Heydər Ata
Əbədiyaşar Prezidentimiz Heydər
Əliyevin əziz xatirəsinə
Tək gəlmişdi
bu cahana,
Sığışmadı asimana.
Hamı deyir: yana-yana.
Dahi rəhbər — Heydər
Ata.
Qarabağ tək dərdi vardı,
Hər bir sözü yadigardı,
Millət üçün
yaşayardı,
Dəhi rəhbər — Heydər
Ata.
O, yaşayır
bu həyatda,
Bir ad qoydu kainatda.
Düşünürəm: hər
saatda,
Dahi rəhbər — Heydər
Ata.
Zərifəydi könül
yarı,
Onda gördü etibarı.
Bakı-Ceyhan arzuları,
Dahi rəhbər — Heydər
Ata.
Qoy anlasın
bəşəriyyət,
"Bir millətik, iki dövlət",
Bu sözlərin
olub hikmət,
Dahi rəhbər
— Heydər Ata..
Hacı Maarif olmaz dönük,
O, Günəşdi,
həm də böyük,
Söyləyəcək daima türk:
Dahi rəhbər — Heydər
Ata.
Ulu öndər — Heydər
Ata.
Maarif ŞİKAR
Respublika.- 2010.- 9 may.- S. 11.