Ürəklərdə yaşayan insan
Bu gün ölkəmiz
gözəl günlərini yaşayır. Hər tərəfdə
geniş quruculuq, abadlıq işləri görülür,
yollar çəkilir, körpülər salınır, şəhər
və kəndlər öz simasını dəyişir,
insanların güzəranı günü-gündən
yaxşılaşır. Bu tərəqqini, yüksəlişi
görəndə istər-istəməz doxsanıncı illəri
xatırlayıram. Ölkə idarəolunmaz vəziyyətə
düşmüşdü. Özbaşınalıq, anarxiya, vətəndaş
qarşıdurması son həddə çatmışdı.
Belə bir vaxtda - 1993-cü ilin iyun ayının 15-də Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilməsi ölkəmizin həyatında mühüm
tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Ulu öndərimiz
xilaskarlıq missiyasını öz üzərinə
götürdü və doğma xalqının köməyi
ilə onu bəlalardan xilas etdi.
Ümummilli lider
özünün böyük təcrübəsinə,
güclü iradə və nüfuzuna arxalanaraq, ən mürəkkəb
dövrlərdə belə dəqiq qərarlar qəbul edərək
xalqımızın gələcək yoluna sönməyən
bir məşəl yandırdı. Ulu öndər xalqın
uzun illər formalaşmış milli dəyərlərini,
dövlətçilik təfəkkürünü daha da
inkişaf etdirərək, optimal dövlət modelini
yaratmağa nail oldu, Azərbaycanı bütün bəlalardan
qorudu, tərəqqi yoluna çıxmasından ötrü
güclü iradə və uzaqgörənlik nümayiş
etdirdi. Onun məqsədyönlü siyasəti nəticəsində
qısa zaman kəsiyində ölkəmiz sürətlə tərəqqi
etdi, dünyanın sivil dövlətləri arasında
özünə layiqli yer tutmağa başladı. Bu
baxımdan Azərbaycanın yeni neft strategiyasının
işlənib hazırlanması və mərhələ— mərhələ
həyata keçirilməsi güclü iqtisadiyyatın
yaradılmasına, iş yerlərinin açılmasına,
xalqın maddi rifahının yaxşılaşmasına səbəb
oldu. "Əsrin müqaviləsi"nin imzalanması
dünya dövlətlərinin diqqətini Cənubi Qafqaz
regionuna cəlb etməklə yanaşı, həm də Azərbəycanın
iqtisadi cəhətdən dünya birliyinə
inteqrasiyasının başlanğıcı oldu. Buna görə
də indi ölkəmiz iqtisadi cəhətdən inkişaf edən
ən qüdrətli bir diyara çevrilmişdir.
Heydər Əliyevin siyasi,
iqtisadi, ictimai və mədəni həyatın bütün
sahələrini əhatə edən planları bu gün
uğurla həyata keçirilir, yurdumuzu çiçəkləndirir,
insanları daha yaxşı işləməyə, qurub-yaratmağa
ruhlandırır.
Ulu öndər hər bir azərbaycanlının
yaxşı yaşamasının qeydinə qalırdı.
Çalışırdı ki, insanlar daim dövlətin
qayğısı ilə əhatə olunsunlar, onların mənzil-məişət
şəraitindəki problemlər vaxtında aradan
qaldırılsın, qocalar, əlillər rahat evlərdə
yaşasınlar, işıq, qaz və su ödənişlərində
onlara müəyyən güzəştlər verilsin.
Ulu öndərimizin siyasi
kursu bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidenti
İlham Əliyevin insanlara qayğı və hörmət
prinsipinin nəticələri göz qabağındadır. Bu
gün hər bir vətəndaşın əmək hüququ
qorunub təmin edilir, yeni iş yerləri açılır,
müharibə və əmək veteranlarına sonsuz
qayğı göstərilir. Vaxtilə çadır şəhərciklərindd
min bir problemlə üzləşən, toz-torpaq içində
yaşayan ailələr üçün yeni şəhərciklər
saiınmış, hər cür şəraiti olan
yaraşıqlı mənzillər onların istifadəsinə
verilmişdir. Məcburi köçkünlər, doğma
el-obasından didərgin düşmüş
qaçqınlar, Qarabağ müharibəsi əlilləri
onlar üçün yaradılmış bu gözə şəraitə
görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını
bildirir, ulu öndərin arzularının, dönmədən
həyata keçməsini məmnuniyyətlə
vurğulayırlar. Onlar dövlətimizin həyata
keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir
və əmin olduqlarını bildirirlər ki, Dağlıq
Qarabağ məsələsi tezliklə həll olunacaq, onlar
doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu gün müstəqil Azərbaycanımız
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yolla inamla irəliləyir, ölkə Prezidenti İlham Əliyevin
ətrafinda daha sıx birləşərək yeni-yeni
uğurlara imza atır. İqtisadi inkişaf, qazanılan hər
bir qələbə deməyə əsas verir ki, qəlbimizdə
yaşayan, adı hər bir azərbaycanlının dilinin əzbəri
olan ulu öndərin bütün arzuları həyata keçəcəkdir.
Azər QULİYEV
Respublika.- 2010.- 9 may.- S. 11.