Ümummilli liderimizin ideyaları daim yaşayacaqdır
Azərbaycan xalqının
və dövlətçiliyinin
inkişafında misilsiz
xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin
memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti
tariximizdə müstəsna
yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti
idarəetmə bacarığına,
xalqa xidmətinə görə Heydər Əiiyev nadir tarixi şəxsiyyətlər sırasındadır.
Bu gün müstəqil
Azərbaycan dövlətinin
yaşaması və qüdrətli ölkə
kimi təşəkkülü
üçün Heydər
Əliyevə borcluyuq.
Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi
dəyərlər, siyasi
və iqtisadi cəhətdən etibarlı
dayaqlar üzərində
qurulmuş Azərbaycanı
bəxş etdi. Heydər Əliyev deyirdi: "Doğma, canım, varlığım
qədər sevdiyim Azərbaycanım mənim
qibləgahımdır. Bütün
şüurlu ömrümü
onun inkişafına, tərəqqisinə həsr
etmişəm. Bundan sonrakı ömrümü
də onun işıqlı sabahları
uğrunda qurban verməyə hazırəm".
Heydər Əliyev
1969-cu il iyulun 14-dən
1982-ci il noyabrın
22-də Siyasi Büronun
üzvü, həmin ayın 24-də SSRİ Nazirlər
Soveti sədrinin I müavini seçilənə
qədər Azərbaycan
SSR-ə başçılıq etmişdir. Azərbaycan bu illər ərzində
sürətlə və
hərtərəfli inkişaf
edərək SSRİ-nin
dotasiyasız işləyən
iki respublikasından birinə çevrilmişdir.
Azərbaycan məhz Heydər Əliyevin titanik əməyinin, qeyri-adi işgüzarlığının,
rəhbərlik və
təşkilatçılıq istedadının sayəsində
keçmiş SSRİ-nin
ən nüfuzlu subyekti idi. 60-cı illərə qədər sənaye malları asılılığı ilə
üzləşən Azərbaycan
70-ci illərdə artıq
dünya-nın 65 ölkəsinə
350 adda müxtəlif
növ məhsul ixrac edən ölkəyə çevrilmişdi.
Respublika həmin illərdə neft, qaz avadanlıqları
istehsalına görə
dünyada ABŞ-dan sonra ikinci ölkə
idi. Heydər Əliyev Azərbaycan SSR-ə
rəhbərlik etdiyi dövrdə milli kadrların hazırlanması
işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün
nəticəsi idi ki, azərbaycanlı gənclər SSRİ-nin ən nüfuzlu ali məktəblərində
oxumağa göndərilirdi.
Moskvanın, Leninqradın,
Kiyevin, Minskin ali məktəblərində Azərbaycanın gələcəyi üçün
çox nadir ixtisaslar
üzrə milli kadrların hazırlanması
bilavasitə Heydər
Əliyevin xidmətlərinin nəticəsi idi. 1969-1982-ci illərdə
10 mindən çox azərbaycanlı gənc həmin ali məktəblərdə təhsil
alaraq respublikaya qayıtmış, Azərbaycanın
inkişafına xidmət
göstərmişdi və
bu gün də göstərir.
Dünya şöhrətli
siyasətçi və
dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 35 ilə yaxın bir dövr ərzindəki titanik fəaliyyəti doğma vətənin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızıri
firavanlığı və
xoşbəxtliyi, ölkəmizin
dünya birliyində özünəməxsus layiqli
yer tutması uğrunda mübarizəyə
həsr olunmuşdur. Heydər Əliyevin işləyib hazırladığı
milli dövlətçilik
strategiyasının məhək
daşını müstəqil
Azərbaycanın iqtisadi
qüdrəti təşkil
edir. Onun ölkə iqtisadiyyatının
hərtərəfli inkişafı,
qloballaşan dünya
iqtisadiyyatına inteqrasiyası
sahəsində misilsiz
fəaliyyəti nəticəsində
ölkəmiz sürətli
iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə
və cəsarətlə
demək olar ki, Heydər Əliyevin rəhbərlik
etdiyi illər Azərbaycan tarixinin ən intensiv inkişaf mərhələsini
təşkil edir. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin
böyük təəssübkeşi
olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa
edən Azərbaycanın
xilaskarı oldu. Böyük idarəçilik
təcrübəsinə malik
Heydər Əliyev müstəqil Azərbaycan
dövlətçiliyinin milli
və bəşəri
normalara əsaslanan uzun-müddətli konsepsiyasını
işləyib hazırlamış
və onu dəqiqliklə həyata keçirmişdir. Məhz
bunun nəticəsində
Azərbaycan bu gün dünyada özünəməxsus yeri
olan dövlətlərdən
biridir. Xalqını sonsuz məhəbbətlə
sevən bu böyük insan bütün, həyatını,
zəngin dövlətçilik
təcrübəsini Azərbaycanın
xoşbəxt gələcəyinə,
onu inkişaf etmiş sivil dövlətlər səviyyəsinə
yüksəlməsinə həsr
edib. Tale XX yüzillikdə
Azərbaycana Heydər
Əliyev kimi nadir şəxsiyyət, müdrik
dövlət xadimi bəxş etmişdir.
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl demişdir: "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə də yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini dünyaya tanıtmışdır. Dünya Azərbaycan dövlətini sadəcə tanımaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır". Bu, doğrudan da belədir. Heydər Əliyev 34 il rəhbəri olduğu Azərbəycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu birdövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Göründüyü kimi, Heydər Əliyev kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və Azərbaycanın daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və əsası Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir.
Mübaliğəsiz demək olar ki, Bakı Metropoliteninin inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər metroya çox böyük həssaslıqla yanaşır, ona təkcə nəqliyyat vasitəsi kimi baxmırdı. Bakı metrosu onun üçün həm də ən böyük memarlıq nümunəsi idi. Ulu öndər Heydər Əliyev deyirdi: "Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir".
Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik və bundan sonra da belə olacağıq. Ulu şəxsiyyətin, Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
Biləndər MƏSİYEV
Respublika.- 2010.- 9 may.- S. 9.