Ulu öndərimiz daim qəlbimizdədir

 

Ümummilli liderimiz Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaq və qalib gələcəkdir.

Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdir. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda bütün fəaliyyəti boyu mübarizə aparmışdır. "Haqqı tapdanan insanların arxasındə güclü dövlət durmalıdır, ədalət durmalıdır", bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın prezidenti olduğu illərdə həyat devizi, amalı olub. Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız məhz bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə ictimai-siyasi, sosial, mədəni, iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran realist, praqmatik lider kimi düşüb.

1969-cu il iyulun 14-dən etibarən Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan Heydər Əliyevin adı Azərbaycan Sovet Sosialist Respublikasının əl-də etdiyi bütün ictimai uğurların sinoniminə çevrilib. Məsələyə daha geniş kontekstdə yanaşsaq, bəlli olar ki, Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrü əhatə edən tarixinin simvoluna çevrilib. Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətinin qurucusudur. Ulu öndər gənc və zəif dövləti öz qüdrətli əlləriylə ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbəycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi.

Heydər Əliyevin respublika rəhbərliyinə böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı gözlənilən dəhşətli fəlakətlərdən xilas etdi. O zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: "Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab et-mirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm". Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir.

O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarıhın qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar olundu.

Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz növbəsində dövlət institutunu möhkəmləndirdi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, xalq təsərrüfatının ayrı-ayrı sahələrində perspektiv layihələr, islahatlar həyata keçirildi. Odur ki, 1995-ci ildən iqtisadiyyatın hərsahəsində inkişaf açıq-aydın gözə çarpmağa başladı.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi", 1999-cu il noyabrın 18-də ATƏT-in İstambul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, "Əsrin müqaviləsi"nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunda hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunda hüquqi, dünyəvi dövlət kimi insan hüquqlarının qorunmasını prioritet kimi qəbui etdi.

Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusundı olduğu yeni qüdrətli Azərbaycanın real laşması naminə var gücü ilə çalışırd Yorulmadan dünyanın böyük dövlətləri nin başçıları ilə saysız-hesabsız görüşla keçirir, Azərbaycan həqiqətlərini dünya ya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soy daşlanmızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafındı birləşməsi üçün böyük səy göstərir, soy daşlarımızın mənəvi və mədəni həmrəy liyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəıı verirdi.

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən ulu öndərimiz 2001 -ci ilin noyabrında Bakıda bütün dünya azər baycanlılarinın I qurultayının keçirilməsi nə də nail oldu.

Böyük öndərimizin titanik fəaliyyətinir digər mühüm nəticəsi Azərbaycanır beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətlər ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik də-yərləri hərşeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. Terrorçuluğa qarşı ümumdünya mübarizəsinin, ABŞ başda olmaqla yaradılmış koalisiyanın fəal üzvüdür, Ulu öndərimiz Heydər Əliyev yaratdığı möhkəm iqtisadi-siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: "İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır".

Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun —TRASEKA-nın reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Heydər Əliyev deyirdi: "Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz... Tarixi böyük İpək Yolunun bərpası, milli və regional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir". Heydər Əliyevin  Azərbaycana  rəhbərlik etdiyi dövr ərzində o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurlarının memarı olduğunu görmək çətin deyil. Ulu öndər bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının  ödənilməsindən  ötrü  bütün mümkün  tədbirlərin  həyata  keçməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Heydər Əliyevin  yaradıcısı  olduğu müstəqil Azərbaycan  Respublikasının Konstitusiyasında  hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş sosial təminat hüququnun həyata keçirilməsinin qarantı kimi qarşıya qoyduğu həlli vacib məsələlərdən biri də sosial ədalət prinsipinin  bərqərar olması, əhalinin  social müdafiəsinin daha da gücləndirilməsidir. Pensiya və müavinətlərin məbləğləri dəfələrlə artırılmış, pensiyaçıların, o cümlədən  ahıl vətəndaşların,  əllilərin, şəhid ailələrinin, habelə uşaqların social vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar, fərmanlar, sərəncamlar imzalanmış, onların işləmə mexanizmi təmin edilmişdir. Fenomenal şəxsiyyət, müdrik dovlət adamı, gözəl natiq, qeyri-adi yaddaşa, analitik düşüncə qabiliyyətinə və tükənməz siyasi iradəyə malik olmaq - yalnız kamil siyasi liderə xas olan bütün bu keyfiyyətlərin Heydər Əliyevdə cəmləşdiyini ictimai statusundan və sosial mövqeyindən asılı olmayaraq hər kəs, hətta dünya miqyasında tanınmış siyasətçi və politoloqlar da qəbul edirlər. Heydər Əliyev istənilən mürəkkəb siyasi prosesdən uğurla çıxmağı, ən çətin anlarda həlledici qərarlar qəbul etməyi, hadisələrə çevik reaksiya verməyi yüksək peşəkarlıqla, əsl siyasi liderə xas formada bacarırdı.

