Ulu öndərə
dərin məhəbbət
Adı dünyanın ən böyük dahiləri ilə bir yerdə
çəkilən böyük
tarixi şəxsiyyət,
ümummilli liderimiz Heydər Əliyev qədirbilən xalqımızın
qəlbində əbədi
yaşayacaqdır. Ulu öndərə
olan ümumxalq sevgisi zaman ötdükcə
daha da artır.
Respublikamıza 30 ildən
çox rəhbərlik
edən Heydər Əliyev ölkənin siyasi, iqtisadi, sosial-mədəni inkişafında
misilsiz xidmətlər
göstərmiş, müasir
Azərbaycanın qurucusu,
müstəqilliyimizin qarantı
olmuşdur. Canından
artıq sevdiyi Azərbaycanı bir dövlət kimi zamanın ağır, sərt, sınaqlarındən
məharətlə çıxarmışdır.
Ulu öndər hələ SSRİ dövründə
respublikaya rəhbərlik
edərkən Azərbaycanı
qısa bir zamanda çiçəklənən,
qüdrətli bir respublikaya çevirdi. İqtisadiyyatın bütün
sahələrində olduğu
kimi, kənd təsərrüfatında da
əsl dönüş
yarandı. Onun məqsədyönlü fəaliyyəti
nəticəsində aqrar
sahə gerilikdən, tənəzzüldən çıxdı.
Azərbaycan kəndi yenidən canlandı. Kənd əməkçilərinin
rifahı yaxşılaşdı,
onlarda sabaha inam hissi gücləndi.
Ulu öndərimiz ittifaq rəhbərliyinin diqqətini Azərbaycan iqtisadiyyatına yönəltdi.
Respublikada mövcud potensialın olduğunu göstərərək onun
inkişafına şərait
yaradılmasının, vəsait
ayrılmasının zəruriliyini
əsaslandırdı. Nəticədə
yeni istehsal sahələri yaradıldı.
Rayonlarda konserv sənayesi inkişaf etdi. Yeni torpaq
sahələri əkin
dövriyyəsinə qatıldı,
geniş həcmdə
irriqasiya-meliorasiya işləri
aparıldı, müxtəlif
növ kənd təsərrüfatı texnikası
alındı. Regionlarda
müvafiq sosial obyektlər—infrastruktur quruldu, məktəblər,
xəstəxanalar, mədəniyyət
evləri tikildi.
Heydər Əliyev
regionların sosial-iqtisadi
inkişafına daim diqqət yetirirdi. Tez-tez rayonlara səfərlər edir, yeni-yeni tikililərin əsasını qoyurdu. Ulu öndərimizin Azərbaycanın dilbər
guşəsi olan Qusara göstərdiyi sonsuz qayğını
rayon sakinləri həmişə
böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlayırlar. Heydər
Əliyev 1998-ci ilin oktyabrında Qusar rayonunun zəhmətkeşləri
ilə görüşə
gələn zaman demişdir: "Adətən
deyirlər ki, mən Qusara 1969-cu ildən diqqət yetirməyə başlamışam.
Amma mən hələ 50-60-cı illərdə
Qusara dəfələrlə
gəlmişəm, Qusarın
işləri ilə məşğul olmuşam,
Qusarın insanları
ilə bir yerdə işləmişəm
və Qusarın gözəl mənzərələrinə
həmişə heyran
olmuşam. Azərbaycana
rəhbərlik etdiyim
zaman daim Qusarın qayğıları
ilə yaşamışam.
Qusarın inkişaf etməsi üçün
tədbirlər görmüş,
onların həyata keçməsinə nail olmuşam.
O vaxt biz bağçılığı
inkişaf etdirən zaman başqa ölkələrdən gətirdiyimiz
Bəli, bu gün rayonun iqtisadiyyatında çox əhəmiyyəti rol oynayan bağçılığın
inkişafı məhz
ulu öndərin adı ilə sıx bağlıdır.
Hazırda rayonda mövcud 6 min hektara yaxın bağın əsas hissəsini ötən əsrin 70-ci illərində salınmış
palmet tipli bağlar təşkil edir. Yüksək məhsuldarlığı ilə
seçilən bu bağlar minlərlə ailənin dolanışıq
mənbəyidir. Rayonda
digər istehsal sahələrinin inkişafında,
genişmiqyaslı tikinti-quruculuq
işlərində onun
bilavasitə köməyi
olmuşdur.
Unudulmaz rəhbərin
anadan olmasının
87-ci ildönümü Qusarda
geniş qeyd olunur. Sıralarında
4306 nəfər partiya
üzvünü birləşdirən
YAP Qusar rayon təşkilatı
ulu öndərin doğum gününü bir-birindən maraqlı tədbirlərlə qeyd edir. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanmışdır.
YAP rayon təşkilatında fəaliyyət göstərən
"Heydər Əliyev
siyasi məktəbi"nin
geniş məşğələsində
YAP rayon təşkilatının sədri D.İbrahimxəlilovun
"Heydər Əliyev"
idarəçilik irsi",
rayon prokuroru Z.Vəliyevin
"Məhkəmə hüquq
islahatının əsasını
Heydər Əliyev qoymuşdur, rayon təhsil
şöbəsinin müdiri
N.Fərzəliyevin "Heydər
Əliyev və Azərbaycan təhsili",
rayon gənclər və
idman idarəsinin rəisi E.Əmirmətovun
"Heydər Əliyev
və Dövlət Gənclər Siyasəti"
mövzularında məruzələri dinlənilmişdi.
Həmin tədbirdə
partiya sıralarına
yenicə daxil olmuş 10 nəfər gəncə partiya bileti təqdim olunmuşdur. Ulu öndər banisi olduğu partiyanın sıraları Qusarda getdikcə böyüyür. Təkcə bu ilin ayı
ərzində təşkilatımıza
65 nəfər üzv
qəbul olunmuşdur.
Mayın 6-da şəhəri
mizin mərkəzi meydanında Bakı, Gəncə şəhərlərinin
mədəniyyət və
incəsənət ustalarının,
eləcə də Qusar rayon mədəniyyət
evinin musiqi kollektivinin iştirakı ilə keçirilən bayram konsertinə rayonun bütün sakinləri qatılmışdır Mayın
7-dən 12-dək Respublika Alpinist-Turist Klubunun Qusar idmançıları
ilə birgə Şahdağın Qızıl
Qaya massivindəki
"Heydər zirvəsi"nə
yürüşü də
ümummilli liderin doğum gününə həsir olunmuşdur. Bundan başqa, rayonun təhsil, mədəni-maarif, səhiyyə
ocaqlarında, eləcə
də digər idarə və müəssisələrdə Heydər
Əliyevin doğum gününə həsr olunmuş bir sıra kütləvi tədbirlər keçirilmişdir.
Mayın 10-da rayonumuzun
bütün ictimaiyyəti
ulu öndərin abidəsini ziyarət edəcək, önünə
gül-çiçək dəstələri
qoyacaq. Bütün bunlar rəhbərə
xalqın dərin ehtiram və məhəbbətinin ifadəsidir.
David İBRAHİMXƏLİLOV
Respublika.- 2010.- 9 may.- S. 5.