında gedən döyüşlərdə alman faşistlərinə divan tutmuş və bu ağır döyüşə görə Qırmızı Bayraq ordeninə layiq görülmüş, öz işinin mahir ustadı olan general Əbilov çox yaxşı bilirdi ki, o, ciddi və həm də sərt imtahan qarşısındadır. Təcrübəli bir komandir kimi yaxşı dərk edirdi ki, müharibədə qələbənin qazanılması təsadüfdən deyil, qabaqcadan zərgər dəqiqliyi ilə hazırlanmış döyüş planından asılıdır. Bax buna görə də o, döyüş əməliyyatı planını bir daha nəzərdən keçirdi, əsgər və zabitlərin qələbəyə olan inamını yoxladı. Bütün bunlardan sonra o, topları düşmən istiqamətinə çevirib atəş açmağı əmr etdi. Qızğın vuruşma başlandı. Almanlar ağır itki verdilər, bunu hiss edən komandir vaxt itirmədən düşmənə sonuncu zərbəni endirmək qərarına gəldi. Məğlubiyyət bilməyən əfsanəvi generalın başçılıq etdiyi diviziyanın əsgər və zabitləri pələng kimi vuruşurdular. Çünki xalqımızın qorxmaz oğlu M.Əbilov hücumun önündə gedirdi. Bax buna görə də düşmən artıq tab gətirə bilməyib təslim oldu. Bu şad xəbər isə digər cəbhələrdə döyüşən əsgər və zabitlərin qə-ləbəyə olan inamını daha da artırdı.
SSRİ Ali Soveti Rəyasət
Heyəti bu tarixi qələbə münasibətilə 28 sentyabr
1943-cü il tarixli fərmanı ilə elimizin cəsur oğlu Mahmud Əbilovu ikinci dərəcəli Kutuzov ordeni ilə təltif etdi.
Müharibədən
sonra o, sovet silahlı qüvvələrində ləyaqətlə
çalışmışdır. Azərbaycanda ilk milli
diviziyanın, bir çox sınaq və təlim
poliqonlarının yaradılması məhz onun adı ilə
bağlıdır.
General Mahmud Əbilov həm
də respublikamızın ictimai həyatında fəal
iştirak edirdi. O, üçüncü və
dördüncü çağırış SSRİ Ali
Sovetinədeputat seçilmiş və xalqa deputat kimi də ləyaqətlə
xidmət etmişdir. Azərbaycan KP-nin XVIII qurultayında M.Əbilov
MK-ya üzv seçilmişdir.
Görkəmli sərkərdə
M.Əbilovun xidmətləri layiqincə qiymətləndirilmişdir.
O, bir Lenin ordeni, beş Qırmızı Bayraq ordeni, II dərəcəli
Suvorov, II dərəcəli Kutuzov, Boqdan Xmelnitski,
Qırmızı Ulduz ordenlərinə və bir çox
doyüş medallarına, bir sıra ölkələrin, o
cümlədən ABŞ-ın və Polşa
Respublikasının yüksək titullu orden və
medallarına layiq görülmüşdür.
Türk
xalqlarının dahi oğlu Heydər Əliyev Mahmud Əbilovun
zəngin və mənalı ömür yolundan danışarkən
demişdir: "Xalqımız general Əbilova həmişə
böyük ehtimad göstərmişdir. O, gənclərin hərbi-vətənpərvərlik
ruhunda tər-biyələndirilməsində yaxından
iştirak etmişdir".
Böyük iftixar hissi
ilə bildirirəm ki, Mahmud Əbilovun həyat yolu rayonumuzla
bağlı olmuşdur. Belə ki, onun gənclik
çağları Xaçmazın Yalama kəndində
keçmişdir. Buna görə də o, bu kəndi
özünün ikinci vətəni sayırdı. Odur ki, bu vətənpərvər
insan tez-tez Xaçmaza gəlmiş, vaxtilə
yaşadığı Yalama kəndinin qonağı
olmuşdur. O, Xaçmazda olarkən məktəblilərlə,
əmək adamları ilə görüşər və
onlara böyük qürur hissi ilə müharibə xatirələrindən
danışardı. Bu da gənclərdə Vətənə,
xalqa, əməyə, əmək adamlarına məhəbbət
hissləri aşılayardı. Rayonumuzun məktəblərınə,
muəssısə və təsərrufatlarına gedərkən
"Bilik" cəmiyyəti Xaçmaz rayon şöbəsinin
məsul katibi kimi, onu mən müşayiət edərdim.
Aramızdakı dostluq münasibətlərinin əsası da
elə o vaxtdan qurulmuşdu.
Mən 1964-cü ilin
iyul ayında Bakıdakı fizoterapevtik üsullarla müalicə
edən elmi-tədqiqat institutunda müalicə olunərkən
bu nəcib insan-la bir palatada qalmışam. O vaxt bu el
ağsaqqalı mənə böyük qayğı və diqqətlə
yanaşırdı. Yaşca məndən xeyii böyük
olmasına baxmayaraq, hər işi özü görməyə
çalışar, həm də mənə qarşı ciddi
və tələbkar idi. Belə ki, hərbdə olduğu
kimi, hər gün birimiz palatamızda növbətçi
durardıq. Buna görə də palatamız həmişə
təmiz və səliqəli olardı. O, ehtiyatda olan bir
general kimi maddi cəhətdən tam təmin olunmuşdu. Ancaq
buna baxmayaraq, özünü digər xəstələrdən
heç vaxt ayırmırdı. Onlarla oturub-durar, onlarla yeməkxanada
birgə nahar edərdi. Axşamlar isə biz xəstəxananın
foyesində bu gözəl insanın başına
yığışar, onun müharibə haqqında xatirələrini
maraqla dinləyərdik. Generalın hər bir sözündə,
hər bir məsləhətində dərin məna, hikmət
və həyat fəlsəfəsi var idi. O, burada
çalışan tibb bacılarının, həkimlərin
və bütün xəstələrin də dərin hörmətini
qazanmışdı.
