Azərbaycanın hərtərəfli inkişafında Heydər Əliyevin rolu
danılmazdır
Deyirlər
dünyaya xüsusi missiya ilə gələnlər dərhal
seçilirlər. Onlar qeyri-adi iş bacarıqları, möhkəm iradələri,
uzaqgörənlikləri, xeyirxahlığı, ədalətli
olmaları ilə insanların diqqətini cəlb edirlər. Tarix dəfələrlə sübut edib ki, belə
şəxsiyyətlər mümkün olan hər şeyi edə
bilib, bir insan ömrünə sığmayan böyük
işlər görüblər. Ümummilli
liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdən
idi. Bəşər tarixində XX əsr
Heydər Əliyevi lideri kimi tanıtdırdı.
Heydər Əliyev
həm ən böyük azərbaycanlı, həm Azərbaycanın
dövlət başçısı, həm də
dünyanın siyasət və dövlət xadimi idi. Harada
yaşamasından, hansı vəzifədə
çalışmasından asılı olmayaraq Heydər Əliyev
üçün Azərbaycanın mənafeyindən kənarda
heç nə mövcud deyildi.
Hər birimiz
vaxtaşırı öz fəaliyyətimizi təhlil edib qiymətləndirir,
bir növ özümüz-özümüzə hesabat veririk. Belə məqamda
ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı hər
bir qiymətləndirmədə meyar olmalıdır:
"Heç vaxt fikirləşməyin ki, Vətən sizə
nə verib. Həmişə
öz-özünüzdən soruşun ki, siz Vətən
üçün nə etmisiniz?" Fakt
budur ki, Heydər Əliyev bütün fəal həyatı
boyu belə bir məfkurə ilə yaşadı, Vətəni,
xalqı üçün nə mümkündürsə etdi,
müstəqil Azərbaycan dövlətini qurdu.
Çox illər
keçəcək və gələcək nəsillər bu
günümüzün şanlı dövlətçilik
tarixini vərəqləyəcəklər. O zaman 1969-cu ildən etibarən
35 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik
etmiş təcrübəli dövlət xadimi, mahir siyasətçi,
qətiyyətli komandan Heydər Əliyevin Azərbaycan xalqı
və onun dövlətçiliyi üçün nə qədər
böyük işlər gördüyünü bir daha təsdiqləyəcəklər.
Ulu öndərimizin
mənalı və şərəfli ömür yolunun hər
bir parlaq səhifəsi xalqımızın yaxın tarixi
keçmişi ilə ayrılmaz vəhdət təşkil
edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi
yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng
işləri öz əksini tapmasın. Dünya
tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini
öyrəndikcə, əslində müstəqii Azərbaycan
dövlətinin tarixi keçmişini, bugününü gələcəyini,
ölkəmizdə həyata keçirilən dövlət
quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Ulu öndər Heydər Əliyev respublikəya
birinci və ikinci rəhbərliyi dövründə möhkəm
təməllərə əsaslanmaqla fundamental dövlətçilik
ənənələri formalaşdırmış, milli
müstəqillik, azadlıq məfhumlarını illüziya və
şüarçılıq səviyyəsindən həqiqi
milli ideallara çevirməyi bacarmışdır. O,
siyasi fəaliyyətinin bütün mərhələlərində
Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və
sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə
yaşamış, hər zaman milli dəyərlərə
bağlı olmuşdur. Ümummilli liderimiz
bütün zəngin və mənalı həyatı boyu daim
xalqını, Vətənini düşünmüş, Azərbaycanın
ən çətin məqamlarında onu üzləşdiyi
faciələrdən, çətinliklərdən xilas etmək
üçün misilsiz fədakarlıqlar göstərmiş,
təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər
sayəsində tarixi hadisələrin inkişaf məcrasını
qabaqcadan müəyyən edə bilmişdir. Heydər Əliyev milli tarix üçün
böyük əhəmiyyət daşıyan qərarlar qəbul
edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş,
özünün siyasi bacarığı sayəsində,
xüsusilə 1993-cü ildə Azərbaycanı vətəndaş
müharibəsi təhlükəsindən, ictimai-siyasi
böhrandan xilas etmiş, xalqının qəlbində sabaha
inam hissi yaratmağı bacarmışdır. Böyük öndər hələ Azərbaycana
birinci rəhbərliyi dövründə böyük təzyiqlər,
təqiblərlə üzləşsə də, heç bir
riskdən çəkinməyərək əzmkar fəaliyyəti
ilə xalqda tarixi keçmişi.dili, mədəniyyəti,
milli adət-ənənələri bərədə dolğun
təsəvvürlər formalaşdıra bilmişdi.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin
ən sanballı göstəricisi də məhz Azərbaycançılıq
məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi,
milli özünüdərkin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılması kimi
fundamental prinsiplər əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsi, real
siyasi amilə çevrilməsidir.
