Ulu öndər
Millət onu
səsləyəndə düz yol seçdi,
Çox
düşündü, yüz yol ölçdü, bir yol
biçdi,
Bol suyundan hamı
daddı, hamı içdi,
Daim axan bir bulaqdır
Ulu Öndər!
Fəxr elədi, O,
qorudu kökü, soyu,
Neçə-neçə
ənənəni, yası, toyu,
Qaranlığa qənim
oldu ömrü boyu,
işıq saçan
bir çıraqdır Ulu Öndər!
İnsan oğlu, ayaq saxla, bir an dayan
O, bu xalqın arzusunu ilkin duyan.
Zirvəsinə səs yetməyən, əl çatmayan
Əzəmətli, uca dağdır Ulu Öndər!
Köksümüzdə döyünürsən,
böyük insan,
Məramınla bizimləsən
yenə hər an
Könlüm deyir köç etsə də bu dünyadan
O yaşayır,
daim sağdır Ulu Öndər!
Onun kimi bu xalq üçün
kim yanıbdır ?!
O, qürurla,
əzəmətlə dayanıbdır.
Əziz türbən
gül-çiçəyə boyanıbdır,
Hər tərəfin
bağça-bağdır, Ulu Öndər!
Meydan dardır,
təklənibdir şeytan,
iblis,
Uğuruma düşmən
baxır həris-həris,
Xariqələr yaradıbdır
bu gün varis-
Başı dikdir, üzü ağdır, Ulu Öndər!
Hey əssə
də dörd bir yandan soyuq
külək,
Müstəqillik qüruruyla çarpır
ürək.
Yaddaşlarda əbədiyyət
yolçusu tək
Həkk olunub qaləcaqdır Ulu Öndər!
Fəxrəddin TEYVUB.
Respublika.- 2010.- 9 may.- S. 11.