Məlumat
üçün onu da qeyd edim ki, mən 1966-cı ilin iyul
ayında həyat yoldaşım və oğlumla
Sxaltubadakı sanitoriyaya gedərkən yenə də xoş təsadüf
nəticəsində Bakı-Tiflis qatarında yerlərimiz
general Mahmud Əbilov ilə bir vaqona
düşmüşdü. Söhbət zamanı məlum oldu
ki, o da müalicə almaq üçün Sxaltubaya gedir. Bu lap
ürəyimizcə oldu. General keçmiş SSRİ
Si-lahlı Qüvvələri Nazirliyinin sanatoriyasında hər
cür şəraiti olan 3 otaqlı palatada qalırdı. O
vaxt biz tez-tez görüşər və bir-birimizin
qonağı olardıq. Özünün şirin söhbətləri
və gözəl xüsusiyyətləri ilə məni və
həyat yoldaşımı heyran edərdi. Hiss edirdik ki, o,
böyük talanta malik olan şəxsiyyətdir. Bütün
bunlar mənim dünyagörüşümün genişlənməsinə,
bir tarixçi kimi, müharibələr haqqında məlumatlarımın
daha da artmasına çox böyük təsir göstərmişdir.
Yeri gəlmişkən,
qeyd etmək istəyirəm ki, vaxtilə rayonumuzda hərbi
komissar işləmiş və generalı yaxşı
tanıyan, ehtiyatda olan polkovnik-leytenant Yaşar Əbilov onun
haqqındakı xatirələrini böyük iftixar hissi ilə
danışdı:
—Kiçik
yaşlarında ata və anasını itirmiş Mahmud 1910-cu
ildə Xaçmaz rayonunun Yalama iəndində yaşayan
xalası oğlu Seyfəddinin yanına gəlir. Odur ki, onun gənclik
çağları varlığı fədər sevdiyi
Xaçmazın Yalama kəndində keçmişdir. O, burada
poləd kimi bərkimiş, büllur kini saflaşmış, əsl
insan kimi yetişmişdir. Ədalət laminə deyim ki, Mahmud
Əbilov adlı-sanlı sərkərdələrə xas olan
bütün xüsusiyyətlərə malik ılmuşdur.
Bax buna görə də o, ümumxalq məhəbbətini
qazanmışdır. Bütün qüvvə və
bacarığını Vətənin, xalqın gələcəyinə
sərf etmiş görkəmli sərkərdə, ictimai xadim
Mahmud Əbilovun həyat yolu hər bir insan üçün
yaxşı nümunə və örnəkdir. Bax buna görə
də onun zəngin rsini dərindən öyrənməli və
geniş təbliğ etməlifik.
Mən, generalı
yaxşı tanıyan bir insan kimi, jxuculara böyük
razılıq hissi ilə bildirirəm ki, 1988-ci ildə
ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə
Mahmud Əbilovun anadan olmasının 100 illiyi respublika səviyyəsində
geniş qeyd edilmişdir.
Bütün bunlara onu da
əlavə edim ki, indi ölkəmiz bədnam qonşumuz Ermənistənla
müha-ibə vəziyyətindədir. Müharibənin isə
özü-nəməxsus sərt qanunları vardır.
Belə ki, Böyük ıfetən müharibəsi illərində
bütün iqtisadiyyat müharibənin tələblərinə
uyğunlaşdırılmışdı. pövlət
Müdafiə Komitəsinin əsgəri
çağırışına əsasən adamlar heç
bir qeyd-şərt qoymadan ardu sıralarına gedib Vətənini
müdafiə edirdilər. Ədalət
naminə onu da bildirirəm ki, orduya
çağırış vaxtı heç bir
ayrı-seçkiliyə yol verilmirdi. Belə ki, rəhbərin
də, fəhlənin də, kəndlinin də balası Vətənin
müdafiəsinə qalxmışdı. "Hər şey cəbhə
üçün, hər şey qələbə
üçün" və başqa bu kimi şüarlar səslənirdi.
Hər bir vətəndaş müharibənin tələblərini
sözsüz yerinə yetirməli idi.
Məlum olduğu kimi, ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olməq üçün yorulrnadan çalışır. Xaçmazlılar yaxşı başa düşürlər ki, respublikamızı düçar olduğu müharibə vəziyyətindən ancaq onun kimi müdrik dövlət başçısı qurtara bilər. Bax buna görə də biz cənab llham Əliyevin ətrafında dahə sıx, daha monolit həlda birləşməli və gələcəyin qurucularmı, məhz bu ruhda tərbiyə etməliyik. Çünki güc birlikdədir.
İzzəddin ŞIXVERDİYEV
Respublika.- 2010.- 8 may.- S. 13.