Tarixdə gözəl sözlər danışan, gözəl ideyalar irəli sürən o rəhbərlər qalıblar ki, öz dediklərini həyata keçiriblər, dediklərini işdə, əməldə sübut ediblər və bu fəaliyyətləri ilə millətin, dövlətin tarixində yüksəlişə nail olublar. Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Məhz sözü ilə əməli bir olduğuna görə, rnəhz həmişə xalqa verdiyi vədinə əməl etdiyinə görə, qurucu yaradıcı ideyalarına və bu ideyalar uğrunda yorulmaz mübarizəsinə görə Azərbaycan xalqı Heydər Əliyevə inanmış, ərxalanmış və onu ürəkdən sevmişdir.

Yüksək humanizmə, uzaqgörənliyə, insanları düzgün tanımaq, mürəkkəb şəraitdən məharətlə xalqı çıxarmaq keyfiyyətlərinə malik olan Heydər Əliyev təsadüfi deyildir ki, XX əsrin görkəmli liderlərindən biri olmuşdur. Onun bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasında hər şeydən əvvəl digərlərindən fərqli olaraq yüksək mənəvi, yaradıcı keyfiyyətlərə malik olması, təşəbbüskar və cəsarətli olması və həm də onun xalq qarşısında duran mütərəqqi tələbatı düzgün müəyyən edərək bütün fəaliyyətini dövlətin varlığına və onun durmadan inkişafına sərf etməsi olmuşdur.

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən, çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurulan qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Deyirlər ki, xalq çoxluğu ilə deyil, şəxsiyyətləri ilə böyükdür. Bu deyim tarixən böyük olan xalqımızın simasında öz təcəssümünü tapır. Çünki onun mədəniyyət abidəsi məhz böyük şəxsiyyətlərin qayğısı, diqqəti və tövsiyəsi ilə ucalıb. Bu şəxsiyyətlər müxtəlif dövrlərdə yaşayıb-yaradıblar. Onların adları tarixin dərin qatlarından soraq verir. Xalqımızın tarixinin və mədəniyyətinin qədimliyi də elə bu böyük şəxsiyyətlərin əbədiliyi ilə ölçülür. Bu əbədi simalar içərisində ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin adı böyük hörmət və iftixarla çəkilir. Çünki xalqımızın mədəniyyət tarixinə yeni səhifələr yazan bu dahi şəxsiyyət xalqın mənəviyyatının zənginləşməsində də mühüm rol oynamışdır.

Biz uzun illər arxayın, fikirsiz, qorxu-hürkü bilmədən yaşamışıq. Çünki göydə Allahımıza, yerdə isə ona arxayın idik. Bilirdik ki, nə qədər Heydər Əliyev var, Azərbaycan xalqına heç bir qüvvə toxuna bilməz. Ata öz körpə balalarını, müqəddəs od-ocağını necə bir qayğı ilə qoruyursa, ona hansı nəvazişlə yanaşırsa, gecəni-gündüzə qataraq, min bir əziyyətə qatlaşaraq öz ailəsinin xoşbəxtliyi üçün necə çalışırsa, Heydər Əliyev də canından əziz bildiyi Azərbaycan üçün, balalarından artıq istədiyi milləti üçün dinclik, istiharət, rahatlıq nə olduğunu bilmədən çalışmışdır.

Sevindirici haldır ki, onun əməlləri bu gün də davam etdirilməkdədir. Bütün ömrünü, həyatını xalqına bağışlayan bu müdrik sərkərdə, hətta övladını belə xalqından əsirgəmədi. Onun kamillikzirvəsinə çatan ideyaları indi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilir.

Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti ilham Əliyev tərəfindən tığurla davam etdirilir.

Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün ən əsas istiqamət isə ümummilli liderimizin siyasi kursuna axıradək sədaqətli olmaqdır. Ümummilli liderimizin ideyalarının təntənəsi yolunda ləyaqətlə çalışmaq, müstəqil Azərbaycanın tərəqqisi naminə möhtərəm Prezidentimiz ilham Əliyevin ətrafında sıx birləşmək, arxasında mərdimərdanə dayanmaq, milli birliyə nail olmaq onun xatirəsinə ən böyük ehtiramdır.

Bu işdə onun xanımı-YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Bax beləcə ulu öndərin varisləri ona layiqli şəkildə xalqdan öz bilik və bacarıqlarını əsirgəmirlər.

Azərbaycan dövlətinə müstəqillik, əbədiyaşarlıq, xalqa bəxtiyarlıq bəxş etmiş ulu öndərimiz əbədiyaşarlıq qazandı. Nə qədər ki dünyada müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev yaşayacaqdır.

 

 

Tahir SÜLEYMANOV

 

Respublika.- 2010.- 9 may.- S. 8.