Hələ
70-80-ci illərdə ulu öndərimiz sanki Azərbaycanın
müstəqil dövlət olacağını
görmüş, bunun üçün siyasi, iqtisadi və
hüquqi zəmin yaratmışdır. O dövrdə Azərbaycanda
aparılan misli görünməmiş quruculuq işləri,
bu gün dövlət müstəqilliyimizə təminat verən
mühüm amillər kimi nəzərdən keçirilir. Ulu öndərimiz Heydər Əliyevin gərgin əməyi
sayəsində Azərbaycan qısa müddətdə iri sənaye
respublikasına çevrilmişdir. Məhz
ümummilli liderimizin şəxsi müdaxiləsi və
qayğısı ilə 70-ci illərdən başlayaraq
Bakıdakı Hərbi məktəblərə qəbul olunan
gənclərin sırasında azərbaycanlıların
sayı intensiv şəkildə artmağa başlamış,
bu sahədə milliləşdirmə prosesinə start
verilmişdir, Tarixdə millətin və dövlətin
dünya səhnəsindən yox olmaq həddinə
çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin
iradəsini və ülvi amalını, dövlətin
diplomatiya və strategiyasını, cəmiyyətin müxtəlif
təbəqələrini birləşdirməyə qadir şəxsiyyətin
sayəsində həmin dövlətlər öz
varlığını davam etdirmiş, millətlər isə
dirçəlmişdir. Bu baxımdan ümummilli liderimiz
Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə
qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə
səciyyələnən dövrə təsadüf etsə
belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə
yenilməzliyi, ən əsası, doğma Vətəni
düçar olduğu bəlalardan xilas etmək istəyi
ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli
proseslərin qarşısını almağa, xalqın
müstəqilliyə və firavan gələcəyə
inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir.
Ulu öndərimiz
Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin
sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin
etibarlı təminatında görərək bunun
üçün zəruri tədbirləri həyata
keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri
nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yolu ilə irəliləyən müstəqil
respublikamızda vətəndaş cəmiyyətinin
formalaşması, insənların azad, sərbəst
yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ-hüquqi baza yaradılmışdır.
Hüquqa və ədalətə söykənən
vətəndaş cəmiyyətinin əsası qoyulmuş,
onun təkmilləşdirilməsi prosesi uğurla davam
etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın
ilk Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön
plana çıxarmışdır.
Son illərdə
Azərbaycanın milli mənafelərə əsaslanmaqla həyata
keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti
müstəqil və güclü dövlət modelinin praktik
surətdə reallaşdırılmasına yönəlmiş,
respublikamız beynəlxalq normalara istinad edərək sivil
dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən
aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla
münask bətlərini yüksək dinamizimlə inkişaf
etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndərimiz
Heydər Əliyevin möhkəm təməllər üzərində
əsasını qoyduğu balanslaşdınlmış xarici
siyasət uzaq hədəflərə hesablanmış strateji
fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın
beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsınə,
ümummilli problemlərin həllinə yönəlmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsi istiqamətində görülən
əsas işlərdən biri də məhz ölkənin
dünya birliyinə inteqrasiyasının təmin
olunmasıdır. Böyük öndər
Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində
bu problem öz həllini tam şəkildə tapmış və
beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə
əməkdaşlıq müstəqilliyin əsas
dayaqlarından birinə çevrilmişdir.
Yeni kollektiv sənədlərə
və beynəlxalq müqavilələrə
qoşulan müstəqil respublikamız coğrafi movqeyindən,
dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə
malik təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə
əsasında bir çox dövlətlərlə və beynəlxalq
qu-rumlarla əməkdaşlıq edərək Böyük
İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
inkişafı, Xəzərin karbohidrogen ehtiyatlarının
işlənməsi və dünya bazarına
çıxarılması layihələrini səmərəli
şəkildə həyata keçirir. Ulu öndərimizin
dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən
biri də Ölkəmizin 2001-ci il
yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunmasıdır.
Ümummilli liderimiz Heydər
Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi
əsasında həm də Azərbaycanın yeni dovrü
üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktiki əsasda
göstərmişdir. Ümummilli liderimiz mərkəzi
planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu bir ictimai-iqtısadı formasiyadan azad bazar
iqtisadiyyatına optimal keçid modelini irəli sürərək
onun həyata keçirilməsinə
çalışmışdır. İqtisadi
sahədə həyata keçirilən islahatların əsasında
bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Azərbaycanın yeni neft
strategiyasının hazırlanaraq həyata keçirilməsi
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biridir, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının milli
inkişafındakı misilsiz əhəmiyyəti
bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha
qabarıq görünür. Azərbaycana
böyük uğurlar gətirən neft strategiyasının əsas
mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha uğurlu
şəkildə istifadə etməyə əsaslanır.
Bu strategiyanın həyata keçirilməsi
iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik
maraqlarının təmin olunmasına yönəlmişdir.
Ulu öndərimiz Heydər Əliyevin təməlini
qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin
iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel
olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş
siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli
əməkdaşlığın
formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan
dünyanın siyasi xəritəsində öz geostrateji
mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman
qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə
çevrilməyə nail olmuşdur.
Təsadüfi
deyil ki, müasir tariximizin bütöv bir epoxası Heydər Əliyev
dövrü adlandırılır.
Böyük
öndər bu gün bizimlə olmasa da, 1969-cu ildən
başlanmış Heydər Əliyev dövrü davam etməkdədir. Onun
qurduğu, möhkəmləndirdiyi Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha
işıqlı sabaha, daha firavan gələcəyə
doğru inamla irəliləyir.
Ağacan ABİYEV
Respublika.- 2010.- 9 may.- S. 8.